11 Oktyabr 2024 20:41
674
COP29
A- A+
Bakıda Pre-COP29 çərçivəsində iqlim fəaliyyətində insan inkişafının rolu üzrə mühüm tədbir keçirilib

Bakıda Pre-COP29 çərçivəsində iqlim fəaliyyətində insan inkişafının rolu üzrə mühüm tədbir keçirilib

Oktyabrın 11-də Heydər Əliyev Mərkəzində COP29 Sədrliyi tərəfindən Pre-COP29 çərçivəsində “Dayanıqlı və Davamlı Gələcəyin Gücləndirilməsi: İqlim Fəaliyyətində İnsan İnkişafının Rolu” adlı tədbir təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Ümumdünya Səhiyyə Təşkilatı, UNESCO, BMT-nin İnkişaf Proqramı, UNICEF, Beynəlxalq Əmək Təşkilatı və çoxtərəfli inkişaf bankları, eləcə də vətəndaş cəmiyyəti və xeyriyyəçilik təşkilatları da daxil olmaqla qlobal tərəfdaşlarla məsləhətləşmələr yolu ilə hazırlanmış “İqlim Dayanıqlığı üçün İnsan İnkişafı üzrə Bakı Təşəbbüsü” təqdim olunub və həmin istiqamətdə müzakirələr aparılıb. Tədbirdə insan inkişafının iqlim dayanıqlığı strategiyalarına inteqrasiyası ilə bağlı fikir mübadiləsinin aparılması üçün hökumətlərin, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyətinin nümayəndələri bir araya gəliblər.

Tədbiri giriş sözü ilə açan COP29-un baş danışıqçısı Yalçın Rəfiyev həmin təşəbbüsün məqsədinin uşaqların və gənclərin diqqət mərkəzində saxlanılması ilə təhsil, səhiyyə, sosial müdafiə, yaşıl iş yerləri və bacarıqlar vasitəsilə insan inkişafına dəstək vermək və bununla iqlim dəyişmələrinin təsirlərinə qarşı dayanıqlığı gücləndirmək olduğunu vurğulayıb.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreevanın moderatorluğu ilə keçirilən birinci paneldə Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini Həsən Həsənli, UNICEF-in Azərbaycandakı nümayəndəsi Saja Farooq Abdullah, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Troy Dooley, COP29-un BMT-nin İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai, Beynəlxalq Əmək Təşkilatının Azərbaycan üzrə koordinatoru Yaşar Həmzəyev və Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı Ölkə Ofisinin təmsilçisi Kamran Maşhadi iqlim dayanıqlığının formalaşdırılmasında təhsil, yaşıl iş yerləri və sağlamlığın mühüm rolu, eləcə də uşaqların və gənclərin bu istiqamətdə dəstəklənməsinin vacibliyi ətrafında müzakirə aparıblar.

Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru xanım Sunniya Durrani-Camalın moderatorluğu ilə keçirilən ikinci panel iqlim fəaliyyətində insan inkişafı üçün maliyyələşdirmənin artırılmasına həsr olunub. Paneldə çıxış edən İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin direktoru Azər Bayramov, BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident-nümayəndəsi Alessandra Rokkasalvo, Dünya Bankının Cənubi Qafqazda insan inkişafı üzrə nümayəndəsi Ahmet Levent Yener, Qlobal Fondun özəl sektor üzrə rəhbəri Con Fairhurst, Avropa Yenidənqurma və İnkişaf Bankının Beynəlxalq siyasət və əlaqələndirmə departamentinin rəhbəri Can-Villem van de Ven və Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının qlobal iqlim siyasəti üzrə koordinatoru Bert De Vel davamlı və dayanıqlı gələcək üçün insan inkişafına investisiyaların genişləndirilməsi məqsədilə innovativ maliyyələşdirmə mexanizmləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Tədbir insan inkişafının iqlim fəaliyyətindəki mühüm rolunu bir daha ön plana çıxarıb. İştirakçıların rəyləri “İqlim Dayanıqlığı üçün İnsan İnkişafı üzrə Bakı Təşəbbüsü”nün daha da təkmilləşdirilməsinə töhfə verəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Böyük Dəbilqə": Azərbaycan cüdoçusu qızıl medal qazanıb

20:58
12 Oktyabr

Azərbaycan Kuboku: “Şahdağ Qusar” və "Şəfa" növbəti mərhələyə yüksəlib

20:56
12 Oktyabr

"Şuşa şəhərinin İslam memarlıq irsi" adlı simpoziumun ikinci gününə yekun vurulub

20:27
12 Oktyabr

Dmitri Savelyev: Rusiya-Azərbaycan əməkdaşlığının bütün səviyyələrdə inkişafına böyük diqqət göstərilir

19:55
12 Oktyabr

Dünya çempionatında medal qazanmış Azərbaycan atıcıları təltif ediliblər

19:52
12 Oktyabr

“Yüksəliş” qalibləri Qarabağ Universitetinin tələbələrinə təlim keçib

19:47
12 Oktyabr

Şahdağın yüksəkliklərinə qar yağıb

19:06
12 Oktyabr

“Qalatasaray”ın iki futbolçusu Türkiyə millisinin heyətindən çıxarılıb

18:57
12 Oktyabr

Daşaltı kəndindəki məscidin tikintisi başa çatmaq üzrədir

18:41
12 Oktyabr

Milli futbol liqaları FIFA-nı məhkəməyə verəcək

18:29
12 Oktyabr

COP29 Azərbaycan Əməliyyat Şirkəti Pre-COP çərçivəsində brifinq keçirilib

18:17
12 Oktyabr

Azərbaycanda quşların qış sayğısının nəticəsinə əsasən 704 min fərd qеydə аlınıb

18:03
12 Oktyabr

Şuşada bu günə qədər 20-yə yaxın abidələrimiz tam olaraq bərpa olunub - Aydın Kərimov

17:52
12 Oktyabr

İrakli Kobaxidze: Gürcüstanda seçkilər azad, şəffaf, demokratik və rəqabətli olacaq  

17:43
12 Oktyabr

Azərbaycanın batut gimnastları beynəlxalq yarışda finala yüksəliblər  

17:32
12 Oktyabr

Santuşun mətbuat konfransının vaxtı bəlli olub

17:21
12 Oktyabr

Yaponiyanın baş naziri İşiba Xirosima və Naqasakiyə atılan atom bombalarını xatırladıb

17:09
12 Oktyabr

İtaliya nəşri Pre-COP29 konfransından yazıb

16:53
12 Oktyabr

Yardımlıda narkokuryer qohumlar saxlanılıblar

16:41
12 Oktyabr

“Euronews”: Bakıda keçiriləcək COP29 iqlim sammitinin gündəliyi zəngindir

16:30
12 Oktyabr

Ayxan Hacızadə: Ermənistanın baş nazirinin iddiaları reallıqların təhrif olunması cəhdidir

16:13
12 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!