17 Noyabr 2026 11:28
224
CƏMİYYƏT
A- A+
Baş prokuror Kamran Əliyev Buenos-Ayresdə beynəlxalq prokurorluq əməkdaşlığının inkişafından danışıb  

Baş prokuror Kamran Əliyev Buenos-Ayresdə beynəlxalq prokurorluq əməkdaşlığının inkişafından danışıb  


Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 14-15-də Argentinanın Buenos-Ayres şəhərində keçirilən Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) İcraiyyə Komitəsinin 62-ci iclasında iştirak edib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, dünyanın müxtəlif ölkələrinin prokurorluq orqanlarının rəhbər şəxslərinin və Assosiasiyanın nümayəndələrinin iştirak etdiyi iclasda təşkilatın fəaliyyəti, rəhbər orqanlarının formalaşdırılması, dünya prokurorlarının beynəlxalq sferada əməkdaşlığının inkişaf istiqamətləri və qarşıdakı dövr üçün əsas istiqamətlər müzakirə olunub.

BPA-nın prezidenti Xuan Bautista Mahikesin Argentinanın ədliyyə naziri təyin edilməsi ilə əlaqədar iclas çərçivəsində keçirilmiş səsvermə ilə həmin vəzifənin icrası yeni prezident seçilənədək müvəqqəti BPA-nın İcraiyyə Komitəsinin üzvü Məhəmməd Həsənə həvalə edilib.

İclasın gündəliyinə Assosiasiyanın İcraiyyə Komitəsinin tərkibi, təşkilatın rəhbər vəzifələrində nəzərdə tutulan dəyişikliklər, Nizamnamə və daxili prosedurların təkmilləşdirilməsi, maliyyə və təşkilati işlər, habelə beynəlxalq və regional tədbirlərin təşkili ilə bağlı məsələlər daxil edilib. Həmçinin tədbirdə təşkilatın rəhbər vəzifələrinə təklif edilən yeni namizədlər nəzərdən keçirilib. Müvafiq olaraq Avstriyanın və Şotlandiyanın prokurorluq sistemlərində müxtəlif rəhbər vəzifələrdə çalışmış İnqrid Maşl-Klauzen Assosiasiyanın baş katibi, Endryu Riçardson isə baş müşaviri vəzifəsinə namizəd kimi irəli sürülüb.

Qeyd edək ki, həmin namizədlər Assosiasiyanın noyabrın 16-da hibrid formatda keçirilmiş Ümumi Yığıncağında sözügedən vəzifələrə təsdiq ediliblər. Bundan başqa, yığıncaqda digər məsələlərlə yanaşı, Assosiasiyanın fəaliyyəti barədə hesabatla çıxış edən qurumun baş müşaviri Tarika Cayaratne 2026-cı ilin iyun ayında Azərbaycana səfəri çərçivəsində Milli Aviasiya Akademiyasında “Rəqəmsal sübutlar və kibercinayətlər üzrə cinayət təqibi” mövzusunda keçirilmiş təlimi yüksək qiymətləndirərək, bu təşəbbüsü beynəlxalq prokurorluq orqanları üçün qabaqcıl təcrübə və gələcəkdə analoji tədbirlərin təşkili baxımından uğurlu nümunə kimi qeyd edib.

İcraiyyə Komitəsinin 62-ci iclasında, həmçinin Assosiasiyanın beynəlxalq əlaqələrinin genişləndirilməsi, Təşkilatın üzvləri arasında təcrübə mübadiləsi, prokurorların peşə hazırlığı, BPA-nın ixtisaslaşdırılmış şəbəkələrinin fəaliyyəti, təlim proqramlarının inkişafı və qarşıdakı illərdə keçiriləcək beynəlxalq tədbirlərlə bağlı məsələlər müzakirə olunub.

BPA-nın vitse-prezidenti qismində tədbirdə iştirak edən Baş prokuror Kamran Əliyev Assosiasiyanın fəaliyyətində Azərbaycanın fəal iştirak etdiyini, ölkəmizin Assosiasiyanın inkişafına mühüm əhəmiyyət verdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mütərəqqi islahatlar çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin müasir dövrün tələblərinə uzlaşdırılması, beynəlxalq hüquqi əməkdaşlığın genişləndirilməsi və cinayətkarlığın ənənəvi və yeni təzahürlərinə qarşı mübarizənin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Bu xüsusda, 2024-cü ildə Bakıda BPA-nın 29-cu illik konfransının yüksək səviyyədə təşkil olunması, habelə Azərbaycanın Assosiasiyanın rəhbər orqanlarında təmsilçiliyi ölkəmizin dünya prokurorlarının bu unikal və effektiv platforması ilə səmərəli əməkdaşlığının göstəricisi kimi qeyd edilib.

İclas zamanı prokurorluq orqanlarının beynəlxalq əməkdaşlığının daha da gücləndirilməsi, transmilli cinayətkarlıqla mübarizədə müasir çağırışlar və peşəkar əlaqələrin inkişafı istiqamətində fikir mübadiləsi aparılıb, habelə ölkəmizin nümayəndə heyətinin rəhbəri tərəfindən ayrı-ayrı xarici həmkarları ilə səmərəli görüşlər keçirilib. Həmçinin Baş prokuror ölkəmizin Argentinadakı səfirliyini ziyarət edərək əməkdaşlarla görüşüb, ölkələr arasında müxtəlif sahələrdə əlaqələrin və əməkdaşlığın gücləndirilməsi barədə fikir mübadiləsi aparıb.

Səfər çərçivəsində Baş prokuror Kamran Əliyevin Argentina Respublikasının federal baş prokuroru Eduardo Kasal, Buenos-Ayres Muxtar Şəhərinin baş prokuroru Martin Lopes Savaleta və ölkənin ədliyyə naziri Xuan Bautista Mahikes ilə ikitərəfli görüşləri keçirilib. Görüşlərdə Azərbaycanın Argentinadakı səfiri Rəmzi Teymurov da iştirak edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

COP31 çərçivəsində “Antalya Okeanlar və Dənizlər Razılaşması” əldə olunub

19:36
17 Noyabr

Mask Starship-in təkrar uçuşa hazır olduğunu deyib 

19:24
17 Noyabr

ABŞ Soyuq müharibədən bəri ilk dəfə yeni nüvə bombası yaradacaq  

19:18
17 Noyabr

Qaraciyəri qoruyan meyvə  

18:58
17 Noyabr

Danışıq qabiliyyətinin zəifləməsi insanda yox olmaq hissi yaradır

18:49
17 Noyabr

Azərbaycan Aİ-nin Brüsseldə keçirilən nazirlər toplantısında təmsil olunub

18:43
17 Noyabr

Almaniyanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib

18:42
17 Noyabr

Vergi xidmətlərində 10 ayın mənzərəsi

18:31
17 Noyabr

“Apple süni intellekt əsaslı sağlamlıq tətbiqi istifadəyə verib

18:16
17 Noyabr

Avropa İttifaqının beş ölkəsi Ruandada miqrant mərkəzi açacaq

18:09
17 Noyabr

Çində lotus gövdələrindən elektrik enerjisi istehsal edən qurğu hazırlanıb

17:57
17 Noyabr

Microsoft bir sıra proqramlarında yaranan nasazlığın səbəbini tapıb  

17:56
17 Noyabr

Azərbaycan Ordusunun Baş Qərargah rəisi gürcüstanlı həmkarı ilə görüşüb  

17:54
17 Noyabr

Ukrayna Müdafiə Qüvvələri “Qazprom”un neft emalı zavodunu vurub

17:53
17 Noyabr

Zelenski: Krım körpüsü əməliyyatın yeddinci mərhələsində vurulub

17:48
17 Noyabr

Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib

17:47
17 Noyabr

Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib  

17:46
17 Noyabr

Qarabağ həqiqətlərini dünyaya çatdıran türk jurnalistinə “Zəfər” mükafatı verildi

17:45
17 Noyabr

Çin qlobal sammitə hazırlaşır

17:43
17 Noyabr

İltihabi xəstəliklərin 3D diaqnostikası üçün yeni rəqəmsal platforma yaradılıb  

17:40
17 Noyabr

Paleolit dövründə Ərəbistanda insanlar silahlarını zəhərləyirdilərmi?  

17:34
17 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!