07 Sentyabr 2024 01:02
2255
ELANLAR
A- A+
Azercell abunəçilərinin nəzərinə!

Azercell abunəçilərinin nəzərinə!

 

“Azercell Telekom” MMC tərəfindən təqdim olunan xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, müştərilərə təklif olunan xidmət və tariflərin optimallaşdırılması məqsədi ilə 8 oktyabr 2024-cü il tarixindən etibarən Fakturasız (SimSim) xətt sisteminə aid “Turist” tarif paketləri və nömrələri üzrə 15 günlük istifadə müddəti artırılaraq 30 gün müəyyən edilməklə abunəçilərə daha rahat istifadə imkanı təmin ediləcək. Həmçinin “Turist” tarif paketləri çərçivəsində təqdim edilən WhatsApp, Facebook, Instagram, Snapchat və TikTok istifadəsi üçün təqdim edilən internet həcmi və ümumi  internet istifadəsi ilə bağlı nəzərdə tutulan internet həcmi birləşdirilərək daha rahat və əlverişli istifadə imkanı yaradılır. 
Azərbaycan Respublikasına qısa müddətli səfər edən xarici ölkə vətəndaşlarının fakturasız (SimSim) xətt sistemində yalnız “Turist” tarif paketlərinə qoşulma imkanı təmin edilməklə digər tarif paketlərə qoşulmalara məhdudiyyət qoyulacaq. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazəsi olan əcnəbi vətəndaşlar “Turist” tarif paketi üzrə 30 gün istifadə müddəti bitdikdən sonra nömrədən istifadəni davam etdirmək üçün müvafiq sənədi təqdim etməklə “Turist” paketlərindən və ya digər tarif paketlərindən istifadəni davam edə biləcəklər.
 

Turist tarif paketlərinin adı

Qiymət

Danışıq

İnternet

Xoş gəldin

39 AZN

100 ölkədaxili və beynəlxalq dəqiqə

30 GB

Super

59 AZN

200 ölkədaxili və beynəlxalq dəqiqə

60 GB

Maks

79 AZN

300 ölkədaxili və beynəlxalq dəqiqə

120 GB

 

Qeyd: Abunəçilər göstərilən dəyişikliklər, tarif və internet paketlərinin şərtləri, sifarişi, başqası ilə əvəzetmə və imtina qaydası barədə, o cümlədən “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Niderland Parlamentində qəbul edilmiş sənədlər açıq-aşkar qərəzlidir və azərbaycanlılara qarşı ayrı-seçkiliyin nümayişidir - AÇIQLAMA

14:03
12 Oktyabr

Marburq qızdırmasından 13 nəfər öldü

13:46
12 Oktyabr

İtaliyada dəmiryolçuların tətili başlayır

13:33
12 Oktyabr

Yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var

13:21
12 Oktyabr

100 il əvvəl itkin düşmüş alpinistdən xəbər var

13:13
12 Oktyabr

Maykl Jordanın əşyaları hərraca çıxarılır  

13:11
12 Oktyabr

Şəkər beyin sağlamlığı üçün yağlardan daha təhlükəlidir  

13:03
12 Oktyabr

Şuşa şəhərində “Şuşa şəhərinin islam memarlıq irsi” adlı simpozium keçirilir

12:44
12 Oktyabr

Şimali Koreyadan Rusiyaya əsgər göndərilir

12:25
12 Oktyabr

Nazir: Hərbi gücümüzün və döyüş imkanımızın artırılması, peşəkar kadr hazırlığı başlıca məqsədimizdir

12:22
12 Oktyabr

Tramp o şəxslərə ölüm cəzası istədi

12:13
12 Oktyabr

Süni zəka modelləri Yerə ciddi zərər vura bilər

11:40
12 Oktyabr

Bu ilin doqquz ayında 36,4 min şəxsə əlillik təyin olunub

11:38
12 Oktyabr

ABŞ səfirliyindən xəbərdarlıq: Məscidlərdən uzaq durun

11:24
12 Oktyabr

“Whatsapp”ın yeni funksiyası

11:11
12 Oktyabr

Azərbaycan neftinin bahalaşması davam edir

11:09
12 Oktyabr

İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə

11:06
12 Oktyabr

“Boeing” işçilərini ixtisar edir

11:01
12 Oktyabr

BMT Ümumdünya Köçəri Quşlar Günündə həyəcan təbili çalır

10:57
12 Oktyabr

Ötən gün 48 cinayətin üstü açılıb

10:39
12 Oktyabr

Dünya birjalarında neft ucuzlaşıb

10:34
12 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!