01 Noyabr 2025 08:05
1283
SİYASƏT
A- A+
Azərbaycanın təşəbbüsləri sülh gündəliyini irəli aparır

Azərbaycanın təşəbbüsləri sülh gündəliyini irəli aparır


Geostrateji mövqedə yerləşən Cənubi Qafqaz hər zaman xarici güc dairələrinin marağında olub. Bu bölgədə daim münaqişə, müharibə olmasında maraqlı tərəflərin olduğu danılmazdır. Çünki sülh və sabitlik olmayan yeri təsir dairəsində saxlamaq, orada mövqelərini möhkəmləndirmək bəzi qüvvələr üçün daha asan olur.

Düz üç onillik boyu Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinin dalana dirənməsi də belə məkrli niyyətlərin region üçün ağır nəticəsi idi. Buna görə idi ki, nə bu münaqişənin həll edilməsi üçün missiyalandırılan ATƏT-in keçmiş Minsk qrupu, nə də digər qərəzli Qərb dairələri iki ölkə arasında konstruktiv dialoqa töhfə vermir, işğalçını beynəlxalq hüququn tələb və normalarına uyğun məsuliyyətə cəlb etməyi düşünmürdülər. Digər yandan münaqişənin hərb yolu ilə həllini mümkünsüz variant kimi təlqin  etməyə çalışırdılar. Bu qeyri-müəyyən vəziyyət Azərbaycan ərazilərinin düz 30 il ərzində işğal altında qalmasına gətirib çıxardı.

Həmin dövr ərzində bölgədə gərginlik bitmədi, sülh istiqamətində bir arpa boyu belə yol alınmadı. Ta ki 44 günlük savaş nəticəsində Azərbaycan illərdir Qordi düyününə çevrilmiş Qarabağ münaqişəsinə birdəfəlik son qoyana qədər. Ölkəmiz Vətən müharibəsindəki parlaq zəfərlə həlli imkansız görünən işləri həyata keçirdi. Cənubi Qafqazda yeni reallıqlar formalaşdırdı, sülh üçün parlaq səhifələr açdı.

    

Qətiyyətli siyasətin nəticəsi

 

Vətən müharibəsindən dərhal sonra rəsmi Bakı barış üçün lazım olan əməli addımları atmağa başladı, iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması üçün İrəvana beynəlxalq hüququn normalarına cavab verən 5 prinsip təqdim etdi. Ancaq həmin vaxt Ermənistan sülh sazişinin mətninə "Dağlıq Qarabağ" məsələsini daxil etmək istəyirdi deyə, 2024-cü ilə qədər tərəflər arasında müsbət istiqamətdə irəliləyişlərə nail olunmadı. Prosesə qərəzli Qərb dairələrinin müdaxiləsi isə normallaşmadan daha çox münaqişənin yenidən qızışdırılmasına xidmət edirdi. Bu, destruktivlik nümayiş etdirən Fransanın nümunəsində də aydın müşahidə olunurdu.

Parisin siyasi təxribatı ucbatından Azərbaycanın 5 oktyabr 2023-cü ildə keçirilən Qranada görüşündə iştirakdan imtina etməsini hər kəs yaxşı xatırlayır.

2023-cü ildə Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri sayəsində suverenliyini təmin edən ölkəmiz erməni separatizminin kökünü kəsdi və Qərb dairələrinin regiona təsir gücünü yox elədi. Bununla iki ölkə arasında sülh üçün tarixi şans yarandı. Düzdür, bundan sonra da Ermənistan davamlı olaraq xarici himayədarlarından silah, siyasi dəstək alaraq revanşa həvəsləndirilirdi. Ancaq Azərbaycanın milli maraqlarının təmini istiqamətində yürütdüyü qətiyyətli siyasət Ermənistan üzərindən bölgəyə yerləşərək buranı müharibə ocağına çevirmək istəyən xarici təsir güclərinin planlarını pozdu, İrəvana sülhdən başqa çıxış yolu qoymadı.

Bakının dönməz və qətiyyətli siyasəti sayəsində Azərbaycan-Ermənistan normallaşma prosesi 2024-cü ilin əvvəlindən etibarən müsbət yönə istiqamət aldı. Əldə edilən uğurlardan biri Ermənistan və Azərbaycanın vasitəçilərə lüzum görmədən dialoqlara başlaması oldu və bunun sayəsində müəyyən razılaşmalar əldə edildi. Sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə start verilməsi, sərhəd dirəklərinin quraşdırılmasına başlanılması, Qazax rayonunun kəndlərinin qaytarılması kimi əməli addımlar atıldı. Ardınca iki ölkə arasında sülh sazişi layihəsinin mətni ətrafında danışıqlar prosesi yekunlaşdı.

Bu ilin 10 iyul tarixində Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü siyasi əhəmiyyəti, sülhə verdiyi töhfəsi ilə yadda qaldı. Adıçəkilən görüşdə iki ölkə arasında sülh və normallaşma istiqamətində reallaşdırılacaq məsələlərlə bağlı müzakirələr aparıldı, razılaşmalar əldə edildi.

Mühüm nəticələri ilə diqqət çəkən Əbu-Dabi görüşü 8 avqust tarixli Vaşinqton zirvəsi üçün vacib təməl yaratdı.

 

Tələblər ləngidilmədən yerinə yetirilməlidir

 

Həmin tarixdə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın iştirakı ilə Ermənistan-Azərbaycan arasında Birgə Bəyannamənin imzalanması, vacib razılaşmaların əldə edilməsi bölgədə de-fakto sülhün təmin olunması anlamına gəlir. Dövlət rəhbərlərinin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərləri tərəfindən "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş" layihəsi paraflanıb. Vurğulayaq ki, sülh mətni hesab olunan bu sənəd Bakının irəli sürdüyü şərtlər əsasında hazırlanıb. Ağ Evdə Zəngəzur dəhlizinin (TRIPP)  açılması ilə bağlı razılığın əldə olunması Cənubi Qafqaza inkişaf və əməkdaşlıq üçün parlaq gələcək vəd edir. 

Avqustun 8-də Prezident İlham Əliyev Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibəsi zamanı bildirdi ki, bu nəqliyyat marşrutu - qısaltması TRIPP kimi səslənən "Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu" daha bir tarixi nailiyyət olacaq: "Amma yenə də daha əvvəl qeyd etdiyim kimi, vaxt itirməməliyik. Biz bu işlərlə mümkün qədər tez məşğul olmalıyıq. Birləşmiş Ştatlar bu marşrutu idarə edəcək və ümidvaram ki, regiondakı bütün xalqların xeyrinə bu əlaqə xətlərini qurmaq üçün həmin mühüm vəzifələri öz üzərinə götürəcək investorlar tapılacaq".

Məhz Azərbaycanın liderliyi ilə yürüdülən normallaşma prosesinin, sülh gündəliyinə sadiqliyinin nəticəsidir ki, Cənubi Qafqazda uzunmüddətli barış, inkişaf, qarşılıqlı əlaqələr və tərəqqi üçün şərait yaranıb. Onilliklər boyu adı münaqişə ocağı kimi hallanan, silah səsləri səngiməyən bölgə indi barış,  əməkdaşlıq ünvanı kimi adından söz etdirir. İki ölkə arasında heç bir vasitəçiyə ehtiyac görülmədən dialoqların aparılması, razılaşmalar əldə edilməsi, etimad quruculuğu tədbirlərinin görülməsi vacib məqamlardır.

Normallaşmaya aparan yolda İrəvanın sülh gündəliyinin tələblərini necə və nə zaman yerinə yetirməsi də vacib əhəmiyyət daşıyır. Çünki Prezident İlham Əliyevin təbirincə desək, Ermənistanın yerinə yetirəcəyi ev tapşırıqları var.

Bunlardan birincisi Ermənistan konstitusiyasında ediləcək dəyişiklikdir. Məlumdur ki, 8 avqust tarixində Vaşinqtonda sülh müqaviləsinin imzalanmamasının yeganə səbəbi  Ermənistan konstitusiyasının preambula hissəsində Azərbaycana qarşı ərazi iddialarının yer almasıdır. Konstitusiyada dəyişiklik ediləndən sonra sülh sazişinin imzalanması üçün heç bir maneə qalmayacaq. Buna görə də Ermənistan qəbul etdiyi sülh gündəliyinin tələblərini sözdə ifadə etdiyi kimi, əməldə də yerinə yetirməkdə yubanmamalıdır. Əks təqdirdə bu, Cənubi Qafqazda sülh prosesinin ləngiməsinə səbəb olar. Bu isə qətiyyən arzuolunan ssenari deyil və nəticəsi elə İrəvanın özü üçün pis olar. Çünki hərtərəfli böhran yaşayan Ermənistanın qurtuluş yolunun sülhdən keçməsi gerçəkliyi göz önündədir.   

 

Yasəmən MUSAYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!