12 İyul 2025 15:35
651
İQTİSADİYYAT
A- A+
Bakıda Azərbaycan-Ukrayna hökumətlərarası komissiyanın iclası keçirilib

Bakıda Azərbaycan-Ukrayna hökumətlərarası komissiyanın iclası keçirilib


Bakıda Azərbaycan Respublikası və Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası komissiyanın 13-cü iclası keçirilib.

Bu barədə AZƏRTAC-a Energetika Nazirliyindən məlumat verilib.

İclasdan əvvəl komissiyanın həmsədrləri, Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Ukraynanın energetika naziri German Qaluşenko arasında görüş olub. Görüşdə ikitərəfli münasibətlərin qarşılıqlı etimada və səmərəli tərəfdaşlığa əsaslandığı vurğulanıb. Azərbaycanın Ukraynaya davamlı humanitar dəstəyinə görə minnətdarlıq ifadə edilib. Müxtəlif sahələrdə əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb.

Hökumətlərarası komissiyanın hibrid formatda keçirilən iclasında iki ölkə arasında siyasi, iqtisadi, ticarət və sənaye, enerji, nəqliyyat və informasiya-kommunikasiya texnologiyaları, elm və təhsil, mədəniyyət sahələrində əməkdaşlığın cari vəziyyəti və potensial imkanlar müzakirə edilib.

Komissiyanın həmsədri, energetika naziri Pərviz Şahbazov bildirib ki, komissiya çərçivəsində Fəaliyyət Planının qəbulu ölkələr arasında əməkdaşlığı yeni mərhələyə yüksəldəcək, enerji, faydalı qazıntılar, kənd təsərrüfatı və digər perspektivli sahələrdə, həmçinin sənaye parkları və azad iqtisadi zonalarda mövcud imkanlardan geniş istifadəni təşviq edəcək.

Komissiyanın Ukrayna tərəfindən həmsədri, energetika naziri German Qaluşenko isə deyib ki, ölkələrimizi güclü tarixi əlaqələr, qarşılıqlı hörmət, regional əməkdaşlıq və davamlı inkişaf üçün ortaq baxış birləşdirir. “Ukrayna Azərbaycan ilə strateji tərəfdaşlığa böyük əhəmiyyət verir. Azərbaycan Ukraynanı enerji avadanlıqları ilə dəstəkləyən ilk ölkələrdən biri olub və enerji sahəsində göstərilən bu dəstək bizim üçün həyati rol oynayıb. İnanırıq ki, bu iclas ölkələrimiz arasında uzunmüddətli tərəfdaşlığın əsaslarını gücləndirmək üçün yeni birgə təşəbbüsləri müəyyən etməyə imkan verəcək”, - deyə nazir əlavə edib.

Müzakirələrdən sonra hökumətlərarası komissiyanın iclasının yekunlarına dair Protokol imzalanıb. Komissiyanın 14-cü iclasının Kiyevdə keçirilməsinə qərar verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dağlıq ərazilərə qar yağıb, bəzi yerlərdə duman müşahidə olunur - FAKTİKİ HAVA  

10:31
16 Dekabr

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

10:07
16 Dekabr

Dünya birjalarında neft ucuzlaşıb

10:07
16 Dekabr

Azərbaycan nefti ucuzlaşıb  

10:01
16 Dekabr

Daxili İşlər Nazirliyi elektron xidmətlərdə süni intellekt texnologiyalarını tətbiq edib  

10:00
16 Dekabr

Xocavənd sakini: Torpaqlarımıza qayıtmaq bizə yeni ümid verir  

09:56
16 Dekabr

Keçmiş məcburi köçkün: Övladlarım mənim yaşaya bilmədiyim günləri yaşayacaqlar

09:47
16 Dekabr

Xocavəndin Sos kəndinə növbəti köç karvanı yola salınıb  

09:40
16 Dekabr

İsti ürəklərin qış nağılı

08:55
16 Dekabr

Suverenliyin zəfər yolu: reallaşmış ideyalar

08:50
16 Dekabr

Sənət yolunda fədakarlıq

08:45
16 Dekabr

Dənizdən güclü...

08:40
16 Dekabr

Qeyri-neft sənaye məhsullarının istehsalında 5 faizə yaxın artım qeydə alınıb

08:35
16 Dekabr

Toxumçuluq: real vəziyyət, problemlər və onların həlli yolları

08:30
16 Dekabr

Sosial xidmətçilər onlar üçün əsl dostlardır

08:25
16 Dekabr

Kiçik addımlar, böyük nəticələr

08:20
16 Dekabr

Enerji, əməkdaşlıq və dəhliz diplomatiyası

08:15
16 Dekabr

Azərbaycan bölgəni əməkdaşlıq ünvanına çevirir

08:10
16 Dekabr

Azərbaycan vətəndaşları heç bir fövqəladə hadisənin qarşısında tək deyillər

08:05
16 Dekabr

Tarixdə ilk dəfə

08:00
16 Dekabr

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!