05 Mart 2025 20:40
467
SİYASƏT
A- A+
Bakıda “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir təşkil edilib

Bakıda “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir təşkil edilib


Martın 5-də Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Bəsirətin Zəfəri” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində Milli Məclisin deputatı Samir Vəliyevin “Bəsirətin Zəfəri” kitabının təqdimatı da olub.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilmiş və təsdiq olunmuş Tədbirlər Planına əsasən il ərzində çoxsaylı yerli və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi nəzərdə tutulub: “Müstəqil, hüquqi və demokratik dövlət olan Azərbaycanın aparıcı siyasi qüvvəsi kimi, Yeni Azərbaycan Partiyası tərəfindən də silsilə tədbirlər keçiriləcək. “Bəsirətin Zəfəri” mövzusunda təşkil olunan bugünkü tədbirimiz də “Konstitusiya və Suverenlik İli” çərçivəsində ölkəmizin müstəqil inkişaf yoluna, möhtəşəm Zəfərimizin tarixi və ictimai-siyasi əsaslarına, nəhayət, yeni mərhələdə suveren Azərbaycanın qarşısında duran əsas hədəflərə nəzər salınması baxımından mühüm əhəmiyyət kəsb edir”.

Tahir Budaqov vurğulayıb ki, müasir dövrdə beynəlxalq münasibətlər sistemində ciddi dəyişikliklər baş verməkdədir. Onun sözlərinə görə, qlobal kataklizmlər fonunda yeni geosiyasi reallıqların meydana çıxdığı – çoxqütblü dünya nizamına transformasiya prosesinin vüsət aldığı bir dönəmdə dövlətçilik maraqlarının qorunması olduqca vacibdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində parlaq Qələbə qazanaraq öz ərazi bütövlüyünü, 2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində isə tam suverenliyini bərpa edərək keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan Respublikası da belə bir tarixi dövrdə son dərəcə aktual çağırışlarla qarşı-qarşıyadır. Siyasi sabitliyin və milli birliyin qorunması, davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi, regionda daimi sülhə, etibarlı təhlükəsizliyə və çoxşaxəli əməkdaşlığa nail olunması bu baxımdan müstəsna əhəmiyyət daşıyır.

Odlar Yurdu Universitetinin rektoru professor Əhməd Vəliyev çıxışında Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərini vurğulayaraq müasir müstəqil Azərbaycan dövlətinin Ulu Öndərin adı ilə bağlı olduğunu bildirib. O, siyasi varisliyin təmin edilməsinin Azərbaycanın gələcək taleyi üçün müstəsna əhəmiyyətə malik olduğunu söyləyərək müəllifi olduğu “Bəsirətin ünvanı” kitabında bu barədə geniş təhlillərin aparıldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, əsərin mahiyyətini dahi bir şəxsiyyətin qurduğu dövlətçilik modelini, dövlətin, millətin gələcək taleyini Heydər Əliyevdən sonra kimə tapşırmaq olar sualına əsaslı faktlarla cavab verilməsi təşkil edir.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli çıxışında bildirib ki, xalqımız hər zaman Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevlə qürur duyur. O, həmçinin deyib: “Bu gün iftixarla deyə bilərik ki, Prezident İlham Əliyev regionumuzun yeni tarixinin formalaşmasında həlledici rol oynayır. Dövlətimizin başçısı dünyada sülh və əməkdaşlığa, həm də əmin-amanlığın bərqərar olunmasına böyük töhfələr verir. Bu, Azərbaycan xalqının son yarım əsrdən çox bir dövrdə - 1969-cu ildən başlanan və bu günə qədər davam edən ictimai-siyasi həyatının və real tarixinin ən möhtəşəm nəticəsidir. Xalqımız öz dahi liderlərinin işığında ölkəmizdə müasir inkişafın təmin edilməsinə nail olub, həmçinin dünyanı sağlam məcraya doğru yönəltməyə böyük töhfələr verib”.

İ.Həbibbəyli qeyd edib ki, “Bəsirət ünvanı” və “Bəsirətin Zəfəri” kitabları Azərbaycanın yeni liderlik modelinin təqdimatına həsr olunan çox sanballı əsərlərdir.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov çıxışında bildirib ki, 2025-ci il Azərbaycan xalqının tarixinə iki böyük siyasi hadisənin qeyd olunması ilə daxil olub: “Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib. Cari ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbəmizin 5-ci ildönümü münasibətilə çoxsaylı tədbirlər keçiriləcək”.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev çıxışında bildirib ki, Prezident İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi tarixi qərardır. Komitə sədri deyib ki, ilk milli Konstitusiyamız Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanıb və 1995-ci ildə ümumxalq səsverməsi nəticəsində qəbul edilib. Konstitusiyada ölkəmizdə demokratikləşmə prosesinin əhatə dairəsinin genişlənməsini, vətəndaş cəmiyyətinin fəallığının artırılmasını, vətəndaşların hüquq və azadlıqlarının qorunmasını, fikir plüralizminin təmin olunmasını özündə ehtiva edən mühüm müddəalar yer alıb.

Milli Məclisin deputatı Samir Vəliyev bildirib ki, Prezident İlham Əliyevin son iyirmi ildən artıq müddətdə apardığı siyasət bütün dünyada artıq nümunə kimi qəbul olunan inkişaf modelini formalaşdırıb. Bu siyasət nə qədər nəticəyönümlüdürsə, onun miqyası nə qədər böyükdürsə, bu barədə yazmaq da bir o qədər böyük məsuliyyətdir. Müəllifi olduğum “Bəsirətin Zəfəri” kitabı professor Əhməd Vəliyevin müəllifi olduğu “Bəsirət ünvanı” kitabının məntiqi davamıdır.

S.Vəliyev bildirib ki, Azərbaycanın son 20 ildən çox müddətdə keçdiyi yol, daxili və xarici siyasətdə qazanılan uğurlar dahi Heydər Əliyevin seçiminin nə qədər düzgün olduğunu əyani şəkildə təsdiqləyir. Prezident İlham Əliyev Ulu Öndərimizin ona bəslədiyi inamı bütünlüklə doğruldub. 2003-cü ildə İlham Əliyevin rəhbərliyi ilə başlayan yolun ən böyük uğuru Qarabağ Zəfərimiz, ölkənin suverenliyinin bərpasıdır.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!