20 Oktyabr 2026 08:50
196
İQTİSADİYYAT
A- A+
Forumlar, yeni layihələr və beynəlxalq tədbirlər

Forumlar, yeni layihələr və beynəlxalq tədbirlər


Azərbaycanın beynəlxalq iqtisadi əlaqələri  ötən həftə biznes-forumlarla genişlənib. Oktyabrın 12-də Bakıda keçirilən Azərbaycan-Çexiya biznes-forumu bu qəbildəndir. Tədbirdə hər iki ölkənin dövlət və biznes nümayəndələri iqtisadi əməkdaşlığın genişləndirilməsi, yeni tərəfdaşlıqların qurulması və qarşılıqlı investisiya imkanlarını müzakirə ediblər. Forum çərçivəsində şirkət nümayəndələri arasında B2B formatında görüşlər təşkil olunub.

Azərbaycan-Kamboca biznes-forumunda isə ticarət və investisiya əməkdaşlığının inkişafı müzakirəyə çıxarılıb. Tədbirdə müxtəlif sahələri təmsil edən 100-ə yaxın iş adamı iştirak edib. Forum çərçivəsində Azərbaycan Ticarət və Sənaye Palatası ilə Kamboca Ticarət Palatası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu mübadilə olunub.

***

Azərbaycanın logistika imkanları Türkiyənin İzmir şəhərində keçirilən "LOGISTECH 2026" beynəlxalq sərgisində təqdim edilib. Tədbirdə Azərbaycan Gömrük Təmsilçiliyi, eləcə də Logistika Şirkətlərinin Assosiasiyası və üzv şirkətləri daxil olmaqla, ölkəmiz 16 şirkət və 32 nəfərlik nümayəndə heyəti ilə təmsil olunub. Sərgi çərçivəsində logistika, yükdaşıma, anbar və gömrük xidmətləri üzrə əməkdaşlıq imkanları, Azərbaycanın tranzit potensialı və Zəngəzur dəhlizinin (TRIPP) yaratdığı perspektivlər diqqətə çatdırılıb. Azərbaycan və Türkiyə şirkətləri arasında B2B formatında görüşlər keçirilib, yeni tərəfdaşlıqların qurulması və birgə layihələrin həyata keçirilməsi imkanları dəyərləndirilib.

***

Ötən  həftə logistika sahəsində beynəlxalq əməkdaşlıq imkanlarının təqdimatı ilə yanaşı, ölkə daxilində biznes və istehsal potensialının nümayişinə də yer verilib. Oktyabrın 14-16-da "Bakı-Ekspo" Mərkəzində keçirilən 6-cı "Rebuild Garabagh" sərgisində Azərbaycanın biznes və investisiya imkanları "Made in Azerbaijan" stendi ilə tanıdılıb. Yerli şirkətlər tikinti materialları, mebel, ayaqqabı və digər sənaye məhsullarını nümayiş etdirib, həmçinin potensial tərəfdaşlarla işgüzar görüşlər keçiriblər.

Burada "AzerGold" QSC-nin fəaliyyəti xüsusi stenddə sərgilənib. Ziyarətçilər virtual reallıq texnologiyası vasitəsilə Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinin istehsal prosesi ilə tanış olublar. Eləcə də Kəlbəcərin tarixi və mədəni irsinə həsr edilmiş qızıl və gümüş sikkələr ilk dəfə ön plana çıxarılıb.

***

Aqrar sahədə beynəlxalq əməkdaşlıq çərçivəsində qadın sahibkarlığının inkişafı məsələləri də diqqət mərkəzində olub. Oktyabrın 15-də Astanada İslam Ərzaq Təhlükəsizliyi Təşkilatının kənd təsərrüfatında qadınların iqtisadi imkanlarının genişləndirilməsinə həsr olunan beynəlxalq seminarı baş tutub. İki gün davam edən tədbirdə Azərbaycan nümayəndələri ilə yanaşı, Mərkəzi Asiya və ərəb ölkələrinin təmsilçiləri iştirak ediblər. Müzakirələrdə qadın sahibkarlığının dəstəklənməsi, müasir aqrar texnologiyaların tətbiqi, maliyyə resurslarına və bazarlara çıxış imkanlarının artırılması məsələləri nəzərdən keçirilib.

***

Arxada qoyduğumuz həftədə rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində Azərbaycanda süni intellekt texnologiyalarının tətbiqinin tənzimlənməsi üçün də addımlar atılıb. Cari ildə bu sahə üzrə 5 dövlət standartı qüvvəyə minib. Standartlar süni intellektin etik prinsipləri, idarəetmə, təsirin qiymətləndirilməsi, audit və sınaq məsələlərini əhatə edir. Yeni tələblər süni intellekt sistemlərinin təhlükəsiz, məsuliyyətli və şəffaf tətbiqinə, eləcə də onların daha düzgün qiymətləndirilməsinə və idarə olunmasına yönəldilib.

***

Ötən həftənin ən mühüm beynəlxalq hadisələrindən biri oktyabrın 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü olub. Tədbirdə Prezident İlham Əliyev çıxış edərək, Azərbaycanın təşkilata sədrliyi dövründə nəqliyyat bağlantıları, rəqəmsallaşma, ətraf mühit və digər sahələrdə əməkdaşlığın inkişafına diqqət yetirildiyini vurğulayıb. Zirvə görüşündə Bakı Bəyannaməsi qəbul olunub və Azərbaycanın AQEM-ə sədrliyinin 2028-ci ilədək uzadılması qərara alınıb. Laosun təşkilata üzv qəbul edilməsi də toplantının mühüm nəticələrindəndir.

***

İcmalın sonunda ötən həftə ictimaiyyətə təqdim edilən doqquzaylıq iqtisadi nəticələrə nəzər salaq. 2026-cı ilin yanvar-sentyabr aylarında ölkənin ümumi daxili məhsulu (ÜDM) 102 milyard manatı ötüb. İqtisadi artım 1,5 faiz, qeyri-neft-qaz sektorunda isə 2,6 faiz təşkil edib. Ən yüksək artım informasiya və rabitə sahəsində 11,1 faiz, nəqliyyat və anbar təsərrüfatında isə 10 faiz səviyyəsində qeydə alınıb.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bir neftçi ömrünün nəğməsi

10:00
20 Oktyabr

Azərbaycanın sağlamlıq turizmi "Kurort" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Özbəkistanda təbliğ edilib

09:50
20 Oktyabr

Fərdi hiss və ictimai məsuliyyət

09:40
20 Oktyabr

Uzaq Səmərqənddə doğma Gəncə nəfəsi - Əbülqasım əl-Gəncinin maarifçilik missiyası

09:20
20 Oktyabr

ZƏFƏR gündəliyi 

09:10
20 Oktyabr

Dirçəlişin və qayıdışın ünvanı

09:00
20 Oktyabr

Forumlar, yeni layihələr və beynəlxalq tədbirlər

08:50
20 Oktyabr

Azərbaycanın bərpa olunmuş dövlət suverenliyinə fəlsəfi-hüquqi baxış

08:40
20 Oktyabr

Müstəqil və çoxvektorlu xarici siyasət: Azərbaycanın geosiyasi manevr imkanları

08:30
20 Oktyabr

“TÜLKÜ HƏCCƏ GEDİR”

08:20
20 Oktyabr

Müasir Azərbaycanın enerji siyasəti: milli enerji təhlükəsizliyindən qlobal enerji tərəfdaşlığına

08:10
20 Oktyabr

İlham Əliyevdən qlobal çağırış

08:00
20 Oktyabr

V.F.Ələsgərovun "Şərəf" ordeni ilə təltif edilməsi haqqında

02:21
20 Oktyabr

“Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

02:20
20 Oktyabr

Bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyasının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında

02:19
20 Oktyabr

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Əlilliyi olan uşaqların valideynlərinin bacarıqlarının artırılması üçün Video Dərs Platformasının yaradılması", "Diqqət əskikliyi və hiperaktivlik sindromu olan uşaqların valideynlərinin bacarıqlarının artırılması üçün innovativ təşəbbüslərin həyata keçirilməsi", "Əlilliyi olan uşaqların koqnitiv bacarıqlarının inkişafına dəstək məqsədilə innovativ təşəbbüslərin həyata keçirilməsi", "Əlilliyi olan uşaqların özünəxidmət və özünəqulluq bacarıqlarının artırılmasında rəqəmsal təşəbbüslərin həyata keçirilməsi", "Əlilliyin erkən aşkarlanması və erkən müdaxilə istiqamətində valideynlərin bacarıqlarının artırılması üçün innovativ təşəbbüslərin həyata keçirilməsi" və "Uşaq sosial xidmət müəssisələrinin institusional bacarıqlarının artırılması" adlı müsabiqələr keçirir

02:06
20 Oktyabr

Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib  

22:56
19 Oktyabr

Fransada iğtişaşlardan sonra komendant saatı: Parisin bəzi ərazilərində hərəkət məhdudlaşdırılır  

22:49
19 Oktyabr

Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub  

22:39
19 Oktyabr

Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb  

22:09
19 Oktyabr

Prezident İlham Əliyevin sosial media hesablarında yeni videoçarx paylaşılıb VİDEO  

21:34
19 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!