06 Oktyabr 2024 08:00
3548
SİYASƏT
A- A+
Eviniz mübarək, eliniz abad olsun

Eviniz mübarək, eliniz abad olsun


İlham Əliyevin "Böyük qayıdışı" soydaşlarımızın sonsuz sevinci ilə müşayiət edilir


Mənfur düşmənin Qarabağda və Şərqi Zəngəzurda üç onillik ərzində xarabalığa çevirdiyi  şəhər və kəndlərimiz yenidən tikilib qurularaq əvvəlkindən də mükəmməl görkəm alır. Bir zaman buranı göz yaşı içində tərk etməyə məcbur olan insanlar  yenidən doğma yurdlarında məskunlaşırlar. Çoxları  məcburi köçkün düşəndə uşaq idi, gənc idi, indi isə yurda övladları, nəvələri ilə  qayıdırlar.

Azad edilmiş ərazilərimizdə həyat getdikcə daha çox qaynayır. Bu gün artıq Şuşa, Laçın, Füzuli, Xankəndi, Xocalı, Cəbrayıl   şəhərlərində və bir neçə kənddə  yüzlərlə soydaşımız yaşayır. 100-ə yaxın kəndin bərpası davam edir. Bir sözlə,  Böyük qayıdış proqramı uğurla icra olunur. Sözü imzası qədər  dəyərli olan Prezident İlham Əliyev  Vətən müharibəsindəki qələbədən sonra dediyi "Qarabağı cənnətə çevirəcəyik" sözlərinin də üstündə möhkəm dayanıb. Belə ki, gündən-günə vüsət alan genişmiqyaslı tikinti, bərpa-quruculuq işləri dövlət başçısının şəxsi nəzarətindədir. Regiona hər növbəti səfərində görülən işlərin gedişi ilə tanış olur, tamamlanmış tikililərin açılışını edir, yenilərinin təməlini qoyur. Prezidentlə, birinci xanım Mehriban Əliyeva ilə görüş isə yeni ev-eşiklərindən, yaradılmış şəraitdən məmnun sakinlər üçün əsl bayrama çevrilir. Budəfəki, Cəbrayıldakı  görüş isə ikiqat bayram idi, çünki   şəhərin azad olunmasının dördüncü ildönümünə təsadüf edirdi. Bildiyimiz kimi, 4 oktyabr  həm də  Cəbrayıl Şəhəri Günü kimi qeyd olunur. 

Həmin  gün 7,9 hektar ümumi sahədən ibarət yaşayış kompleksi cəbrayıllılara dəyərli hədiyyə oldu. Kompleksdə 7-si beşmərtəbəli və 26-sı dördmərtəbəli olmaqla 33 yaşayış binası var. Mənzillərin sayı 712-dir. Dövlət başçısı  kompleksin açılışını edərkən  sakinlərlə görüşdü və  onları təbrik etdi. 

Yeri gəlmişkən, qeyd edək ki, Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə bu səfərində də yaşayış binalarının tikintisinin gedişi ilə ətraflı maraqlanıb. Belə ki, Prezident və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunun Horovlu kəndində fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış olublar. Birinci mərhələdə Horovluya 1395 nəfərin köçürülməsi üçün tikilən 334 fərdi evin hörgü işləri tamamlanıb, hazırda xarici və daxili bəzək işləri görülür. Burada, eləcə də,  məktəb binası, uşaq bağçası və digər iaşə obyektlərinin tikintisi davam etdirilir.

Zəngilan şəhərində isə Prezident altıncı yaşayış kompleksinin təməlini qoydu. Burada tikiləcək yaşayış binalarında 177 mənzilin olması planlaşdırılıb. 

Zəngilanda quruculuq işlərinin geniş vüsət aldığı yerlərdən biri də 104 mənzilli  yaşayış kompleksidir. Kompleksin təməli 2022-ci il oktyabrın 19-da qoyulub.

12 binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 1,92 hektardır və burada 104 mənzil inşa olunub. Kompleksdəki binaların inşasında modern və minimalistik memarlıq yanaşmalarından, həmçinin milli naxış elementlərindən istifadə edilib.

Yaşayış məhəlləsi şəhərin mərkəzi hissəsində, məktəb, uşaq bağçası və şəhər parkının yaxınlığında, orta sıxlıqlı və çoxfunksiyalı zonada yerləşir. Zəngilanda Prezident 

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu tikinti meydançasında gedən işlərlə də tanış oldular.

Təqdirəlayiq haldır ki, yurd yerinə dönən insanların məşğulluq probleminin həlli üçün də genişmiqyaslı işlər aparılır. Bir-birinin ardınca yeni müəssisələr istifadəyə verilir.  Yenə də dövlətimizin başçısının  budəfəki səfərini xatırlayaq. Cəbrayıl rayonunda "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında yeni müəssisələrin təməli qoyuldu. Məlumdur ki, Prezidentin 2021-ci il 4 oktyabr tarixli fərmanına əsasən, İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində Cəbrayıl rayonunda "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı yaradılıb. Sənaye parkının əsas fəaliyyət istiqaməti kimi parkda logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin yaradılması planlaşdırılır.

Bu dəfə sənaye parkında əvvəlcə Litvanın "Dominari" şirkətinin mebel klasterinin təməlqoyma mərasimi oldu. Şirkət tərəfindən sənaye parkının 10 hektar ərazisində 5 mərhələdən ibarət mebel klasteri layihəsinin həyata keçirilməsi nəzərdə tutulur.

İlkin mərhələdə döşək istehsalının əsas xammalı olan paralon materialının istehsalı zavodunun və mebel klasterinin müxtəlif mərhələlərini parça ilə təmin edəcək toxuculuq fabrikinin qurulması planlaşdırılır. İnvestisiya dəyəri 50 milyon manatdan çox olan müəssisədə ilkin mərhələdə 650 nəfər işlə təmin ediləcək. İşçilərin Cəbrayıl və ətraf rayonlardan cəlb olunması nəzərdə tutulur.

Sənaye parkında, eləcə də, "Karabakh Stone" MMC-nin zavodunun təməlqoyma mərasimi keçirildi. "Karabakh Stone" MMC 2024-cü ilin iyulunda sözügedən Sənaye Parkının rezidenti kimi qeydiyyatdan keçib. Şirkət parkın 3,5 hektar ərazisində yol və müxtəlif sahələrin abadlaşdırılması üçün dekorativ daşlar (tamet daşlar) və səki bordürlərinin istehsalı ilə məşğul olacaq.

Təməli  qoyulan daha bir müəssisə isə  "Prestij-Kimya" MMC-nin zavodudur.

Şirkət sənaye parkının 2,15 hektar ərazisində dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhlulların istehsalını həyata keçirəcək zavod inşa edəcək. İnvestisiya dəyəri 5,8 milyon manat olan müəssisədə 214 nəfər daimi işlə təmin ediləcək.

Türkiyənin, Çinin, Avropanın qabaqcıl ölkələrinin texnologiyalarından istifadə ediləcək müəssisədə il ərzində 30 min ton müxtəlif dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhsulların istehsal olunması nəzərdə tutulur. Müəssisədə istehsal olunacaq məhsulların daxili bazarla yanaşı, xarici bazarlarda da satışı planlaşdırılır.

Cəbrayıl şəhərində "Azərsun Holdinq" MMC-nin alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlinin qoyulması isə göstərir ki, yeni müəssisələr müxtəlif sahələri əhatə edir. Qazlı və qazsız su, soyuq çay, soyuq qəhvə, limonadlar, təbii meyvə şirəli içkilər buraxacaq müəssisənin illik istehsal gücü 250 milyon PET şüşə, 350 milyon alüminium tənəkə qutu təşkil edəcək. Ölkəmizdən valyuta axınının qarşısının alınmasına töhfə verəcək alkoqolsuz içkilərin istehsalı kompleksi müasirlik və dayanıqlılıq prinsiplərinə uyğun avadanlıqlarla təmin ediləcək. Müəssisədə alternativ enerji mənbələrindən istifadə olunacaq.

Cəbrayıl rayonunda daha bir müəssisənin təməli qoyulub. Bu, "Hicaz quşçuluq" müəssisəsinin damazlıq yumurta istehsalı fabrikidir. Müəssisə 3 sahədən - damazlıq yumurta, inkubator və yem fabriklərindən ibarət olacaq.

Birinci mərhələdə 30 hektar ərazidə hər biri 1600 kvadratmetr olmaqla 24 damazlıq yumurta istehsalı sahəsi tikiləcək. Burada illik 24 milyon ədəd damazlıq yumurta istehsal ediləcək.

Böyük Zəfərdən dərhal sonra həyata keçirilməyə başlayan infrastruktur layihələrinin icrası da uğurla davam edir. Prezident İlham Əliyev növbəti səfərində "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını  edib. Mərkəz iki mərtəbədən ibarətdir. Birinci mərtəbədə hər birinin gücü 2500 kV olan iki güc transformatoru, 35 və 0,4 kV-luq qapalı paylayıcı qurğular, ikinci mərtəbədə isə idarəetmə, texniki və köməkçi otaqlar yerləşir. Mərkəzin elektrik təchizatı üçün 110/35/10 kilovoltluq "Zəngilan" yarımstansiyasından ikidövrəli yeraltı kabel xətləri çəkilib.

Zəngilan rayonunda "Azərenerji" ASC-nin "Sarıqışlaq" Su-Elektrik Stansiyasının da açılışı olub. "Sarıqışlaq" SES Oxçuçayın üzərində kaskad üsulla tikilən Zəngilan silsiləsindəki 4 SES-dən biridir. İndiyə qədər digər 3 SES - "Cahangirbəyli", "Şayıflı" və "Zəngilan" Su-Elektrik stansiyaları dövlətimizin başçısının iştirakı ilə istismara verilib.

"Yaşıl enerji" zonası konsepsiyasına uyğun olaraq tikilən "Sarıqışlaq" SES-də eyni vaxtda derivasiya borularının montajından, bünövrə işlərindən tutmuş maşın zalının tikilməsinə, açıq paylayıcının qurulmasına qədər bütün işlər tam normativ qaydalara uyğun həyata keçirilib.

Su-elektrik stansiyasında 110 kV-luq açıq paylayıcı qurğu tikilib. Bu qurğu nəinki "Sarıqışlaq" SES-də, eyni zamanda "Şayıflı" SES-də istehsal olunan "yaşıl enerji"nin sistemə ötürülməsi funksiyasını icra edir. 

Bir zaman düşmən tərəfindən  yurd-yuvasından didərgin salınan insanların  bu gün abad evi də, gur yanan işığı da, bol suyu da var.  Lakin dövlətimizin bu regionda apardığı  quruculuq işi təkcə bundan ibarət deyil. Doğma kəndinə, şəhərinə dönən  insanların istirahət etməyə parkı da, qonağını qəbul etməyə hər şəraiti də, uşağının təhsil-tərbiyə almağa məktəbi, bağçası da var. Prezidentin  bu səfəri bir daha göstərdi ki, onların sayı getdikcə qat-qat artacaq.        


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Fərid Qayıbov: Xankəndidə nəinki yerli, eləcə də beynəlxalq idman tədbirləri keçiriləcək

16:17
21 Dekabr

Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib

16:11
21 Dekabr

Pakistanın şimal-qərbində silahlıların hücumu nəticəsində 16 hərbçi həlak olub

16:07
21 Dekabr

Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı saziş imzalanıb

16:05
21 Dekabr

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiqlənib

15:49
21 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

15:46
21 Dekabr

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

DİN xəbərdarlıq edir: Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin!

12:04
21 Dekabr

Dünya birjalarında neft bahalaşıb

11:23
21 Dekabr

Cari ildə sürət həddinin aşılması ilə nəticələnən qəzalarda 344 nəfər həyatını itirib

10:58
21 Dekabr

Prezident İlham Əliyev almaniyalı həmkarına başsağlığı verib

10:58
21 Dekabr

“Vətəndaş – Vətən daşı” konsepti

10:52
21 Dekabr

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

10:39
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!