28 Noyabr 2025 16:47
541
SİYASƏT
A- A+
Azərbaycanla Tailand arasında iqtisadi əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunub  

Azərbaycanla Tailand arasında iqtisadi əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunub  


Milli Məclis sədrinin müavini Musa Qasımlı və parlamentin Tailandla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Göydəniz Qəhrəmanov noyabrın 28-də Tailand Krallığı Parlamentinin nəzdində fəaliyyət göstərən Kral Prajadhipok İnstitutunun baş katibi İssara Sereevatthanavut ilə görüşüblər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, parlament sədrinin müavini Musa Qasımlı iki dövlət arasında münasibətlərin hazırkı vəziyyətindən söz açıb, bu əlaqələrin inkişafında yüksək səviyyəli səfərlərin mühüm rol oynadığını vurğulayıb. Qeyd olunub ki, Azərbaycan və Tailand Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq edir. Eyni zamanda, parlamentlərimiz həm ikitərəfli, həm də çoxtərəfli formatlarda qarşılıqlı olaraq səmərəli iş aparırlar.

Musa Qasımlı regiondakı mövcud vəziyyət barədə məlumat verərək bildirib ki, uzun illər davam edən münaqişənin aradan qaldırılması bölgədə yeni reallıqlar yaradıb. Azərbaycanda yaradılan investisiya şəraitindən danışaraq Tailandın bu imkanlardan yararlanmasının ümumi mənafelərə uyğun olacağını vurğulayan Milli Məclis sədrinin müavini dövlətlərimiz və xalqlarımız arasında əlaqələrin müxtəlif istiqamətlərdə inkişaf etdirilməsi, o cümlədən biznes və investisiya sahəsində birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikirlərini bölüşüb.

Kral Prajadhipok İnstitutunun baş katibi İssara Sereevatthanavut Azərbaycanla Tailand arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi potensialından danışıb, müxtəlif sahələrdə təmasların intensivləşdirilməsinin vacibliyini bildirib.

Söhbətdə iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması, turizm, təhsil, innovasiya, sənaye və digər sahələrdə yeni təşəbbüslərin irəli sürülməsi imkanları müzakirə olunub, parlamentlərarası əlaqələrin inkişafı, qarşılıqlı təcrübə mübadiləsi və digər istiqamətlərdə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!