12 Oktyabr 2024 16:13
262
SİYASƏT
A- A+
Ayxan Hacızadə: Ermənistanın baş nazirinin iddiaları reallıqların təhrif olunması cəhdidir

Ayxan Hacızadə: Ermənistanın baş nazirinin iddiaları reallıqların təhrif olunması cəhdidir

Ermənistan baş nazirinin oktyabrın 12-də “Sülh qovşağı: təhlükəsizlik və demokratiyanın vəhdəti” adlı forumda çıxışı zamanı 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatla bağlı səsləndirdiyi iddialar reallıqların təhrif olunması cəhdidir.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın baş nazirinin çıxışı zamanı Azərbaycana qarşı səsləndirdiyi fikirlərə dair şərhində bildirib.

O qeyd edib ki, üçtərəfli Bəyanata istinadən kommunikasiyaların açılması məsələsində Ermənistan baş nazirinin açıqlaması bu ölkənin rəhbərliyinin üzərinə götürdüyü öhdəliklərə dair etinasızlığını növbəti dəfə nümayiş etdirir. Üçtərəfli Bəyanatın 9-cu bəndində Ermənistanın kommunikasiyaların açılması xüsusunda hansı öhdəliklərinin olduğu, nəqliyyat əlaqəsi üzrə nəzarətin hansı formada təşkil olunacağı açıq-aydın təsvir olunub.

“Ümumiyyətlə, Ermənistanın üçtərəfli Bəyanatdan irəli gələn digər öhdəlikləri pozan fəaliyyətlərinə nəzər salsaq, ilk növbədə, İrəvanın 2023-cü ilin sentyabr ayınadək öz qanunsuz silahlı birləşmələrini Azərbaycanın Qarabağ bölgəsindən çıxarmaması, humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın dəhlizi vasitəsilə Azərbaycan ərazilərinə əlavə silah-sursat, hərbi texnika, minalar ötürməsi, ölkəmizə qarşı mina terrorunu davam etdirməsi xatırlanmalıdır.

Üzdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edən Ermənistan tərəfinin Azərbaycan ərazilərində saxladığı qondarma rejimin təbliğatını aparması və Ermənistan baş nazirinin 2023-cü il sentyabrın 2-də qondarma “müstəqillik” ilə bağlı separatçı xunta rejiminə təbriklərini çatdırdığını heç kəs unutmayıb. Bu baxımdan Ermənistan baş nazirinin Laçın dəhlizinin fəaliyyəti, qaçqın və məcburi köçkünlərin qayıdışına dair ritorik sualları yalnız təəccüb və istehza doğurur”, - deyə Ayxan Hacızadə bildirib.

Mətbuat katibi, həmçinin əlavə edib ki, Ermənistan tərəfinin hərbi əsirlərin qaytarılmadığını iddia etməsi gülüncdür. Azərbaycan indiyə qədər humanizm prinsipinə sadiq qalaraq bütün hərbi əsirləri Ermənistan tərəfinə təhvil verib. Erməniəsilli hərbi cinayətkarların və separatçı xunta rejiminin nümayəndələrinin azad edilməsi barədə isə Azərbaycan hər hansı bir öhdəliyə malik deyil.

“Sonda bir daha Azərbaycanın tarixi və beynəlxalq hüquqi çərçivədə mövcud olan ərazilərinə qarşı əsassız iddialarından, tarixin saxtalaşdırılmasından əl çəkməyən, beynəlxalq hüququn prinsiplərini kobudcasına pozan, yürütdüyü təcavüz siyasəti səbəbindən düşdüyü vəziyyətdən nəticə çıxarmayan Ermənistan rəhbərliyini heç bir çərçivəyə sığmayan, reallıqları təhrif edən və nəticə etibarilə beynəlxalq ictimaiyyəti yanıltmağa yönələn açıqlamalardan çəkinməyə çağırırıq”, - deyə XİN-in rəsmisi vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şahdağın yüksəkliklərinə qar yağıb

19:06
12 Oktyabr

“Qalatasaray”ın iki futbolçusu Türkiyə millisinin heyətindən çıxarılıb

18:57
12 Oktyabr

Daşaltı kəndindəki məscidin tikintisi başa çatmaq üzrədir

18:41
12 Oktyabr

Milli futbol liqaları FIFA-nı məhkəməyə verəcək

18:29
12 Oktyabr

COP29 Azərbaycan Əməliyyat Şirkəti Pre-COP çərçivəsində brifinq keçirilib

18:17
12 Oktyabr

Azərbaycanda quşların qış sayğısının nəticəsinə əsasən 704 min fərd qеydə аlınıb

18:03
12 Oktyabr

Şuşada bu günə qədər 20-yə yaxın abidələrimiz tam olaraq bərpa olunub - Aydın Kərimov

17:52
12 Oktyabr

İrakli Kobaxidze: Gürcüstanda seçkilər azad, şəffaf, demokratik və rəqabətli olacaq  

17:43
12 Oktyabr

Azərbaycanın batut gimnastları beynəlxalq yarışda finala yüksəliblər  

17:32
12 Oktyabr

Santuşun mətbuat konfransının vaxtı bəlli olub

17:21
12 Oktyabr

Yaponiyanın baş naziri İşiba Xirosima və Naqasakiyə atılan atom bombalarını xatırladıb

17:09
12 Oktyabr

İtaliya nəşri Pre-COP29 konfransından yazıb

16:53
12 Oktyabr

Yardımlıda narkokuryer qohumlar saxlanılıblar

16:41
12 Oktyabr

“Euronews”: Bakıda keçiriləcək COP29 iqlim sammitinin gündəliyi zəngindir

16:30
12 Oktyabr

Ayxan Hacızadə: Ermənistanın baş nazirinin iddiaları reallıqların təhrif olunması cəhdidir

16:13
12 Oktyabr

Bayden Trampın mühafizəsi ilə bağlı əmr verdi  

15:30
12 Oktyabr

Rusiyada xərçəng əleyhinə vaksin melanoma xəstələri üzərində sınaqdan keçiriləcək

15:18
12 Oktyabr

Milli Məclis Niderland parlamentinin Nümayəndələr Palatasının qətnamələrinə münasibət bildirib

15:14
12 Oktyabr

Almaniya ordusunda 35 min əsgər çatışmır

15:10
12 Oktyabr

Alimlər: Sink ehtiyatlarının çoxu Yerə ibtidai asteroidlərlə birlikdə düşüb

14:59
12 Oktyabr

Ahıl vətəndaşları aldadaraq pullarını ələ keçirən şəxs saxlanılıb 

14:47
12 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!