16 Aprel 2025 08:30
680
İQTİSADİYYAT
A- A+
Zəngəzur dəhlizinin möhtəşəm yolları

Zəngəzur dəhlizinin möhtəşəm yolları


Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun tikintisi tamamlanır


Qarabağ və Şərqi Zəngəzuru yenidən cənnətməkana çevirməyi qarşısına prioritet məsələ kimi qoyan Azərbaycan ötən 5 ilə yaxın müddətdə reallaşdırdığı möhtəşəm layihələrlə dünyaya səs salıb.  

Əzəli torpaqlarımızı "dəmir yumruq"la işğaldan azad edən Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəfərimizdən ötən qısa müddət ərzində bu ərazilərdə misli görünməyən quruculuq işlərini həyata keçirməkdədir. 

Erməni vandalizminin qurbanına çevrilmiş şəhər və kəndlərin yenidən, daha müasir formada qurulması, tamamilə dağıdılmış infrastrukturun bərpası, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışının təmin edilməsi Azərbaycan dövlətinin prioritet fəaliyyət istiqamətlərindəndir.

Bu ərazilərdə həyata keçirilən mühüm layihələrdən biri də yol-nəqliyyat infrastrukturunun tamamilə yenidən qurulmasıdır. Hər iki iqtisadi rayonda tikinti-quruculuq işləri ilə paralel olaraq yolların da yenidən qurulması, körpü və tunellərin tikintisi həyata keçirilir.

Prezident İlham Əliyev işğaldan azad edilmiş şəhər və rayonlarımıza səfərləri çərçivəsində yeni yolların açılışlarını edir və tikinti işlərinin sürətlə aparılması ilə bağlı ciddi tapşırıqlarını verir. Bölgədə 2026-cı ilədək 2300 kilometrə yaxın 20 avtomobil yolu layihəsinin icrası nəzərdə tutulur. Tezliklə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yol-nəqliyyat infrastrukturu tamamilə yenidən qurulub istifadəyə veriləcək. Bu yollardan biri də Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd (Zəngəzur dəhlizi) avtomobil yoludur. 

Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu (Zəngəzur dəhlizi) strateji əhəmiyyətə malik olan və regionda yeni iqtisadi, nəqliyyat və kommunikasiya əlaqələrinin qurulmasına töhfə verən layihədir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaydığı məlumata əsasən, uzunluğu 123,6 kilometr olan bu yolun tikintisi hazırda 93 faiz səviyyəsində tamamlanıb.


Yolun texniki göstəriciləri və xüsusiyyətləri


Zəngəzur dəhlizi avtomobil yolu yüksək keyfiyyətlə və müasir standartlara uyğun inşa edilir. Yolun ümumi uzunluğu 149,9 kilometr təşkil edir. Əsas yolun uzunluğu isə 123,6 kilometrdir. Yolun texniki dərəcəsi 1B-dir, bu isə yüksək sürət və təhlükəsiz hərəkətə imkan yaradır. 

Yolun eni 14-21 metr arasında dəyişir. Torpaq yatağının eni 21.5-29.5 metr, hərəkət zolaqlarının sayı isə 4-6 arasında təyin edilib. Bu, nəqliyyatın rahat və təhlükəsiz axınına zəmin yaradacaq.

Layihə çərçivəsində 261 boru (16 814 metr), 55 alt keçid (3781 metr) və 28 körpü (2090 metr) inşa edilir. Yol boyunca 3 tunel də tikilir, bu tunellərin ümumi uzunluğu isə 12 032 metrdir.


Konstruksiya və tikinti işləri keyfiyyətlə aparılır

 

Yolun inşasında istifadə edilən materiallar və texnikalar yüksək keyfiyyətə malikdir. Torpaq yatağı işləri, hamarlayıcı lay, əsasın alt və üst layları ilə birlikdə yol geyimi işləri artıq böyük bir hissə olmaqla tamamlanıb. 

Layihə üzrə görülən asfalt işləri 950 000 m3, torpaq işlərinin həcmi isə 61 646 373 m3 təşkil edir. Bu da yolun möhkəm və davamlı olmasını təmin edən əsas faktorlardır.


Tunellərin və körpülərin tikintisinin böyük hissəsi başa çatdırılıb


Zəngəzur dəhlizinin tikintisindəki mühüm layihə komponentlərindən biri tunellərdir. Tunellər üzrə tikinti işləri artıq böyük ölçüdə tamamlanıb. 

Belə ki, şərti adları T1, T2 və T3 olan tunellərin hər birində qazma, püskürtmə beton işləri artıq yekunlaşıb.

Layihə üzrə ümumilikdə 28 körpü tikilir, bunlardan 16-sı suötürücü, 12-si isə yolötürücüdür. 19 körpünün tikintisi artıq yekunlaşıb, 8 körpüdə tikinti işləri davam edir.

Həmçinin alt keçidlərin, 258 dairəvi, 42 düzbucaqlı boruların tikintisi də sona çatdırılıb.


Gələcək perspektivlər


Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun inşası Azərbaycanın infrastruktur sahəsində atdığı mühüm addımlardan biridir.

Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Azərbaycanın digər rayonlarını Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir. 

Zəngəzur dəhlizinin tikintisi təkcə infrastruktur layihəsi olmaqla kifayətlənmir, həm də regional inteqrasiyanın mühüm bir hissəsidir. Bu yol yalnız nəqliyyat sistemini gücləndirmək deyil, həm də regionda iqtisadiyyatın inkişafını sürətləndirmək və strateji əlaqələri gücləndirmək üçün mühüm bir vasitə olacaqdır. 

Hazırda 93 faizlik tamamlanma ilə, yaxın gələcəkdə bu layihənin tam olaraq istifadəyə verilməsi region üçün yeni üfüqlər açacaq.

Ümumiyyətlə, azadlığa qovuşmuş ərazilərimizdə 2026-cı ilədək 2300 kilometrə yaxın 20 avtomobil yolu layihəsinin icrası planlaşdırılır. Böyük qayıdış proqramının birinci mərhələsi 2026-cı ilin sonunda başa çatdırılacaq və o vaxt 140 min keçmiş məcburi köçkün öz dədə-baba torpaqlarına qayıdacaq. Bununla paralel olaraq, bütün sosial infrastruktur inşa edilir, xəstəxanalar, məktəblər, idman və xidmət obyektləri, yollar, 130-dan çox tunel və körpü  (40 tunel, 90 körpü) inşa edilir. Tezliklə bu tikililər, möhtəşəm yollar Qarabağa və Şərqi Zəngəzura yeni həyat gətirəcək.


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!