28 Iyul 2024 03:52
126
İQTİSADİYYAT
A- A+

"Azərenerji" Laçında ixtisaslaşdırma və işəgötürmə kursları təşkil edib

 

Laçın rayonunda tikilən kiçik su-elektrik stansiyalarında işlə təmin olunan əməkdaşların təhsil və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə "Azərenerji" ASC Dövlət Məşğulluq Agentliyi ilə birlikdə 4 mərhələdən ibarət "Hidrotexniki qurğuların istismarı" üzrə praktik təlim-kursu keçirib.

"Azərenerji" ASC-nin Mətbuat xidmətindən verilən məlumata görə, təlimdə Laçın rayonu ərazisində 9 yerdə istismara verilən Kiçik Su-Elektrik Stansiyalarında çalışan 36 nəfər işçi iştirak edib. Onlardan 7 nəfəri hazırda ərazidə məskunlaşan əhali arasından seçilərək yerindəcə işlə təmin olunanlardır. Ümumilikdə isə 36 nəfərdən 26 nəfəri Laçın rayonundan olan məcburi  köçkünlərdir və onlardan 19 nəfəri yaxın vaxtlarda dövlət tərəfindən evlə təmin ediləcək.

"Azərenerji"nin təşkil etdiyi kurslar bitdikdən sonra Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Respublikası Prezidentinin Laçın rayonu üzrə xüsusi nümayəndəliyinin əməkdaşları ilə birlikdə təlimdə iştirak edən işçilərə sertifikatlar təqdim edilib.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrası ilə bağlı "Azərenerji" ASC tərəfindən Qarabağ və Şərqi Zəngəzurda məskunlaşan əhalinin fasiləsiz və etibarlı elektrik enerjisi ilə təmin olunması və yerli əhalinin daimi işlə təmin edilməsi məqsədilə Səhmdar Cəmiyyətin strukturunda "Qarabağ Regional Elektrik Şəbəkəsi" və "Yaşıl Enerji Elektrik Stansiyaları" MMC-lər yaradılıb. Nəticədə indiyədək 500-ə yaxın insan daimi işlə təmin edilib ki, onların mütləq əksəriyyəti işğaldan azad olunan rayonların sakinləridir.

"Azərenerji" ASC-nin Tədris Mərkəzi və "Yaşıl Enerji" MMC strukturlarının Laçında həyata keçirdiyi kurslar, o cümlədən sertifikatların verilməsi prosesi analoji olaraq Kəlbəcər, Zəngilan və digər ərazilərdə də keçirilir və bundan sonra da keçiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video