Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Prezident İlham Əliyev İtaliyadan bir daha Ermənistana və onun havadarlarına səsləndi
"Biz ümid edirik ki, sülh danışıqlarının başlanmasına dair Azərbaycanın təşəbbüsü sülh sazişinin imzalanması ilə nəticələnəcək. Bu isə təkcə Cənubi Qafqaz deyil, dünyanın bütün regionları üçün əhəmiyyətli olacaq".
İtaliyaya səfəri çərçivəsində "Dünya, Avropa və İtaliya haqqında bilgilər" mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda "Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu" adlı sessiyada çıxış edən Prezident İlham Əliyev bir daha Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqlarına aydınlıq gətirdi. Sayca 50-ci olan bu mötəbər forumda İlham Əliyevin sülh danışıqları ilə bağlı səsləndirdiyi fikirlər mühüm çağırışlarla zəngin oldu.
Öncə Prezident çıxışında Azərbaycanın tarixi Zəfəri, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi ilə bağlı fikirlərini bölüşərək dedi ki, təkcə Qafqazda deyil, daha geniş regionda baş vermiş ən böyük geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası oldu: "Bu, həqiqətən onu nümayiş etdirdi ki, beynəlxalq hüququn aliliyi o zaman təmin edilə bilər ki, burada hüquqi çərçivə ilə yanaşı, həmçinin cəsarət və real güc də var" deyən Prezident ərazilərimizin 30 il işğal altında qaldığını söylədi və bunun əsas səbəblərini göstərdi. İlham Əliyev ali tribunadan bir daha bəyan etdi ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə baxmayaraq, Ermənistan işğalı davam etdirib və ATƏT-in bu məsələ ilə məşğul olmaq üçün yaratdığı keçmiş Minsk qrupu 28 il ərzində sıfır nəticə hasil edib.
Həqiqətən də, 28 il ərzində Ermənistana heç bir təşkilat təzyiq göstərmədi və işğalçı ölkə bu cəzasızlıq mühitindən istifadə edərək Azərbaycana qarşı dəfələrlə təxribatlar törətdi.
Azərbaycan Prezidenti beyin mərkəzlərinin toplaşdığı forumda bunu belə dəyərləndirdi: "Bu, onu nümayiş etdirir ki, ədaləti və sülhü təmin etmək üçün təkcə beynəlxalq hüquq kifayət deyil. Masa üzərində digər amillər də olmalıdır".
Dövlət başçısı 44 günlük Vətən müharibəsi və ondan sonra Qarabağda separatizmin kökünün tamamilə kəsilməsi, həmçinin Azərbaycanın suverenliyinin tam şəkildə bərpa edilməsi prosesi haqqında da danışaraq dedi ki, bütün bunlar bu gün ərazi bütövlüyünü və suverenliyini bərpa etmək istiqamətində uğura nail olmaqda çətinlik çəkən bir çox ölkə üçün yaxşı nümunədir. Azərbaycan öz nümunəsi ilə onu nümayiş etdirdi ki, beynəlxalq hüquq, güclü siyasi iradə, cəmiyyətin səfərbər olması və fiziki güc ciddi siyasi dəyişikliklə nəticələnə bilər.
İlham Əliyev bəyan etdi ki, Sovet İttifaqının süqutundan sonra ilk dəfədir Cənubi Qafqazda sülhə nail olmaq imkanı yaranıb: "Bu, mümkündür - Azərbaycan və Ermənistan arasında sülh danışıqları çərçivəsində baş verən hadisələr, sülh müqaviləsinin bəndlərinin təqribən 80 faizinin razılaşdırılması, sərhədin delimitasiyası prosesinin başlanması və hətta kiçik addım hesab oluna bilən 13 kilometrlik hissəsinin demarkasiyasının, - halbuki sərhədin uzunluğu 1000 kilometrdən artıqdır, - özü belə düzgün istiqamətdə atılan addımdır".
Azərbaycan ümid edir ki, sülh danışıqlarının başlanmasına dair ölkəmizin təşəbbüsü sülh sazişinin imzalanması ilə nəticələnəcək. Bu isə təkcə Cənubi Qafqaz deyil, dünyanın bütün regionları üçün əhəmiyyətli olacaq. Bu, 30 il ərzində münaqişədə olmuş iki ölkənin birgə çalışaraq sülhə nail olmasının nümunəsi ola bilər.
Bir sözlə, Azərbaycan Prezidenti bir daha sülh gündəliyini açıqlayaraq Ermənistana və ona sülh müqaviləsini imzalamağa imkan verməyən qüvvələrə növbəti dəfə mesaj ünvanladı.
Baxmayaraq ki, işğaldan əziyyət çəkən və ərazisinin təqribən 20 faizi tamamilə dağıdılan Azərbaycandır, yenə də İlham Əliyev Hayastana barış əlini uzadır.
Bu ölkənin əhalisinin düşdüyü acınacaqlı vəziyyətdən qurtulması, İrəvanın da bölgədə reallaşan qlobal miqyaslı layihələrə qoşulması üçün Azərbaycan Prezidenti humanist siyasətini bir daha nümayiş etdirir. Lakin əvəzində isə Ermənistan Hindistan, Fransa tərəfindən silahlanır, hərbi texnikalarının sayını artırmaqla bir növ təxribatlara hazırlaşdığını göstərir. Əgər rəsmi İrəvan İlham Əliyevin sülh gündəliyindəki şərtlərə əməl edərək Azərbaycanla barış əldə etmək istəyirsə, reallıqlarla barışmalı, kimlərinsə diktəsi ilə hərəkət etməməli, Konstitusiyasında dəyşiklik tələbini yerinə yetirməlidir. Əks təqdirdə sülh olmayacaq.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"
Azərbaycan millisi UEFA Millətlər Liqasında növbəti oyununu keçirib
Bakıda Macarıstanın Milli Günü qeyd edilib
Sahibə Qafarova Parlamentlərarası İttifaqın 149-cu Assambleyasında çıxış edib
Milli Məclisin sədri: İnnovasiya Azərbaycanın inkişaf gündəliyində mühüm yer tutur
Azərbaycan Qazaxıstandan ən populyar 10 hava istiqaməti arasında yer alır
Milli Məclis Parlamentlərarası İttifaqla birlikdə COP29 çərçivəsində parlament görüşü təşkil edəcək
Nazir: Azərbaycanda Macarıstanın 26 şirkəti fəaliyyət göstərir
Millətlər Liqası: Azərbaycan - Slovakiya oyunu başlayıb
Praqada Ermənistanın mina terrorunun qurbanlarına həsr olunmuş fotosərgilər açılıb
Numan Kurtulmuş: Zəngəzur dəhlizinin açılması Türk dünyasına böyük imkanlar yaradacaq
Ombudsman: Beynəlxalq ictimaiyyət Ermənistanın mina terroruna səssiz qalmamalıdır
“Lada”nın yeni “üzv”ü təqdim olunacaq
Mars atmosferindən batareya hazırlanıb
Azərbaycan 75-ci Beynəlxalq Astronavtika Konqresində təmsil olunur
Türkiyə Böyük Millət Məclisinin üzvləri “Fəxri ağsaqqal” döş nişanı ilə təltif olunublar
Polşa mina sahələri yaradacaq
NATO nüvə təliminə başlayır
Növbəti 50 ildə gözlənilən önəmli astronomik hadisələr
İran parlamentinin sədri: Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət veririk
Prezident İlham Əliyev Danimarkanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB
Rəsədxana: Oktyabrın 15-16-da geomaqnit qasırğası gözlənilir
Gözlərindəki tiri görməyənlər11 Oktyabr 2024
Tarixi əməkdaşlıq və müttəfiqlik10 Oktyabr 2024
İlham ƏLİYEV: "Artıq status-kvo deyilən məsələ və təmas xətti yoxdur"09 Oktyabr 2024
Milli Məclisdən ABŞ-yə etiraz09 Oktyabr 2024
Moskvada MDB Dövlət Başçıları Şurasının iclası keçirilib Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB-408 Oktyabr 2024
Həqiqətlər və oyunbazlıqlar08 Oktyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!