21 Noyabr 2023 21:00
391
SİYASƏT
A- A+
Bakıda Ümummilli Liderin anadan olmasının 100-cü ildönümünə və TürkPA-nın 15 illiyinə həsr edilmiş konfrans keçirilib  

Bakıda Ümummilli Liderin anadan olmasının 100-cü ildönümünə və TürkPA-nın 15 illiyinə həsr edilmiş konfrans keçirilib  

 

Noyabrın 21-də Bakıda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə və Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) 15 illiyinə həsr olunmuş konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransın Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan hissəsində çıxış edən Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədr müavini Bekir Bozdağ Türkiyə, Azərbaycan və Türk dünyasının digər ölkələrinin tarixi dostluqlarını, qardaşlıqlarını möhkəmləndirmək üçün çalışdıqlarını vurğulayıb. Hazırda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Azərbaycan Prezidenti İlham Əliyevin və digər Türk dövlətlərinin başçılarının əlaqələri genişləndirmək üçün genişmiqyaslı işlər gördükləri diqqətə çatdırılıb.

Bildirib ki, parlamentlərarası əlaqələr xalqlarımız arasındakı münasibətlərin daha da inkişaf etdirilməsinə xidmət göstərir. Dünyadakı hazırkı mürəkkəb vəziyyət Türk dövlətlərinin birlikdə olmasını zərurətə çevirir.

Bekir Bozdağ dövlətlərarası münasibətləri “Bir millət, yeddi dövlət” olaraq inkişaf etdirməyin əhəmiyyətindən danışıb.

Qırğız Respublikasının Joqorku Keneşinin üzvü Dastanbek Cumabekov çıxışında diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması istiqamətində böyük işlər görüb. Onun hakimiyyətə gəlməsi ilə Azərbaycanda parlament inkişaf edib, əhalinin sosial rifahı yaxşılaşıb, iqtisadiyyat dirçəlib.

O əlavə edib ki, Ümummilli Liderin vətənpərvərliyinin Qarabağın işğaldan azad edilməsində mühüm rolu olub.

Türkiyə Böyük Millət Məclisinin digər üzvü Ahmet Zenbilci isə qeyd edib ki, ki, Ulu Öndər Heydər Əliyev Türk dünyası üçün gördüyü işlərlə yaddaşlarda böyük iz qoyub. Bu gün Azərbaycan ilə Türkiyə arasında bənzərsiz münasibətlər hökm sürürsə, bunda Ümummilli Liderin böyük əməyi var.

Ahmet Zenbilci bildirib ki, bundan sonra da Azərbaycan ilə Türkiyə arasındakı münasibətlər ən yüksək səviyyəyə qaldırmaq üçün işlər görüləcək.

Milli Məclisin deputatı Əhliman Əmiraslanov vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev Türk dövlətlərinin əlaqələrinin inkişafı, birliyi üçün çox iş görüb.

“Bu gün Ulu Öndər Heydər Əliyevin ruhu şaddır. Çünki Ümummilli Liderin Türk dünyası ilə bağlı arzuları reallaşıb”,- deyə o qeyd edib.

Milli Məclisin deputatı Hikmət Babaoğlu Azərbaycanın və Türkiyənin tarixən davam edən qardaşlıq münasibətlərinin hazırda ən yüksək səviyyəyə çatdığını vurğulayıb. Keçirilən belə tədbirlərin Türk dövlətləri arasında əlaqələri daha da inkişaf etdirdiyini diqqətə çatdırıb.

Tədbirin TürkPA-nın 15 illiyinə həsr olunmuş hissəsində çıxış edən qurumun Baş katibi Mehmet Süreyya Er deyib: “TürkPA-nın gördüyü işlər üzv dövlətlər tərəfindən hər zaman dəstəklənib. TürkPA regional və beynəlxalq təşkilatlarla geniş əlaqələr qurub, münasibətlərini genişləndirir”.

O əlavə ki, Türk dünyasında gedən proseslərdə TürkPA fəallıq nümayiş etdirir.

Türkiyə Böyük Millət Məclisinin üzvü Osman Mesten vurğulayıb ki, hazırda Şərq dövlətləri inkişaf mərhələsinə qədəm qoyub. Buna zəmin yaradan bir neçə amil var. Belə ki, ortaq tarix və dil, əhalinin artan sayı birgə əməkdaşlığı inkişaf etdirən əsas məsələlərdəndir.

O deyib ki, qlobal imperializmə, eyni zamanda, islamofobiyaya qarşı mübarizə üçün Türk dünyasının birgə əməkdaşlığı vacibdir.

Digər çıxış edənlər Türk dünyasının birləşməsinin tarixi zərurətə çevrildiyini vurğulayıblar. Ortaq mədəniyyətin, tarixin, dilin, dinin qarşılıqlı əməkdaşlığın inkişafına zəmin yaratdığı diqqətə çatdırılıb. Eyni zamanda, Türk dövlətlərinin bütün sahələrdə əməkdaşlığının önəmi qeyd olunub, bu barədə təkliflər səsləndirilib.

Tədbirdə Türk dövlətləri arasında təhsil sahəsində münasibətlərin, o cümlədən əlifba və dil birliyinin vacibliyi, tələbə təqaüdlərinin təsis olunmasının əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.

Konfrans TürkPA-nın keçmişi, bugünkü vəziyyəti və perspektivləri haqqında müzakirələrlə yekunlaşıb.

Sonra ailə fotosu çəkdirilib.

Qeyd edək ki, konfransda Milli Məclisin deputatları, Türkiyənin, Qırğızıstanın, Özbəkistanın, Şimali Kiprin, həmçinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT), “Türk Kültür və Sənətləri Ortaq Yönətimi”nin (TÜRKSOY), Türk Dövlətləri Təşkilatının (TDT), Müstəqil Dövlətlər Birliyinin (MDB) nümayəndələri iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!