01 İyun 2025 08:05
619
SİYASƏT
A- A+
Azərbaycanın xarici siyasətinin əsas hədəfi: ölkəmizin iqtisadi gücünü və siyasi nüfuzunu daha da artırmaq

Azərbaycanın xarici siyasətinin əsas hədəfi: ölkəmizin iqtisadi gücünü və siyasi nüfuzunu daha da artırmaq


Prezident İlham Əliyevin yürütdüyü xarici siyasət nəticəsində ölkəmizin dünyanın aparıcı dövlətləri ilə strateji tərəfdaşlıq və qarşılıqlı əməkdaşlıq münasibətləri getdikcə möhkəmlənir. Azərbaycanın həyata keçirdiyi çoxistiqamətli xarici siyasət kursu, daim hərəkətdə olan çevik diplomatiyası, müxtəlif ölkələr və beynəlxalq təşkilatlarla apardığı siyasi dialoqlar, uğurla reallaşdırılan irihəcmli layihələr ölkəmizə dünyada böyük nüfuz və hörmət qazandırır. 

Buna görədir ki, dünyanın aparıcı media resursları Azərbaycana böyük diqqət ayırır, dövlət başçısının səfərlərini, bəyanatlarını maraqla izləyir, şərhlər verirlər. Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına növbəti dövlət səfəri də beynəlxalq medianın diqqət mərkəzində oldu. Səfər olduqca məhsuldar və səmərəli keçdi. "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat" qəbul olundu, vacib sənədlər imzalandı. Bu sənədlər iki dost ölkə arasında əlaqələrin bundan sonra da uğurla inkişaf etməsinə zəmin yaratdı. 

Səfər həmçinin mühüm tarixi məqamları ilə yadda qaldı. Azərbaycanın dövlət başçısının ÇXR kimi dövlət tərəfindən yüksək səviyyədə qarşılanması, ali səviyyədə keçirilən görüşlər, müzakirə edilən vacib məsələlər, imzalanan mühüm sənədlər böyük tarixə malik Azərbaycan-Çin əlaqələrinin bu gününün və gələcəyinin aydın mənzərəsini dünyaya göstərdi. 

Azərbaycan qədim İpək yolu üzərində yerləşən strateji mövqeyi ilə yalnız tarixən deyil, həm də müasir dövrdə dünya iqtisadiyyatında və siyasətində mühüm yer tutur. Bu mənada Çin Xalq Respublikası ilə əlaqələrin əhəmiyyəti xüsusi vurğulanmalıdır. Çin dünyanın fövqəldövləti kimi həm "Şərq-Qərb", həm də "Şimal-Cənub" nəqliyyat marşrutlarının kəsişməsində yerləşən Azərbaycanla əməkdaşlığa böyük diqqət verir. Bu əməkdaşlıq yalnız iki ölkə arasındakı əlaqələri möhkəmləndirməklə məhdudlaşmır, həm də regional və qlobal iqtisadi inteqrasiyanı gücləndirmək üçün mühüm əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, Çinin Bakıdakı səfiri Lu Mey keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyevin Çinə dövlət səfərini iki ölkə arasında münasibətlərin inkişafı üçün tarixi hadisə adlandırıb. 

Son illər Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında münasibətlər Aİ-nin ölkəmizə qarşı ədalətsiz və qərəzli yanaşması üzündən xeyli zəifləmişdir. Amma son zamanlar Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu və qətiyyətli siyasət nəticəsində bu neqativ meyillərin aradan qaldırılması istiqamətində ciddi dönüş yaranmışdır. Avropa İttifaqının rəhbər qurumlarına aydın olmuşdur ki, Azərbaycan həm Cənubi Qafqaz, həm Mərkəzi Asiya, həm də Yaxın Şərqdə etibarlı tərəfdaş kimi tanınır. Bu reallığın bariz təzahürü Aİ-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın ölkəmizə etdiyi rəsmi səfəri oldu. Səfər çərçivəsində xanım Kallasın Prezident İlham Əliyevlə keçirdiyi ikitərəfli görüş, eləcə də onun Azərbaycanın xarici işlər naziri ilə apardığı müzakirələr tərəflər arasında siyasi dialoqun və qarşılıqlı əməkdaşlığın zəruriliyini bütün dünyaya göstərdi. Mətbuat konfransında çıxış edən Kaya Kallas ölkəmizin regiondakı mühüm rolunu vurğulayaraq dedi: "Azərbaycan regionda vacib tərəfdaşdır, Avropa İttifaqı üçün enerji sahəsində etibarlı tərəfdaş kimi yüksək qiymətləndirilir və biz münasibətlərimizi möhkəmləndirmək istiqamətində mühüm addımlar atmışıq. Siz Avropa İttifaqının enerji təchizatını şaxələndirməsinə və enerji təhlükəsizliyimizin gücləndirilməsinə yardım göstərmisiniz - bu, dünyanın misilsiz çətinliklərlə üzləşdiyi bir dövrdə olduqca önəmlidir". 

Azərbaycan Prezidentinin Tiranada Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen ilə görüşü zamanı da yüksək Aİ rəsmiləri Azərbaycanın Avropa İttifaqının vacib və etibarlı tərəfdaşı olduğunu bildirdilər. Onlar həmçinin ölkəmizin Avropanın enerjiyə ehtiyacı olan zaman göstərdiyi dəstəyi yüksək qiymətləndirdilər. 

Aparılan uğurlu xarici siyasət nəticəsində bu gün Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi dialoq bərpa olunub və əlaqələr sağlam müstəvidə inkişaf edir. Tərəflər arasında qarşılıqlı hörmətə, suverenliyə və bərabər hüquqa əsaslanan münasibətlər normal axarı ilə gedir. Azərbaycan Prezidentinin prinsipial və ardıcıl siyasi kursu, milli maraqlara söykənən möhkəm və məqsədyönlü mövqeyi nəticəsində ölkəmizə qarşı əvvəlki ədalətsiz yanaşmaların qarşısı qətiyyətlə alınıb. 

Ölkəmizin xarici siyasətində qonşu dövlətlərlə xoş münasibətlər qurmaq həmişə aparıcı istiqamət olub. Çünki mehriban qonşuluq münasibətləri  sabitliyə, əmin-amanlığa mühüm töhfələr verir. Azərbaycan Türkiyə, Rusiya və Gürcüstanla yanaşı, İranla da həmişə qarşılıqlı əməkdaşlığa əsaslanan siyasi və iqtisadi əlaqələr qurmağa çalışır. Təəssüflər olsun ki, İranın əvvəlki dövlət başçılarının dövründə ölkələrimiz arasında münasibətlərdə soyuqluq müşahidə olunurdu. Buna baxmayaraq, İranla münasibətlərin inkişafı dövlətimizin xarici siyasətində xüsusi yer tuturdu. Aparılan uğurlu xarici siyasət nəticəsində son dövrlər, xüsusən Məsud Pezeşkian İİR-nin prezidenti seçiləndən sonra bu soyuqluq yavaş-yavaş aradan qaldırıldı. Azərbaycan-İran əlaqələrində yeni mərhələ başlandı. Azərbaycan Prezidenti yaxın qonşu ölkə olan İranla əlaqələrə xüsusi önəm verildiyini vurğulayaraq demişdir: "Biz Azərbaycan ilə İran arasında dövlətlərarası əlaqələrin hərtərəfli inkişafına xüsusi önəm veririk. Ölkələrimiz arasındakı münasibətlər xalqlarımızın ortaq tarixi, dini və mədəni dəyərlərinə əsaslanaraq möhkəmlənir". Dövlət başçısının dediyi bu tarixi sözlər iki ölkə arasında həm coğrafi, həm də mənəvi bağlılığın dərinliyini açıq şəkildə ifadə edir.

İki ölkə arasında soyuq münasibətlərin aradan qaldırılması nəticəsində İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycana səfər etdi.  Səfərə gəlməzdən əvvəl İİR-nin dövlət başçısı Azərbaycan Televiziyasına verdiyi müsahibəsində demişdir: "Çox şadam ki, Azərbaycana səfər edəcəyəm. Ona görə ki, Azərbaycanı yad ölkə saymır, orada özümüzü qərib hesab etmirik. Biz keçmişdə ortaq tarixi bölüşmüşük, ancaq bu gün aramızda sərhəd var. İki ölkənin xalqı kimi bir-birimizin qəmimizə, sevincimizə şərik olmuşuq. Biz keçmişdə çox yaxın qardaş olmuşuq. Bundan sonra da belə olacaq".

Son vaxtlar ölkəmizin ABŞ ilə də münasibətlərində nəzərəçarpacaq dinamika və qarşılıqlı əməkdaşlığın dərinləşməsi istiqamətində mühüm addımlar atılır. Bu, ABŞ Prezidenti Donald Trampın Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə göndərdiyi təbrik məktubunun məzmunundan  da görünür: "Biz Azərbaycan Respublikası ilə əlaqələrimizi və terrorizmə qarşı mübarizədə, enerji təhlükəsizliyinin inkişafında, qonşunuzla sülhə nail olmaq istiqamətində ABŞ ilə tərəfdaşlığınızı yüksək qiymətləndiririk. 30 ildən artıq diplomatik münasibətlərimiz müddətində əlaqələrimiz əhəmiyyətli dərəcədə inkişaf edib. Biz ümidvarıq ki, ikitərəfli prioritetlərimiz, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığımız, iqtisadi münasibətlərimiz və enerji inkişafı üzrə tərəfdaşlığımız bundan sonra da davam edəcək. ABŞ ilə Azərbaycan və Ermənistan arasında möhkəm sülhü dəstəkləməkdə davam edir. Davamlı sülh Cənubi Qafqaz regionunun daha firavan olmasını təmin edəcək və ABŞ ilə əməkdaşlıq üçün daha geniş imkanlar yaradacaq. İndi sülhə nail olmağın və Cənubi Qafqaz xalqları üçün yeni firavanlıq dövrünə qədəm qoymağın vaxtıdır".

Göründüyü kimi, ABŞ Azərbaycanla illərcə əvvəl qurulmuş qarşılıqlı əməkdaşlıq və dostluq münasibətlərini uğurla davam etdirmək fikrində və əzmindədir. Bunu ABŞ Senatının Xarici əlaqələr komitəsinin üzvü, senator Stiv Deynsinin ölkəmizə səfər etməsi də təsdiqləyir. Xatırladaq ki, senator Stiv Deynsi Prezident Donald Trampın ən yaxın tərəfdarlarındandır. 1984-cü ildən Respublikaçılar Partiyasının üzvü olan Stiv Deynsi 2012-ci ildə Nümayəndələr Palatasına, 2014-cü ildə isə Senata seçilib. Bundan əvvəl isə o, ABŞ-nin aparıcı texnoloji şirkətlərində çalışıb. Donald Tramp ötən il prezidentliyə namizədliyini irəli sürəndən sonra onu Konqres üzvlərindən ilk dəstəkləyən məhz Stiv Deynsi olmuşdu. 

Prezident İlham Əliyev tərəfindən qəbul olunan senator ABŞ ilə Azərbaycan arasında dostluq və tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün böyük perspektivlərin olduğunu bildirdi. Əfqanıstanda ABŞ və Azərbaycan əsgərlərinin çiyin-çiyinə xidmət etdiyini, Kabil Hava Limanının təhlükəsizliyinə cavabdeh olan Azərbaycan sülhməramlı qüvvələrinin Əfqanıstanı tərk edən ən sonuncu hərbi kontingent olduğunu xatırladan Stiv Deynsi oradan mülki və hərbi şəxslərin təxliyəsində azərbaycanlı hərbçilərin mühüm rol oynadıqlarını vurğuladı və buna görə də Prezident İlham Əliyevə ayrıca minnətdarlığını bildirdi.

Uzaq və yaxın ölkələrlə iqtisadi, siyasi və mədəni əlaqələrin qurulması, qarşılıqlı əməkdaşlığın yüksələn xətlə inkişafı, yüksək etimadın qazanılması Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi xarici siyasət nəticəsində əldə olunmuşdur. Bu siyasət Azərbaycanın iqtisadi gücünün və siyasi nüfuzunun daha da artmasına hədəflənib.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"   

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!