12 Oktyabr 2024 08:05
478
İQTİSADİYYAT
A- A+
"Dəstədən geridə qalmamaq üçün"

"Dəstədən geridə qalmamaq üçün"


Azərbaycan QHT-ləri COP29-a ciddi hazırlaşırlar


COP29 yaxınlaşdıqca onunla bağlı Bakıda keçirilən tədbirlərin sayı və intensivliyi də artır. İştirakçı dövlətlərin nümayəndələri Azərbaycana gəlir, təkliflərini verir, təşəbbüs irəli sürür, hazırlıqlarla tanış olurlar. Eləcə də yerli dövlət qurumları və özəl təşkilatlar öz aralarında tədbiröncəsi COP29-la bağlı görülən işləri müzakirə edir, nəticəsini ictimaiyyətlə paylaşırlar. Bu da təbiidir, çünki qlobal tədbirin başlanmasına artıq sayılı günlər qalır. 

Qeyri-hökumət təşkilatları  (QHT) da sıradan geridə qalmamaq üçün COP29 çərçivəsində fəallıq nümayiş etdirirlər. Yeri gəlmişkən qeyd edək ki, COP29-un Təşkilat Komitəsinin tərkibində dövlət qurumları ilə yanaşı, müvafiq profil üzrə işgüzar və ən fəal vətəndaş cəmiyyəti təsisatları təmsil olunurlar. Bu təmsilçilik Azərbaycan dövlətinin QHT-lərə yaratdığı şəraitin, göstərilən böyük etimadın göstəricisidir. 

Hələ aylar öncə xarici QHT-lərdən Azərbaycan Milli QHT Forumuna  COP29-la əlaqədar çoxsaylı əməkdaşlıq təklifləri irəli sürülüb. Daxil olan təklifləri Milli QHT Forumunun  İdarə Heyəti müzakirə etdikdən sonra  "COP29 QHT Koalisiyası" yaratmaq təşəbbüsü ilə çıxış edib. Xarici QHT-lər tərəfindən  maraqla qarşılanan təşəbbüsə 30 ölkədən 108 əcnəbi QHT qoşulub. Həmçinin koalisiya ilə əlaqədar ABŞ, Böyük Britaniya, Almaniya, Belçika, Niderland,  İtaliya, Macarıstan, Avstraliya, Pakistan, Nigeriya, Əlcəzair, Kamerun, Meksika, Hindistandan olan QHT-lər və ictimai fəallar Azərbaycan Milli QHT Forumuna  ünvanladıqları məktubda COP29-a evsahibliyi edən Azərbaycana güclü dəstəklərini ifadə ediblər. 

Maraqlıdır ki, Azərbaycanda ilk dəfədir belə qlobal formatda və nəhəng miqyasda yerli və xarici QHT-lərin əməkdaşlığı qurulur. Bu, o deməkdir ki, vətəndaş cəmiyyəti COP29-un Azərbaycana bəxş etdiyi unikal imkanları aydın hiss edir. Ona görə də həmin əməkdaşlığın qurulmasına xüsusən gənc QHT-çilər öz töhfələrini verməyə çalışırlar. Bu səbəbdən COP29-un gənc liderləri, könüllülər və QHT-lərin  qlobal tədbirə hazırlıqlar çərçivəsində ayrılıqda gördükləri iş həm yerli, həm də beynəlxalq səviyyədə təqdir olunur. Şübhəsiz, tədbirin fəaliyyət göstərəcəyi günlərdə bu, daha qabarıq hiss ediləcək. 

Xarici ölkələrin gənclərini də cəlb edən COP29  fəalları ekoloji sağlam cəmiyyətdə yaşamaq istəyirlər. Ona görə də ətraf mühitin mühafizəsi ilə bağlı görülən tədbirlərdə gənclər üstünlüyü əldən vermirlər. Mütəmadi olaraq xarici QHT-lərlə onlayn görüşlər keçirilir, əməkdaşlıq imkanları və qarşıya qoyulan məsələlər müzakirə olunur, nəticələr diqqətə çatdırılır. Məsələn, bu günlər COP29 QHT Koalisiyasının hibrid formatda keçirdiyi görüşdə elan olunub ki, koalisiyanın sıraları hər gün genişlənir və artıq dünyanın 71 ölkəsindən bu qurumda 335 QHT yer alır. Qarşılıqlı müzakirə nəticəsində Azərbaycanın irəli sürdüyü qlobal təşəbbüslər dünyanın aparıcı vətəndaş cəmiyyəti tərəfindən təqdirlə qarşılanıb. COP29 QHT Koalisiyası bir daha dünya dövlətlərini Azərbaycanın COP29 naminə birgə atəşkəs çağırışına qoşulmağa çağırıb. Görüşdə həmçinin ətraf mühit, sağlamlıq və gender məsələlərinin diqqətdə saxlanılması haqqında təkliflər müzakirə olunub. Məlumat üçün bildirək ki, COP29 QHT Koalisiyasında ölkəmizi Azərbaycan Milli QHT Forumu təmsil edir. Adıçəkilən koalisiya da məhz Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə yaranıb. Ona görə də forum bu cür hibrid görüşlər zamanı tərəflərin fəaliyyətlərini koordinasiya edir. 

QHT-lərin fəaliyyəti təkcə onlayn görüşlərlə məhdudlaşmır, COP29-da iştirak etməyə hazır olan digər həmfikir ictimai qurumlarla, beynəlxalq təşkilatlarla canlı görüşlər keçirilir. Bir gün öncə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən QHT rəhbərləri üçün qlobal tədbir ərəfəsində keçirilən məlumat sessiyası bu qəbildəndir. Tədbirdə dayanıqlılıq siyasətləri, müyəssərlik və inklüzivlik məsələləri, Yaşıl Zonada QHT-lər üçün potensial imkanlar, Azərbaycan QHT-lərinin COP29-da iştirak məqsədləri və gözləntilər, tədbir zamanı proqramlaşdırma məsələləri üzrə tövsiyələr kimi mövzular ətrafında müzakirələr aparılıb, "yaşıl keçid"lə bağlı maarifləndirmə prosesində QHT-lərin mühüm rolu vurğulanıb. 50-dən artıq QHT nümayəndəsinin iştirak etdiyi informasiya sessiyasında Yaşıl Zonada olacaq QHT-lər üçün yaradılan imkanlar mövzusunda da məlumatlar verilib.  

Sessiyanın keçirilməsində məqsəd COP29 çərçivəsində təşkil ediləcək fəaliyyətə dair QHT nümayəndələrinin məlumatlandırılması, təklif olunan müxtəlif imkanların müzakirəsi, eləcə də ümumilikdə COP prosesi barədə bilgilərin paylaşılmasıdır. Çünki QHT sektoru COP29 çərçivəsində regional və qlobal səviyyədə indekslərin formalaşmasında, problemlərin həlli istiqamətində ortaya gərəkli bir konsepsiya qoyduğu üçün iqlim dəyişmələri mövzusunda yeni yanaşmanı dəstəkləyirlər. Ona görə də Azərbaycan QHT sektoru qərargah tipli beyin mərkəzi formalaşdırıb və bu mərkəz iqlim dəyişmələri məsələsində "daha nələr etmək olar, atılan addımları hansı istiqamətə yönəltmək mümkündür" mövzusu üzərində işləyir.


Züleyxa ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ICESCO-nun Baş direktoru Azərbaycana səfərə gəlib  

13:07
09 Noyabr

Qərbi Azərbaycan İcması Dövlət Bayrağı Günü ilə bağlı bəyanat yayıb

12:44
09 Noyabr

İşğaldan azad edilmiş torpaqlarda bayram konsertləri təşkil olunub  

12:43
09 Noyabr

Kambocanın Kralı Əlahəzrət Norodom Sihamoniyə  

12:41
09 Noyabr

COP29-la əlaqədar 57 marşrutun hərəkət sxemi dəyişdirilir  

12:40
09 Noyabr

SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirilib  

12:39
09 Noyabr

Tuvalunun Baş naziri Azərbaycana səfərə gəlib  

12:21
09 Noyabr

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb  

12:20
09 Noyabr

Marşal Adaları Respublikasının Prezidenti Azərbaycana səfərə gəlib  

12:19
09 Noyabr

Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

12:09
09 Noyabr

Yol polisi bayram günləri ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib  

09:32
09 Noyabr

“9 Noyabr - Azərbaycan Respublikası Dövlət Bayrağı Günü” adlı virtual sərgi təqdim olunub 

09:31
09 Noyabr

Türkiyənin müdafiə naziri: Ümidvarıq ki, Ermənistan davamlı sülh fürsətindən istifadə edəcək  

09:30
09 Noyabr

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

09:28
09 Noyabr

Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib

09:26
09 Noyabr

Azərbaycanın Rusiyadakı səfirliyi Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil edib

09:25
09 Noyabr

Tanzaniyanın Vitse-prezidenti Azərbaycana səfərə gəlib  

09:23
09 Noyabr

Qaydar Abdikerimov: Prezident İlham Əliyev təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının əsl vətənpərvər övladıdır  

09:22
09 Noyabr

Türkiyə parlamentinin sədri Azərbaycanı təbrik edib: Qardaşlığımız əbədi olsun!  

09:19
09 Noyabr

Qalata Qülləsində Azərbaycan Bayrağı və Xarıbülbül təsviri əks olunub 

09:17
09 Noyabr

Zəfər Günü münasibətilə Xankəndidə bayram konserti və atəşfəşanlıq olub  

22:19
08 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!