20 Oktyabr 2026 10:10
180
İQTİSADİYYAT
A- A+
Azərbaycanın "yaşıl kənd təsərrüfatı" üzrə təcrübələri beynəlxalq seminarda təqdim olunub

Azərbaycanın "yaşıl kənd təsərrüfatı" üzrə təcrübələri beynəlxalq seminarda təqdim olunub


Daşkənd şəhərində, Suvarma və Kənd Təsərrüfatının Mexanikləşdirilməsi üzrə Mühəndislik İnstitutunda (TIIAME) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) çərçivəsində mühüm regional seminar keçirilmişdir.

 "CAREC" proqramı üzrə "Yaşıl bacarıqların inkişafının gücləndirilməsi" (TA-6806) layihəsi çərçivəsində təşkil olunan tədbir "Regional Yaşıl Kənd Təsərrüfatı Mərkəzinin (RCGA) rəqəmsal platformasının hazırlanması və Davamlı İnkişaf üçün Yaşıl İnklüziv Dəyişiklik akademik modulunun yekunlaşdırılması" mövzusuna həsr olunmuşdur.

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) dosenti Fariz Ələkbərov Mərkəzi Asiya İqtisadi Əməkdaşlıq Proqramı (CAREC-Central Asiya Regional Economic Cooperation) çərçivəsində "yaşıl kənd təsərrüfatı" üzrə regional işçi qrupun seminarında iştirak etmişdir. Tədbirdə "Azərbaycanda deqradasiyaya uğramış və pestisidlərlə çirklənmiş torpaqların bərpası və davamlı idarə olunması üçün effektiv mikroorqanizmlər, bioçar(bioloji mənşəli materiallardan alınan karbonla zəngin maddə) və vermikompostun ( təbii üzvi maddə) inteqrasiyalı tətbiqi" mövzusunda  alimin elmi-tədqiqat işinin təqdimatı mütəxəssislər tərəfindən maraqla qarşılanmışdır. 

Onu da qeyd edək ki, Fariz Ələkbərov Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə "CAREC" proqramı  çərçivəsində hazırlanan "Yaşıl İnklüziv Dəyişiklik" akademik modulunun müəlliflərindən biridir.

Seminarda Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Monqolustan və Pakistanın aparıcı aqrar universitetlərinin nümayəndələri iştirak etmişlər. Tədbirin əsas məqsədi CAREC-ə üzv region ölkələrdə iqlimə davamlı kənd təsərrüfatı üzrə regional əməkdaşlığı gücləndirmək, rəqəmsal Kənd Təsərrüfatı Bilik və İnnovasiya Sistemini (AKIS) yaratmaq və magistratura səviyyəsində vahid "Yaşıl İnklüziv Dəyişiklik" akademik modulunu yekunlaşdırmaq olmuşdur.

ADAU-nu bu nüfuzlu regional forumda təmsil edən  Fariz Ələkbərov həm də seminarın elmi müzakirələrində aktiv iştirak etmiş,  "Azərbaycanda deqradasiyaya uğramış və pestisidlərlə çirklənmiş torpaqların bərpası və davamlı idarə edilməsi üçün effektiv mikroorqanizmlərin, bioçarın və vermikompostun inteqrasiyalı tətbiqi" mövzusunda apardığı çoxillik tədqiqat işlərinin nəticələrini təqdim etmişdir.

CAREC seminarına Azərbaycanın elmi töhfəsi və  torpaq bərpasının innovativ modeli mövzusu seminarın "Case Workshop: Real-life examples sharing" sessiyasında geniş müzakirələrə səbəb olmuşdur. Təqdimatda ADAU-nun 2020-2026-cı illər ərzində apardığı eksperimental tədqiqatlar, o cümlədən magistr tələbələrinin iştirakı ilə həyata keçirilən sınaqlar, fermer təsərrüfatlarında təşkil edilən nümayiş sahələri və fermerlərin qiymətləndirmələri əsasında formalaşdırılmış inteqrasiyalı "yaşıl kənd təsərrüfatı" yanaşmaları geniş şəkildə şərh olunub.  

Qeyd edək ki, Modul CAREC Azərbaycan, Pakistan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan, Monqolustan və digər tərəfdaş universitetlərin birgə əməkdaşlığı nəticəsində hazırlanmışdır. Dosent Fariz Ələkbərov bu modulun 4-cü mövzusunun - "Yaşıl İnklüziv Dəyişiklik üçün Alətlər və Yanaşmalar"ın müəllifidir. 

Mövzuda vurğulanır ki, "yaşıl texnologiyalar" (damcı suvarması, günəş enerjisi ilə işləyən nasoslar, sensorlar, dronlar, bioloji mübarizə vasitələri və s.) yalnız texniki cəhətdən səmərəli olduqda deyil, sosial inklüzivlik, iqtisadi əlçatanlıq və institutlar tərəfindən dəstəkləndikdə uğurlu nəticə verir. 

Bəs, bu müzakirələr və tədqiqat işləri hansı regional perspektivləri  vəd edir?

 CAREC regionunda su qıtlığı, torpaq deqradasiyası, iqlim dəyişikliyi və kimyəvi maddələrdən asılılıq sayəsində yaranan ümumi problemlərdir. Regional Yaşıl Kənd Təsərrüfatı Mərkəzinin rəqəmsal platformasının yaradılması bu problemlərin həllində bilik mübadiləsini, standartların harmonizasiyasını və innovasiyaların miqyasını artırmağa yönəlmişdir. Azərbaycanın bu seminarda təqdim etdiyi elmi nəticələr və metodoloji yanaşmalar  platformanın məzmun bazasının formalaşmasına real töhfə verir.

Seminarda əldə olunan razılaşmalar növbəti mərhələdə rəqəmsal platformanın məzmununun zənginləşdirilməsi, akademik modulun pilot tətbiqi və "yaşıl bacarıq"lar üzrə regional standartların formalaşdırılması istiqamətində konkret addımların atılmasına zəmin yaradır.

 Azərbaycanın bu prosesdə aktiv iştirakı ölkəmizin "yaşıl iqtisadiyyat" və davamlı kənd təsərrüfatı siyasətinə uyğun olaraq, regional əməkdaşlıqda elmi və metodoloji baxımdan töhfə vermək potensialını bir daha nümayiş etdirir.


Maarif RZAYEV, 

ADAU-nun "Aqrar mütəxəssis" qəzetinin redaktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ötən gün 54 cinayətin açılması təmin olunub

10:53
20 Oktyabr

Qızıl ucuzlaşıb, gümüş bahalaşıb

10:50
20 Oktyabr

Birjalarda neft bahalaşıb

10:49
20 Oktyabr

Çempionlar Liqası: “Sabah” Almaniya nəhəngini qəbul edir

10:47
20 Oktyabr

Azərbaycan səhiyyəsində yeni idarəetmə mərhələsi: TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi hansı dəyişiklikləri vəd edir?

10:11
20 Oktyabr

Azərbaycanın "yaşıl kənd təsərrüfatı" üzrə təcrübələri beynəlxalq seminarda təqdim olunub

10:10
20 Oktyabr

Bir neftçi ömrünün nəğməsi

10:00
20 Oktyabr

Azərbaycanın sağlamlıq turizmi "Kurort" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Özbəkistanda təbliğ edilib

09:50
20 Oktyabr

Fərdi hiss və ictimai məsuliyyət

09:40
20 Oktyabr

Uzaq Səmərqənddə doğma Gəncə nəfəsi - Əbülqasım əl-Gəncinin maarifçilik missiyası

09:20
20 Oktyabr

ZƏFƏR gündəliyi 

09:10
20 Oktyabr

Dirçəlişin və qayıdışın ünvanı

09:00
20 Oktyabr

Forumlar, yeni layihələr və beynəlxalq tədbirlər

08:50
20 Oktyabr

Azərbaycanın bərpa olunmuş dövlət suverenliyinə fəlsəfi-hüquqi baxış

08:40
20 Oktyabr

Müstəqil və çoxvektorlu xarici siyasət: Azərbaycanın geosiyasi manevr imkanları

08:30
20 Oktyabr

“TÜLKÜ HƏCCƏ GEDİR”

08:20
20 Oktyabr

Müasir Azərbaycanın enerji siyasəti: milli enerji təhlükəsizliyindən qlobal enerji tərəfdaşlığına

08:10
20 Oktyabr

İlham Əliyevdən qlobal çağırış

08:00
20 Oktyabr

V.F.Ələsgərovun "Şərəf" ordeni ilə təltif edilməsi haqqında

02:21
20 Oktyabr

“Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

02:20
20 Oktyabr

Bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyasının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında

02:19
20 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!