20 Sentyabr 2024 22:12
1215
İQTİSADİYYAT
A- A+
Bakıda Orta Dəhliz ölkələrinin vahid assosiasiyasının yaradılması müzakirə olunub

Bakıda Orta Dəhliz ölkələrinin vahid assosiasiyasının yaradılması müzakirə olunub

Sentyabrın 19-20-də Bakıda “Avrasiya Nəqliyyat Marşrutu” (ANM) Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmiryol administrasiyaları rəhbərlərinin məşvərət toplantısı keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Tacikistan, Çin və Avstriya dəmir yolu administrasiyalarının rəhbər heyətləri və nümayəndələrinin iştirak etdiyi tədbirdə ANM Beynəlxalq Assosiasiyasının təsis edilməsinə dair sənədlər, təşkilatın strukturu, işçi qrupların təşkili və digər mühüm məsələlər müzakirə edilib, bu marşrut üzrə rəqəmsallaşma, kommersiya məsələləri, marketinq və kommunikasiya, logistika xidmətləri, normativ-hüquqi aktlar və infrastruktur mövzuları ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə çıxış edən “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov bildirib ki, qlobal logistika bazarlarının dinamikası dəyişir və Çindən Avropaya və əks istiqamətə yük axınlarında artımın olduğu müşahidə edilir və yaxın illərdə daha da artacağı proqnozlaşdırılır. Bu da yeni infrastrukturlara ehtiyac yaradır, daşınma yollarının şaxələndirilməsini tələb edir.

“Xəzərin Şərq tərəfində Orta Dəhlizin daha bir qolu formalaşır. Marşrut Çin, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçərək dəmir, avtomobil və dəniz yollarını və yol infrastrukturu komponentlərini əhatə edir. Bu multimodal marşrutun cəlbediciliyinin və rəqabətqabiliyyətinin artırılması, marşrut boyu koordinasiyanın və ümumilikdə marşrutun inkişafının səmərəli təşkili məqsədilə kollegial orqanın – assosiasiyanın təsis edilməsi ehtiyacı yaranıb”, – deyə R.Rüstəmov qeyd edib.

ADY sədri bildirib ki, Xəzərin Qərb tərəfində BTQ xətti ilə yanaşı, Orta Dəhlizin daha bir qolu olaraq Bakı−Naxçıvan−Qars dəmir yolu xəttinin yaradılması üzrə işlər görülür, paralel olaraq Orta Dəhlizlə Şimal-Cənub dəhlizinin əlaqələndirilməsi nəticəsində Azərbaycanın həm özü, həm də tərəfdaşları üçün tranzit imkanlarını genişləndirəcəyi gözlənilir: “Xəzərin Şərq tərəfinə gəldikdə isə Çinin Qaşqar əyalətindən avtomobil yolu vasitəsilə Qırğızıstandan keçməklə Özbəkistanın Əndican şəhərində dəmir yoluna qoşulmaqla yüklər daşınır ki, bu yaxınlarda Çin, Qırğızıstan və Özbəkistan arasında bu hissədə dəmir yolu xəttinin tikilməsilə bağlı razılıq əldə edilib və işlərin yaxın illərdə yekunlaşacağı planlaşdırılır. Bu yeni dəmir yolu xətti regionda yerləşən digər ölkələr, Tacikistan, Türkmənistan, Əfqanıstan və Pakistan üçün də yeni imkanlar açacaq. Burada Orta Dəhliz ilə Trans-Əfqan dəhlizi arasında əlaqənin yaradılması kimi potensial imkanlar da vardır”.

ADY sədri çıxışında qeyd edib ki, qarşıya qoyulmuş hədəflərə çatmaq üçün strukturlu iş aparılmalı, dəhliz konsepsiyası inkişaf etdirilməli, tarif siyasəti formalaşdırılmalı, əməliyyatların effektivliyinin artırılması, daha sürətli və təhlükəsiz daşımalar üçün Orta Dəhliz üzrə rəqəmsal həllərin yeni marşrutda tətbiqi imkanları öyrənilməli və tətbiq edilməlidir.

Tədbirdə “Özbəkistan Dəmir Yolları” SC-nin İdarə Heyətinin sədri Zufar Narzullayev dəstəkləyərək bildirib ki, Avropa ölkələrinin Mərkəzi Asiya bazarlarına, xüsusilə Özbəkistan bazarına artan marağı müşahidə olunur. Özbəkistan da Avrasiya Nəqliyyat Marşrutu üzrə yükdaşıma əməliyyatlarına maraq göstərir.

Sonra tədbirdə çıxış edən Türkiyə Dövlət Dəmir Yollarının “TCDD Taşımacılık” şirkətinin baş direktoru və İdarə Heyətinin sədri Ufuk Yalçın Avrasiya Nəqliyyat Marşrutu üzrə yükdaşımaların böyük potensialı olduğunu qeyd edib. U.Yalçın əlavə edib ki, modernləşdirilmiş Bakı–Tbilisi–Qars dəmir yolu xətti də Orta Dəhliz üzrə yükdaşımaların artırılmasına böyük təkan verəcək.

Çin Dəmir Yolu Konteyner Daşımaları Korporasiyasının (CRCT) prezidenti Yanq Bin isə ölkəsinin Orta Dəhlizlə yükdaşımaların artmasında maraqlı olduğunu bildirib və qeyd edib ki, CRTC-nin “Middle Corridor Multimodal Ltd.” birgə müəssisəsinə qoşulması bu dəhlizlə yük həcmlərinin artmasına töhfə verəcək.

Daha sonra tədbirdə çıxış edən “Tacikistan Dəmir Yolları” Dövlət Unitar Müəssisəsinin Yol rəisinin birinci müavini Sorbon Qulaxmadov və “Qırğızıstan Dəmir Yolları” Milli Şirkəti Dövlət Müəssisəsinin baş direktorunun müavini Dastan Usubakunov da ölkələrinin Orta Dəhlizlə yükdaşımalara maraq göstərdiyini bildiriblər. Qeyd olunub ki, bu il Özbəkistan–Qırğızıstan–Çin yeni dəmir yolunun inşası razılaşdırılıb və bu layihənin icrası ANM-in rolunu bir qədər də artıracaq. Eyni zamanda, Tacikistan–Çin avtomobil yolu ilə çatdırılan yüklər Tacikistandan dəmir yolu ilə Avrasiya Nəqliyyat Marşrutu üzrə qərb istiqamətində daşına bilər.

Məşvərət Toplantısına onlayn qoşulan “Türkmənistan Dəmir Yolları” Agentliyinin sədr müavini Bekmurat İşanquliyev Orta Dəhlizin inkişafı və xüsusi ilə Mərkəzi Asiya dövlətlərinin Avropaya çıxışı istiqamətində səsləndirilən təşəbbüsləri dəstəklədiklərini bildirib.

Avropa İttifaqının yük daşımaları üzrə ikinci ən böyük şirkəti olan “Rail Cargo”nun daxil olduğu Avstriya Federal Dəmir Yollarının Avrasiya – Mərkəzi Asiya üzrə əlaqələr rəhbəri Enikö Györfi isə vurğulayıb ki, Avstriyanın nəqliyyat-logistika şirkətləri Şərq-Qərb dəhlizi üzrə yükdaşımalarda, o cümlədən BTQ ilə yüklərin nəqlində maraqlıdır. Bu, Orta Dəhliz üzrə yüklərin həm də Avropadan Çinə daşınmasında artıma gətirib çıxaracaq. Artıq Avstriya və Azərbaycan dəmiryol administrasiyaları arasında bu istiqamətdə səmərəli əməkdaşlığa başlanılıb.

Çıxışlardan sonra assosiasiyanın təsis protokolu və nizamnaməsi müzakirə edilib. Daha sonra ADY tərəfindən “Diaqnostik hesabat: çətinliklər və maneələr”, “Marşrutun rəqəmsallaşdırılması” və “Beynəlxalq marşrut və dayanıqlı inkişaf: yeni üfüqlər” mövzusunda təqdimatlar edilib.

Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” QSC artıq Orta Dəhlizin inkişafı üçün “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” (TBNM) Beynəlxalq Assosiasiyası çərçivəsində islahatlarda fəal iştirak edir. İslahatlar nəticəsində Çindən Qazaxıstan, Azərbaycan və Gürcüstan vasitəsilə yük daşımalarının səmərəli təşkili üçün komissiyalar və işçi qrupları yaradılıb. TBNM çərçivəsində Azərbaycanın Gürcüstan və Türkiyə ilə uğurlu əməkdaşlığı davam edir. Yeni “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının məqsədi isə Orta Dəhlizin passiv olan cənub qanadında yerləşən ölkələrin aktiv fəaliyyətə cəlb edilməsi ilə daha da genişləndirilməsidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Orta dəhliz ortaq maraqlar marşrutudur

09:05
15 Yanvar

"Yaşıl sənaye"yə yaşıl işıq

09:00
15 Yanvar

Sağ ol Qazaxıstan, sağ ol qazax xalqı!

08:55
15 Yanvar

Paşinyanla bağlı şok iddia: "İstefaya hazırlaşır"

08:50
15 Yanvar

Azərbaycanın yeganə istəyi, məramı sülhdür

08:45
15 Yanvar

Ermənistanın Minsk qrupu ilə bağlı mövqeyi səmimi deyil

08:40
15 Yanvar

Paşinyan sülhsevər olduğunu əməldə göstərməlidir

08:35
15 Yanvar

Azərbaycanın ekoloji siyasətinin əsasında təmiz dünya qurmaq dayanır

08:30
15 Yanvar

Prioritet hədəf dəyişmir

08:25
15 Yanvar

Azərbaycan-BƏƏ əməkdaşlığı müasir çağırışlara cavab verir 

08:20
15 Yanvar

Sumqayıtlılar yenə fəaldırlar

08:15
15 Yanvar

Məntəqələr seçkilərə hazırdır

08:10
15 Yanvar

"Bu ərazilərə sanki atom bombası atılıb"

08:05
15 Yanvar

16 min 124 namizəd, 23 siyasi partiya, 69 minə yaxın müşahidəçi

08:00
15 Yanvar

"Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasport sahiblərinin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

01:58
15 Yanvar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 14 may tarixli 147 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi hərbi ixtisaslar üzrə vətəndaşların hazırlığını keçirən təhsil müəssisələrinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:57
15 Yanvar

Mərkəzi Seçki Komissiyasının 2025-ci il 8 yanvar tarixli iclas protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

01:56
15 Yanvar

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

01:56
15 Yanvar

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 12 yanvar 2025-ci il tarixli 4 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

01:55
15 Yanvar

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 13 yanvar 2025-ci il tarixli 5 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

01:55
15 Yanvar

Rusiyalı məşqçi Bakıya gəlir  

23:23
14 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!