02 Fevral 2025 08:25
535
İQTİSADİYYAT
A- A+
Bakının yollarında əhəmiyyətli dəyişikliklər olacaq

Bakının yollarında əhəmiyyətli dəyişikliklər olacaq


Abşeron yarımadasının şimalında dairəvi yolların yaradılması ideyası var


"Prezident İlham Əliyev tərəfindən təsdiqlənən "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" Bakı şəhəri və Abşeron yarımadasında nəqliyyat infrastrukturunun yaxşılaşdırılması ilə bağlı ikinci dövlət proqramıdır. İlk Dövlət proqramı 2006-cı ildə qəbul olunmuşdu və o vaxt proqram çərçivəsində Bakıda yolların yenidən qurulması, müəyyən yol qovşaqlarının salınması, çoxlu körpü, tunel tikintisi, küçələrin genişləndirilməsi işləri icra edilmişdi".

Bu sözləri "Azərbaycan" qəzetinə nəqliyyat eksperti Ərşad Hüseynov deyib. O xatırladıb ki, həmin proqram əsasında şəhərdə kiçik avtobusları irihəcmli nəqliyyat vasitələri əvəz edib. Yeni Dövlət proqramı isə daha geniş, əhatəli sənəddir. Görülən işlərin davamı və dayanıqlı olması yaxşı haldır. Yeni proqramda üç istiqamətdə tədbirlər nəzərdə tutulur. Birincisi, nəqliyyat infrastrukturu ilə bağlı məsələlərdir. Burada müəyyən yolların yenidən tikilməsi, genişləndirilməsi, qovşaqların yaradılması və sair nəzərdə tutulur. Əsas diqqət paytaxtın şimal və şimal-qərb tərəfindən şəhərə gediş-gəlişin yaxşılaşdırılmasına yönəlib. Abşeron yarımadasının şimalında dairəvi yolların yaradılması ideyası var, bu da müsbət qarşılanmalıdır. "Sabunçu-Sulutəpə, Pirşağı-Novxanı-Saray qəsəbəsindən keçərək Bakı-Şamaxı yoluna birləşən yollar Abşeron yarımadasının yükünü xeyli azaldacaq və Şamaxı istiqamətində hərəkət üçün Bakı şəhərinə daxil olmağa ehtiyac qalmayacaq. Mərdəkandan Lökbatana getmək istəyən də şəhərə daxil olmayacaq, Sabunçudan Sulutəpə yolu ilə Lökbatana keçəcək. Layihələrdən bəziləri küçələrin təkmilləşdirilməsinə yönəlikdir. Bu layihələr çərçivəsində Ziya Bünyadov prospektinin vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması nəzərdə tutulur. Bu prospektdən Bakı dairəvi yoluna keçid verilməsi planlaşdırılır. 20 Yanvar qovşağının yaxşılaşdırılması görüləcək işlər sırasındadır", - deyə o əlavə edib. 

Ekspert qeyd edib ki, Dövlət proqramında yer alan tədbirlər şəhərin yol-nəqliyyat infrastrukturunu yaxşılaşdıracaq. İkinci istiqamət ictimai nəqliyyatın və mobilliyin inkişafı ilə bağlıdır. Mobillik üçün şəraitin yaxşılaşdırılması, yeni metro stansiyalarının salınması, avtobusların sayının artırılması, Bakıətrafı qatar şəbəkəsinin genişləndirilməsi, yeni qatarlar alınması, tramvay xəttinin çəkilməsi,  Mehdiabad - 28 May istiqamətində kütləvi sərnişindaşıma vasitəsi, yəni metrobusların təşkili nəzərdə tutulur. Bütün bunlar tətbiq olunsa, yollarda əhəmiyyətli dəyişikliklər olacaq. 

Ə.Hüseynov vurğulayıb ki, Dövlət proqramının uğurlu olması ikinci istiqamətdə olan tədbirlərlə bağlıdır: "İctimai nəqliyyatın sürətli və dayanıqlı inkişafı üçün tədbirlər görülməsə, yeni yollar çəkilsə belə yenə tıxaclar olacaq. Bu baxımdan mobilliyin sırf alternativ ictimai nəqliyyat üzrə inkişafı vacibdir. Tramvay, metro, şəhərətrafı qatarlar, əlçatanlıq, xidmət keyfiyyətinin qaldırılması - bütün bunlar həll olunsa, uğurlu nəticələr görə biləcəyik". 

Ekspert bildirib ki, üçüncü istiqamət isə təhsil müəssisələrinin mobilliyə təsiri məsələsidir. Bu məsələ ciddi araşdırılmalıdır. Söhbət hansısa universitetin, məktəbin köçürülməsindən getmir. Bakı ətrafındakı ərazilərdən şagirdlərin şəhər daxilindəki məktəblərə gətirilməsi halları çoxdur. Yaxşı olar ki, Bakı ətrafında yeni məktəblər tikilsin, mövcud məktəblərin şəraiti, pedaqoji heyətin fəaliyyəti yaxşılaşdırılsın ki, əhali oradakı məktəbi bəyənib şəhər məktəblərinə üz tutmasın. Tələbələrin mobilliyi ilə bağlı ciddi işlər görülməlidir. 

Proqramda iş saatlarının dəyişdirilməsi məsələsinin də yer aldığını qeyd edən Ə.Hüseynov deyib ki, dövlət qurumlarında, tibb və digər müəssisələrdə çalışanların eyni vaxtda işə gedib qayıtdıqda yollarda vəziyyət daha dözülməz olur. Müəssisələr dəyişkən iş qrafikinə keçərsə,  pik saatın vaxtı uzanar, yük daha uzun müddətə paylanar. Onda küçələr eyni vaxtda yüklənməz. Biri var on min insan yarım saat müddətində harasa gedə, bir də var ki, iki saata ünvana çata. Bundan başqa, sənəddə yollarda təhlükəsizliklə bağlı tədbirlər də yer alıb. Hər yerdə piyada keçidləri işıqlandırılmalıdır. Proqramın icrası nəticəsində kəsintisiz səki olmalı, səkilərdə maneələr aradan qaldırılmalıdır. 

Ə.Hüseynov sonda qeyd edib ki, Dövlət proqramının icrası nəticəsində yaxın 5 ildə Bakıda və şəhər ətrafında mobilliklə bağlı mənzərə əhəmiyyətli dərəcədə dəyişəcək.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya ikincisi olan Azərbaycan şahmatçısı: Gümüş medalı anama həsr edirəm

14:13
09 Mart

Sabahın hava proqnozu açıqlanıb

12:32
09 Mart

Azərbaycanın cənub bölgəsində zəlzələ olub - YENİLƏNİB

12:29
09 Mart

İsmayıllı rayonunda zəlzələ olub

08:54
09 Mart

Bu gün 59 minə yaxın XI sinif şagirdinin buraxılış imtahanı verəcəyi gözlənilir

08:18
09 Mart

QMİ sədri və nümayəndə heyəti Belçikada iftar süfrəsində iştirak edib

08:16
09 Mart

Cəbrayıl şəhərində sakinlərin iştirakı ilə iməcilik keçirilib

21:57
08 Mart

Misli Premyer Liqası: "Qarabağ" liderliyini möhkəmləndirib

21:16
08 Mart

Fələstin mediası Ceyhun Bayramovun İƏT Nazirlər Şurasının iclasındakı çıxışını işqlandırıb

18:47
08 Mart

Bakıda Beynəlxalq Qadınlar Günü münasibətilə veloyürüş keçirilib

16:45
08 Mart

Abşeron Rayon Mərkəzi Xəstəxanasında 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid, qazi, veteran analarını, xanımlarını və qızlarını təbrik edilib

16:41
08 Mart

Avropa Azərbaycan Mərkəzi Almaniyanın rəsmi qurumlarına və beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb  

15:47
08 Mart

Dünya Kuboku: Azərbaycan gimnastı qızıl medal qazanıb

15:28
08 Mart

Milli Məclisinin NATO Parlament Assambleyasındakı nümayəndə heyəti Brüsseldə işgüzar səfərdədir

14:56
08 Mart

Azərbaycan Slovakiyanın qaz təchizatı ilə bağlı müzakirələrdə iştirak edib  

14:33
08 Mart

Nazir müavini Firudin Qurbanov Ağalıda tədris prosesi ilə tanış olub

13:58
08 Mart

Sabah ölkə ərazisində əsasən yağmursuz hava şəraiti müşahidə ediləcək  

13:12
08 Mart

Brüsseldə multikulturalizmə həsr olunan panel müzakirə təşkil olunub

12:23
08 Mart

Rusiya Ukraynaya kütləvi hava hücumu edib, çoxlu sayda ölənlər var  

12:09
08 Mart

Azərbaycan nümayəndə heyətinin Belçika və Avropada “2025 İslam Dünyası İli” çərçivəsində tədbirlərdə iştirak edib  

11:59
08 Mart

Bakıda “Kənddən şəhərə” Novruz yarmarkası fəaliyyətə başlayıb 

11:26
08 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!