19 Dekabr 2024 01:39
2167
ELANLAR
A- A+
Məcburi audit subyektləri rəhbərlərinin nəzərinə!

Məcburi audit subyektləri rəhbərlərinin nəzərinə!


Azərbaycan Respublikasının Auditorlar Palatası nəzərinizə çatdırır ki, qanunvericiliyin və müvafiq nizamnamə tələblərinə uyğun olaraq aşağıda göstərilən məcburi audit subyektləri hər il maliyyə hesabatlarının düzgünlüyünü yoxlatdırmaq üçün müstəqil (kənar) auditor cəlb etməlidirlər:

             

Sıra №si

Məcburi audit subyektləri

Məcburi auditdən keçmənin qanunvericilikdə
təsbiti və əsası

1.

İctimai əhəmiyyətli qurumlar

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli 

716-IIQ saylı Qanununun 12-ci maddəsinə əsasən.

2.

Məhdud məsuliyyətli cəmiyyətlər

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
91.4-cü maddəsində nəzərdə tutulan şərtlərlə

 1999-cu il 28 dekabr tarixli 779-IQ

3.

Səhmdar cəmiyyətləri

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
107.6-cı maddələrində nəzərdə tutulan şərtlərlə

1999-cu il 28 dekabr tarixli 779-IQ

4.

Banklar və digər kredit təşkilatları

“Banklar haqqında” Azərbaycan Respublikasının 2004-cü il 16 yanvar tarixli 590-IIQ saylı Qanununun 8, 9, 44, 45, 46-cı və s. maddələrinə əsasən.

5.

Sığorta təşkilatları və cəmiyyətləri

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli 519-IIIQ saylı Qanununun 74-cü maddəsinə əsasən

6.

İnvestisiya fondları

“İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının 2010-cu il 22 oktyabr tarixli

1101-IIIQ saylı Qanununun 26-cı və 48-ci maddələrinə əsasən.

7.

Maliyyə-sənaye qrupları

“Maliyyə-sənaye qrupları haqqında” Azərbaycan Respublikasının 1996-cı il 23 aprel tarixli 69-IQ №-li Qanununun 16-cı və 17-ci maddələrinə əsasən.

8.

Birləşdirilmiş (konsolidə edilmiş və icmal) hesabatlar təqdim edən hüquqi şəxslər (holdinqlər)

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli

716-IIQ saylı Qanununun 12.3-cü maddəsində nəzərdə tutulan şərtlərlə.

9.

Dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli 716-IIQ saylı Qanununun 12.2-ci maddəsinə əsasən

10.

Publik hüquqi şəxslər

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli 

716-IIQ saylı Qanununun 12-ci maddəsinə əsasən.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 06 iyul tarixli 173 nömrəli fərmanı ilə təsdiq edilmiş Publik hüquqi şəxslərin Nümunəvi Nizamnaməsinin 7.4-cü maddəsinə  əsasən.

11.

Siyasi Partiyalar

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli 716-IIQ saylı Qanununun 14.6-cı maddəsinə əsasən.

12.

Kənd təsərrüfatı kooperativləri

“Kənd təsərrüfatı kooperasiyası haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli № 270-VQ saylı Qanunun 5.4-cü

maddəsinə əsasən.

13.

Bələdiyyələr

“Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli № 772-IQ saylı Qanunun 13-cü maddəsinə əsasən.

14.

İnvestisiya şirkətləri, fond birjaları, klirinq təşkilatları və investisiya fondları

“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli № 1284-IVQ saylı Qanunun 61-ci maddəsinə əsasən.

15.

Nizamnamələrində (Əsasnamələrində) auditdən keçmələri ehtiva olunan qurumlar

Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman, Sərəncamlarına və digər sənədlərə əsasən.

 

İzahedici qeydlər:

-       Qanunvericiliyin tələblərinə görə öz maliyyə hesabatlarını dərc etdirməli olan iqtisadi subyektlər, qanunvericilik aktları ilə bilavasitə nəzərdə tutulmuş hallarda və nizamnamələrində (əsasnamələrində) auditdən keçmələri ehtiva olunan qurumlarda həyata keçirilməli olan, habelə Səlahiyyətli Dövlət Orqanları tərəfindən aparılan audit məcburi, digər hallarda isə könüllüdür.

-       Yuxarıdakı siyahıda qeyd olunan məcburi audit subyektlərindən başqa digər iqtisadi subyektlər də öz təşəbbüsləri ilə maliyyə hesabatlarının düzgünlüyünü təsdiq etdirmək və digər auditor xidmətlərindən istifadə etmək üçün könüllü olaraq müstəqil (kənar) auditor cəlb edə bilər.

-       Auditi aparılan iqtisadi subyektin şəxsi əmlak mənafeyi, onun iqtisadi subyektinin rəhbərliyindən hər hansı şəxslə birbaşa qohumluq əlaqəsi, iqtisadi subyektin təsisçisi, mülkiyyətçisi və ya səhmdarı olduqda, həmin iqtisadi subyektdə bundan əvvəl öz peşə fəaliyyəti ilə bağlı xidmətlər göstərdikdə, auditorlara həmin iqtisadi subyektlərdə audit aparmaq qadağandır.

-       Yeni dövrün çağırışları nəzərə alınmaqla dayanıqlı inkişaf məqsədlərinə nail olmaq və yaşıl iqtisadiyyat naminə aparılan ölkə iqtisadiyyatının inkişafının müasir mərhələsində müstəqil (kənar) audit maliyyə şəffaflığının əsas təminatçısı kimi, maliyyə vəsaitlərindən səmərəli və təyinatı üzrə xərclənməsində, maliyyə və vergi intizamının möhkəmləndirilməsində, korrupsiyaya və əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə mühüm rola malik olmaqla yanaşı, auditorlar tərəfindən təqdim olunan auditor hesabatının (auditor rəyinin) iqtisadi subyektlərin maliyyə fəaliyyətində yol verilən nöqsan və çatışmazlıqların vaxtında aşkar edilməsində və aradan qaldırılmasında çox böyük əhəmiyyəti vardır;

-     İqtisadi subyektlər auditor seçimində müstəqildirlər. Auditor təşkilatları və sərbəst auditorlar barədə məlumatları Azərbaycan Respublikası Auditorlar Palatasının internet səhifəsindən əldə edə bilərsiniz:

-       https://audit.gov.az/Az/page/5 (auditor təşkilatları)

-       https://audit.gov.az/Az/page/6 (sərbəst auditorlar)

-     Auditorlar Palatası bu istiqamətdə Sizin hər bir sorğunuzu cavablandırmağa və zəruri dəstək göstərməyə hazırdır.

 

Azərbaycan Respublikasının Auditorlar Palatası

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:01
29 Yanvar

"Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 20 dekabr tarixli 106-VIIQD nömrəli Qanununun tətbiqi və "Enerji effektivliyi fondunun yaradılması və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 1 mart tarixli 13 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

00:59
29 Yanvar

"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

00:58
29 Yanvar

"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 105-VIIQD nömrəli Qanununun tətbiqi haqqında

00:55
29 Yanvar

Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, "Əhalinin sağlamlığının qorunması haqqında", "Yol hərəkəti haqqında", "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında", "Tibbi sığorta haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "Ünvanlı dövlət sosial yardımı haqqında", "Sosial müavinətlər haqqında", "Əmək pensiyaları haqqında", "Təhsil haqqında", "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında", "İcbari sığortalar haqqında", "Lisenziyalar və icazələr haqqında", "Əlilliyi olan şəxslərin hüquqları haqqında" və "Məşğulluq haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

00:54
29 Yanvar

"Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

00:53
29 Yanvar

"Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr tarixli 85-VIIQD nömrəli Qanununun tətbiqi və "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 avqust tarixli 104 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

00:53
29 Yanvar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 7 dekabr tarixli 386 nömrəli Qərarı ilə təsdiq edilmiş “ASAN müraciət” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

00:51
29 Yanvar

Rusiyanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət olunub

22:31
28 Yanvar

ƏƏSMN: Pensiyalarda iki istiqamətdə artım olacaq, gələn ay pensiyalar artırılmış məbləğdə veriləcək

22:30
28 Yanvar

Moldovalı ekspert: Azərbaycan texnologiyanın inkişafı üzrə regional mərkəzə çevrilə bilər - MÜSAHİBƏ 

22:28
28 Yanvar

Makronun etirafı: “Başqa seçimim yox idi, o, hər şeyi məhv edəcəkdi!”

22:19
28 Yanvar

Azərbaycandan tranzit keçməklə Avropaya çatdırılması nəzərdə tutulan 5 tondan çox narkotik maddə məhv edilib  

21:15
28 Yanvar

Türkiyə bərpaolunan mənbələrdən əldə etdiyi enerjinin həcmini artırmaqla COP31-ə iddiasını gücləndirir  

20:06
28 Yanvar

İlk “iPad” artıq 15 yaşındadır

20:04
28 Yanvar

Medianın İnkişafı Agentliyi saxta məlumatlarla bağlı açıqlama yayıb

19:20
28 Yanvar

BAMF-ın Himayəçilik Şurasının illik hesabatı dinlənilib

19:17
28 Yanvar

İnternet sahəsi üzrə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair prioritetlər müzakirə olunub  

19:15
28 Yanvar

Azərbaycan Respublikası Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının bəyanatı  

19:14
28 Yanvar

Dünya Bankının nümayəndələri qida təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlərlə bağlı məlumatlandırılıb  

19:11
28 Yanvar

Çin süni zəkanın inkişafına 150 milyard dollara yaxın sərmayə yatıracaq

19:03
28 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!