13 May 2025 12:46
809
SİYASƏT
A- A+
Bakıda əldə olunmuş razılaşmalar Azərbaycan-Vyetnam münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldir

Bakıda əldə olunmuş razılaşmalar Azərbaycan-Vyetnam münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldir

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana rəsmi səfərini iki ölkənin münasibətlərində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirmək olar. Bu səfər çərçivəsində Prezident İlham Əliyev və Baş katib To Lam arasında geniştərkibli və təkbətək görüşlər keçirildi, müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olundu. Əldə olunmuş razılaşmalar iki ölkə arasında münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. Səfər çərçivəsində imzalanmış “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat” isə münasibətləri daha yüksək mərhələyə daşıyacaq ciddi siyasi sənəddir.

Bu barədə «Azərbaycan» qəzetinə açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib. Ölkələrimizin iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi istiqamətində prioritetlərdən danışan deputatın sözlərinə görə, Azərbaycan ilə Vyetnam arasında iqtisadi əməkdaşlıq üçün böyük potensial mövcuddur. Tərəflər energetika, ticarət, sərmayə qoyuluşu, nəqliyyat, mədəniyyət və təhsil sahələrində əlaqələrin daha da dərinləşdirilməsi barədə razılığa gəliblər. Energetika sahəsində imzalanmış Anlaşma Memorandumu və SOCAR ilə “PetroVietnam” arasında əldə olunmuş razılaşma qarşılıqlı investisiya imkanlarını genişləndirməyə imkan verəcək. Azərbaycanın bərpaolunan enerji sahəsində böyük layihələri icra olunur və bu sahəyə Vyetnam şirkətlərinin də sərmayə qoyması üçün şərait mövcuddur. Azərbaycan tərəfi də öz növbəsində Vyetnamda enerji layihələrinə investisiya yatırmağa hazır olduğunu bəyan edib.

Səfər çərçivəsində ticarət dövriyyəsinin artması və diversifikasiyası ilə bağlı da geniş fikir mübadiləsinin aparıldığını diqqətə çatdıran Müşfiq Məmmədli əlavə edib ki, hazırda Azərbaycan və Vyetnam arasındakı ticarət dövriyyəsi əsasən neft ixracına əsaslanır. Gələcəkdə ticarət dövriyyəsinin daha balanslı və dayanıqlı inkişafı üçün yeni layihələr və investisiya imkanlarının araşdırılması zəruridir.

“Səfər zamanı iki ölkənin müdafiə nazirlikləri arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu da imzalanıb. Hər iki ölkənin müdafiə sənayesi sahəsində təcrübəsi və imkanları mövcuddur və birgə müəssisələrin yaradılması bu sahədə əməkdaşlığı daha da gücləndirə bilər. Bundan əlavə, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri vasitəsilə qarşılıqlı ticarətin stimullaşdırılması imkanları müzakirə olunub. Tərəflər bu dəhlizlərin hər iki ölkənin tranzit imkanlarını artırmaqla yanaşı, regional və beynəlxalq əməkdaşlığa töhfə verəcəyini bildiriblər”, - deyə deputat bildirib.

O, iki ölkə arasında elm, texnologiya və rəqəmsal inkişaf sahəsində yeni imkanlardan da danışıb. Bildirib ki, səfər zamanı, həmçinin elm, texnologiya və rəqəmsal inkişaf sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Bu sahədə də potensial kifayət qədər yüksəkdir və birgə layihələrin reallaşdırılması hər iki ölkənin iqtisadiyyatına əlavə dəyər qatacaq. Eyni zamanda, mədəniyyət və arxiv işi sahəsində əməkdaşlıq haqqında sənədlər imzalanıb. Tərəflər arasında mədəniyyət, incəsənət və turizm sahəsində qarşılıqlı layihələrin həyata keçirilməsi barədə razılıq əldə olunub.

“Azərbaycan Prezidenti İlham Əliyev də iki ölkənin BMT və Qoşulmama Hərəkatı çərçivəsində səmərəli əməkdaşlığını vurğulayıb. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Vyetnamın dəstəyini yüksək qiymətləndirən dövlətimizin başçısı beynəlxalq hüququn aliliyi, ərazi bütövlüyü və suverenlik prinsiplərinin müdafiəsində vahid mövqedən çıxış etdiklərini qeyd edib”, - deyə Müşfiq Məmmədli bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevlə Vyetnamın dövlət başçısı To Lam arasında keçirilən görüş və imzalanmış sənədlər iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyir. Bu səfər təkcə diplomatik münasibətlərin genişlənməsi deyil, eyni zamanda, iqtisadi, enerji, nəqliyyat, mədəniyyət və müdafiə sənayesi sahələrində konkret nəticələr doğuracaq strateji əməkdaşlıq yolunda əhəmiyyətli bir addımdır. İmzalanmış “Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat” iki ölkə arasında əlaqələrin yalnız ikitərəfli deyil, həm də regional və beynəlxalq əməkdaşlıq platformalarında daha aktiv şəkildə davam etdirilməsinə imkan verəcək. Xüsusilə beynəlxalq hüququn aliliyi, ərazi bütövlüyü və suverenlik məsələlərində vahid mövqenin nümayiş etdirilməsi tərəflərin siyasi baxımdan tam həmrəyliyini təsdiqləyir.

İqtisadi sahədəki razılaşmaların isə Azərbaycan və Vyetnam arasında ticarət dövriyyəsinin balanslaşdırılmasına və yeni investisiya layihələrinin reallaşdırılmasına yol açacağını deyən Müşfiq Məmmədlinin sözlərinə görə, energetika, bərpaolunan enerji və nəqliyyat-logistika sahəsində qarşılıqlı investisiyaların qoyulması yaxın gələcəkdə iki ölkə iqtisadiyyatına ciddi töhfə verə bilər. Xüsusilə Azərbaycanın bərpaolunan enerji potensialına Vyetnam şirkətlərinin cəlb olunması və eyni zamanda, SOCAR-ın Vyetnamda sərmayə layihələrinə maraq göstərməsi enerji əməkdaşlığını strateji müstəviyə çıxaracaq. Müdafiə sənayesi sahəsində əməkdaşlıq memorandumu isə regional təhlükəsizlik və hərbi-texniki əməkdaşlıq baxımından yeni imkanlar yaradır. Bu istiqamətdə təcrübə və texnologiya mübadiləsi, həmçinin birgə müəssisələrin yaradılması gələcəkdə regional təhlükəsizlik məsələlərində tərəflərin imkanlarını daha da artıracaq.

“Bir sözlə bu səfər Azərbaycan diplomatiyasının Asiya istiqamətindəki siyasətində əlamətdar hadisə kimi tarixə düşəcək. İmzalanmış sənədlər və əldə olunan razılaşmalar yalnız iki ölkənin deyil, bütövlükdə regionun iqtisadi və siyasi maraqlarına xidmət edəcək, Cənubi Qafqazla Cənub-Şərqi Asiya arasında strateji tərəfdaşlıq platformasının formalaşmasına töhfə verəcək”, - deyə Müşfiq Məmmədli qeyd edib.

 

Rəşad CƏFƏRLİ

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!