30 Dekabr 2023 02:16
3995
ELANLAR
A- A+
"AzərGold" Gəncə və Daşkəsəndə sınaq rejimində iki zavod istifadəyə verdi

"AzərGold" Gəncə və Daşkəsəndə sınaq rejimində iki zavod istifadəyə verdi

 

Ölkəmizdə dağ-mədən sənayesinin dayanıqlı inkişafı istiqamətində fəaliyyətini davam etdirən "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti (QSC) Gəncə-Daşkəsən iqtisadi rayonunda iki irimiqyaslı istehsal müəssisəsi layihəsini uğurla icra edib. Səhmdar Cəmiyyət Daşkəsən rayonununda yerləşən Çovdar İnteqrəolunmuş 
Regional Emal Sahəsində (ÇİRES) Çəndə Qələviləşdirmə Zavodu, QSC-nin törəmə şirkəti - "AzerBlast" MMC Gəncə şəhərində Sənaye Partlayıcı Maddələrinin İstehsalı Zavodunu sınaq rejimində istifadəyə verib.
Dekabrın 28-də Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi, "AzerGold" QSC-nin Müşahidə Şurasının sədri Mətin Eynullayev, İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, eləcə də Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat nazirliklərinin, Azərbaycan İnvestisiya Holdinqinin nümayəndələri, yerli icra hakimiyyəti orqanlarının rəhbər şəxslərinin iştirakı ilə müəssisələrə baxış keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Gəncə şəhərində inşa olunan Sənaye Partlayıcı Maddələrinin İstehsalı Zavodunda yaradılan şəraitlə tanış olublar. Zavodun fəaliyyət imkanları və istehsal texnologiyaları haqqında məlumat verən "AzerBlast" MMC-nin baş direktoru Rizvan Baxşıyev hazırda ölkəmizdə mülki təyinatlı partlayıcı maddələrin yeganə istehsal müəssisəsində əsasən dağ-mədən və inşaat sənayesində istifadə olunan ANFO (quru mühitdə istifadə üçün nəzərdə tutulan partlayıcı növü) və H-ANFO (nəm mühitdə istifadə üçün nəzərdə tutulan partlayıcı növü) partlayıcı maddələrinin istehsalının həyata keçiriləcəyini bildirib.
Ümumi sahəsi 5665 kvadratmetr olan müəssisənin inşasına 2023-cü ilin yanvar ayında başlanıldığı, inşaat prosesinin 12 ay davam etdiyi diqqətə çatdırılıb. Zavodun istehsal xətti Türkiyənin "HTD Kimya və Mühendislik A.Ş" şirkətinin texnoloji dizaynı, Almaniya, Böyük Britaniya və Türkiyə istehsalı olan avadanlıqlardan istifadə edilməklə təşkil olunub. 
Hazırda ölkəmizdə sənaye partlayıcılarına tələbat idxal hesabına ödənilir. Bu zavodun tam rejimdə fəaliyyətə başlaması ilə ölkəmizdə sənaye təyinatlı partlayıcı maddələrə tələbat yerli istehsal hesabına təmin ediləcəyi və idxaldan asılılığın aradan qaldırılacağı vurğulanıb. Belə ki, fəaliyyətin ilkin mərhələsində zavodda yerli tələbat və ixrac potensialları qiymətləndirilməklə illik 14000 ton ANFO və 
H-ANFO partlayıcı maddələrin istehsalı həyata keçiriləcək. Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurun dağ-mədən sənayesi üzrə mövcud potensialı, genişmiqyaslı tikinti layihələri, həmçinin daha geniş ixrac potensialı nəzərə alınaraq, növbəti mərhələdə zavodun illik istehsal həcminin maksimal həddə - 31500 tona çatdırılması planlaşdırılır. Bu məqsədlə ilkin mərhələdə 35 nəfərlik işçi heyəti ilə işə başlayacaq müəssisədə istehsalatın aktiv dövründə əməkdaşların sayının 65 nəfərədək artırılması nəzərdə tutulub.
Tədbir iştirakçıları daha sonra ÇİRES-də qiymətli metal filizlərinin çəndə qələviləşdirmə (CIL - CarboninLeach) texnologiyası ilə emalını həyata keçirəcək zavodun fəaliyyəti, eləcə də "Çovdar" mədənində hasilat prosesi və nəm tullantıların idarə olunması prosesi ilə tanış olublar.
Qiymətli metal filizlərinin emalında  texniki və iqtisadi səmərəliliyin daha da artırılması məqsədilə inşa olunan zavodun təyinatı "Çovdar" və cinah mədənlərində hasilat və istehsalat prosesinin daha mürəkkəb, əməliyyat xərclərinin daha yüksək olduğu mərhələdə - Sulfid fazasında filizlərin emalının optimal texnoloji üsulla həyata keçirilməsidir. Belə ki, illik 1.1 milyon ton filizüyütmə potensialına malik olan zavodun fəaliyyəti ilə filizlərin mineraloji tərkibindən və metallurji xüsusiyyətlərindən asılı olaraq qızılın 90 faizədək çıxımı təmin olunacaq. Qızıl mədənlərinin Oksid fazası üzrə isə maksimum səmərəliliyin təmin edilməsi üçün topa qələviləşdirmə (HLP - Heap Leach Pad) texnologiyası tətbiq edilir. 
ÇİRES-də çəndə qələviləşdirmə texnologiyası Böyük Britaniyanın beynəlxalq nüfuzlu "Micon International Co Limited" şirkətinin hazırladığı texnoloji dizayn əsasında layihələndirilib. Türkiyənin "Maqro Construction" şirkətinin əsas podratçı qismində iştirakı ilə inşa edilən, Almaniya, İsveç, İsveçrə, Kanada və Türkiyə istehsalı olan müasir avadanlıqlarla təchiz olunan zavod, eləcə də tikinti-quraşdırma işləri həyata keçirilən Nəm tullantı anbarı, Qoşqarçay çayından çəkilən texniki su boru xətti və digər köməkçi infrastruktur obyektləri ümumilikdə 22 ay ərzində tam hazır vəziyyətə gətirilib.
Sınaq rejimində istifadəyə verilən hər iki zavodda layihənin icrası zamanı yerli və beynəlxalq qanunvericiliyin tələblərinə uyğun olaraq bütün növ təhlükəsizlik normalarına ciddi riayət olunub. Layihələr üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən təsdiq edilmiş Ətraf və Sosial Mühitə Təsirin Qiymətləndirilməsi sənədlərinə əsasən, istehsalatın yüksək ekoloji norma və standartlara uyğunluğu tam təmin edilib. Zavodda işçilərin sağlamlığı və əməyin təhlükəsizliyi üçün müvafiq idarəetmə sistemi qurulub. 
Sənaye Partlayıcı Maddələrinin İstehsalı Zavodu layihəsinə 15 milyon manat, Çəndə Qələviləşdirmə Zavodu layihəsinə isə 236 milyon manat investisiya qoyulub. Sözügedən vəsaitlər dövlət büdcəsinə əlavə yük yaratmadan, daxili imkanlar hesabına təmin edilib. Yeni zavodların 2024-cu ildə tam gücü ilə fəaliyyətə başlaması regional sosial-iqtisadi inkişafa müsbət təsir etməklə yanaşı, ixrac potensialının genişlənməsi ilə ölkə iqtisadiyyatının, xüsusilə də qeyri-neft-qaz sahəsinin dayanıqlı inkişafına da öz töhfələrini verəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya birjalarında neft bahalaşıb  

10:22
17 Dekabr

Qazaxıstanda neft hasilatı və ixracı artıb  

09:43
17 Dekabr

Əfv və amnistiya institutları humanizm prinsiplərinin hüquqi ifadəsidir

09:42
17 Dekabr

Keçmiş məcburi köçkün: Xatirələrimizə qayıdırıq  

09:40
17 Dekabr

Xocavənd sakini: Uzun illərdən sonra doğma yurda qayıtmaq böyük xoşbəxtlikdir  

09:37
17 Dekabr

Keçmiş məcburi köçkün: Şükür edirəm ki, yenidən doğma yurduma qayıdıram  

09:36
17 Dekabr

Laçın şəhərinə, Xocavənd rayonun Hadrut və Qırmızı Bazar qəsəbələrinə və Ağdamın Xıdırlı kəndinə köç karvanları yola salınıb  

09:35
17 Dekabr

Arktikada temperatur rekord həddə çatıb  

09:34
17 Dekabr

Azərbaycan və Slovakiya arasında aviasiya sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

09:23
17 Dekabr

Sənətkar ömrü

09:10
17 Dekabr

Qəlblərdə yaşayan şair

09:05
17 Dekabr

Aprel zəfərinin Mühüd zirvəsi

09:00
17 Dekabr

Ağcabədi bələdiyyəsi nümunə göstərir

08:55
17 Dekabr

Özü cavan, yaşı qoca Lənkəran

08:50
17 Dekabr

Azərbaycan üzərindən daşınan tranzit yüklərin həcmi artır

08:45
17 Dekabr

BP və ADA Universitetinin birgə sosial layihəsi uğurla yekunlaşdı

08:43
17 Dekabr

Ölkəmizin enerji sektorunda daha bir yenilik

08:40
17 Dekabr

Böyük futbol Azərbaycana gəlir

08:35
17 Dekabr

Ermənistanda revanşistlərin siyasi dayaqları yoxdur

08:30
17 Dekabr

Avropa İttifaqı yenidən sülhə qarşı

08:25
17 Dekabr

Misri qılıncdan döyüş PUA-larınacan

08:20
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!