17 Sentyabr 2026 18:43
856
İQTİSADİYYAT
A- A+
“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb 

“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb 


İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) strateji tərəfdaşı olduğu “Baku ID 2026” innovasiya festivalı çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram”a həsr olunan tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə “Milli Proqram” çərçivəsində 12 nominasiya üzrə fərqlənən iştirakçı üstün nailiyyət sertifikatı ilə təltif olunub və onlara hədiyyələr təqdim edilib. Təltifetmə mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi və İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, elm və təhsil naziri Emin Əmrullayev, SOCAR-ın prezidenti Rövşən Nəcəf və “PAŞA Maliyyə Holdinqi”nin baş icraçı direktoru Fərid Məmmədov iştirak ediblər.

Ümumilikdə nominasiyalar müxtəlif yaş və sosial qrupların təhsilə cəlb olunması, özünüinkişaf və ömürboyu öyrənmə, karyera inkişafı, regionlarda istedadların təşviqi, sahibkarlıq və startap fəaliyyəti, innovasiyada qadınların iştirakı, eləcə də əldə olunan biliklərin paylaşılması kimi istiqamətləri əhatə edib.

Tədbirdə insan kapitalının inkişafı, əmək bazarının dəyişən tələblərinə uyğun bilik və bacarıqların formalaşdırılması, eləcə də “4Sİ Akademiyası – Milli Proqram”ın bu istiqamətdə yaratdığı imkanlar barədə məlumat verilib. Proqramın birinci mərhələsinin nəticələrini və iştirakçıların nailiyyətlərini əks etdirən video nümayiş olunub.

Qeyd edək ki, “4Sİ Akademiyası – Milli Proqram” İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Elm və Təhsil Nazirliyinin tabeliyində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və ABŞ-nin “Coursera” şirkəti ilə birgə həyata keçirilir. Proqramın əsas məqsədi rəqəmsal iqtisadiyyatın inkişafına töhfə vermək, rəqabətli insan kapitalı formalaşdırmaq və müasir əmək bazarının tələblərinə uyğun bacarıqların inkişafını dəstəkləməkdir. Bu məqsədlə “Coursera” platformasında 21 mindən çox təlim vətəndaşlara ödənişsiz təqdim olunur.

Proqram dövlət və özəl sektor tərəfdaşlığı əsasında icra olunur. “Pasha Holding”, SOCAR, bp, “Azerconnect Group”, “TotalEnergies”, XRG, JOCAP, “Norm Sement”, “Smart Solutions Group” və “B2B Group” şirkətləri korporativ sosial məsuliyyət çərçivəsində proqramın əsas mərhələsinin tərəfdaşlarıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bir diş insan şəxsiyyətini müəyyən edə bilər  

18:51
30 Oktyabr

Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib - YENİLƏNİB  

18:23
30 Oktyabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə olunacaq?  

18:22
30 Oktyabr

Dəri problemlərinin gözlənilməz səbəbi 

17:57
30 Oktyabr

Avropa Mərkəzi Bankı faiz dərəcəsini sabit saxlayıb

17:45
30 Oktyabr

Diş əti sağlamlığını qoruyan məhsulların adları açıqlanıb

17:31
30 Oktyabr

Plutonun orbitindən kənarda nəhəng buzlu obyekt aşkar edilib

17:22
30 Oktyabr

Green Card gözləyənlərə növbəti zərbə

16:56
30 Oktyabr

Azərbaycan brendi Avropada genişlənir

16:55
30 Oktyabr

Beynimiz şüuru necə yaradır?  

16:47
30 Oktyabr

Bakıətrafı qəsəbələrə qatar gəlir

16:47
30 Oktyabr

“The Guardian”: süni intellektin uşaqlarla “dostluq etməsi” qadağan olundu  

16:44
30 Oktyabr

Dünya bazarında neftin qiymətində bahalaşma müşahidə olunur  

16:42
30 Oktyabr

Bakıda texnologiya həftəsi keçiriləcək

16:41
30 Oktyabr

Ticarətdən tərəfdaşlığa: Bakıda Qırğız Ticarət Evinin açılışı nə vəd edir?

16:39
30 Oktyabr

Bakı İrəvandan əməli addımlar və konkret nəticələr gözləyir  

16:33
30 Oktyabr

Ombudsmanın seçilməsi ilə bağlı məsələ parlamentin plenar iclasına tövsiyə edilib  

16:28
30 Oktyabr

Şuşa və Xocavənd sakinlərinin sosial məsələlərlə bağlı müraciətləri dinlənilib  

16:25
30 Oktyabr

DSX-nin ən yaxşı kinoloqları və xidməti itləri müəyyən olunub  

15:58
30 Oktyabr

Noyabr ayına olan hava proqnozu açıqlanıb  

15:43
30 Oktyabr

Bu ilin 9 ayında 246 milyon 273 min manat dəyərində narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb  

15:37
30 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!