16 Oktyabr 2026 10:29
141
SİYASƏT
A- A+
Azərbaycanın sədrliyi AQEM-in potensialını daha da gücləndirir  

Azərbaycanın sədrliyi AQEM-in potensialını daha da gücləndirir  


AQEM-in Bakıda keçirilən 7-ci zirvə görüşü Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunu nümayiş etdirdi. Bu platformada təmsil olunan tərəfdaşlar Azərbaycanın AQEM-in diqqətini ən vacib məsələlərə yönəltdiyini xüsusi qeyd etdilər.

Milli Məclisin deputatı Nigar Məmmədova qəzetimizə açıqlamasında deyib ki, Prezident İlham Əliyevin toplantıdakı çıxışı müasir beynəlxalq münasibətlərdə mövcud problemlərin təhlili baxımından xüsusi əhəmiyyət daşıyır: “Dövlət başçımızın çıxışında əsas mesajlardan biri beynəlxalq hüququn selektiv tətbiqinin qəbuledilməzliyi və ikili standartlara son qoyulmasının zəruriliyi idi. Azərbaycan 30 ilə yaxın müddətdə Ermənistanın işğalçılıq siyasətinin ağır nəticələri ilə üzləşsə də, beynəlxalq təşkilatlar qəbul etdikləri qərarların icrasını təmin etmək istəmədilər. Xüsusilə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamənin yerinə yetirilməməsi, ATƏT-in Minsk qrupunun isə münaqişənin həllində nəticəsiz fəaliyyəti beynəlxalq təhlükəsizlik mexanizmlərinin ciddi çatışmazlıqlarını üzə çıxardı. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan 2020-ci ilin Vətən müharibəsində ərazi bütövlüyünün bərpası istiqamətində həlledici addım atdı, 2023-cü ilin sentyabrında isə suverenliyini tam təmin etdi. Azərbaycanın tarixi qələbədən sonra Ermənistana sülh təklif etməsi isə dövlətimizin siyasi iradəsinin və regionda uzunmüddətli sabitliyə sadiqliyinin göstəricisidir”. 

Deputat qeyd edib ki, rəsmi Bakının mövqeyi odur ki, Cənubi Qafqaz əməkdaşlıq və inkişaf məkanına çevrilməlidir. Bunun üçün qarşılıqlı etimadın gücləndirilməsi, suverenliyə və ərazi bütövlüyünə hörmət prinsiplərinə əməl olunması vacibdir. “Bakı toplantısının digər mühüm istiqaməti Azərbaycanın Avrasiya məkanında strateji birləşdirici rolunun ön plana çıxarılması oldu. Şərqlə Qərbin kəsişməsində yerləşən ölkəmiz nəqliyyat, enerji, logistika və rəqəmsal bağlantılar sahəsində həyata keçirdiyi layihələrlə regional və qitələrarası əməkdaşlığa mühüm töhfələr verir. Bu siyasət Azərbaycanın həm iqtisadi, həm də geosiyasi əhəmiyyətini artırır. Azərbaycanın AQEM-ə sədrliyi çərçivəsində irəli sürdüyü təşəbbüslər üzv və müşahidəçi tərəfdaşlar tərəfindən də təqdir olunur. Nəqliyyat, rəqəmsallaşma, ekologiya, turizm, elm və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi təşkilatın institusional imkanlarının möhkəmlənməsinə xidmət edir. Azərbaycanın məqsədi Asiya məkanında qarşılıqlı etimadı, dialoqu və təhlükəsizliyi təşviq edən daha səmərəli əməkdaşlıq mühitinin formalaşdırılmasıdır”, – deyə o əlavə edib.

N. Məmmədova bildirib ki, Bakı toplantısının əsas siyasi nəticəsi davamlı sülh və təhlükəsizliyin beynəlxalq hüququn hamıya bərabər tətbiqi ilə yanaşı, dövlətlərin suverenliyinə hörmət və qarşılıqlı faydalı əməkdaşlıq əsasında mümkünlüyüdür. Prezident İlham Əliyevin çıxışında səsləndirilən mesajlar Azərbaycanın həm də daha ədalətli və sabit beynəlxalq münasibətlər sisteminin formalaşmasına töhfə verən mühüm siyasi aktor olduğunu bir daha nümayiş etdirdi. Zirvə toplantısında qəbul olunan Bakı Bəyannaməsi isə qarşıdakı işlər üçün möhkəm təməl kimi qiymətləndirilir. Sənəd regional təhlükəsizlik, iqtisadi inteqrasiya və qarşılıqlı etimadın gücləndirilməsi istiqamətində ortaq prioritetləri müəyyənləşdirir.


Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mingəçevir daha təmiz olacaq  

11:27
16 Oktyabr

Fermerler maarifləndirilir, problemləri öyrənilir  

11:26
16 Oktyabr

Pakistanda faciə: məktəbin damının uçması nəticəsində azı 34 şagird və müəllim həlak olub  

11:24
16 Oktyabr

Pakistanda faciə: məktəbin damının uçması nəticəsində azı 34 şagird və müəllim həlak olub  

11:20
16 Oktyabr

Milli Məclisdə 12 məsələnin müzakirəsinə başlanılıb  

11:15
16 Oktyabr

Numan Kurtulmuş: Türkiyə ilə Azərbaycan arasında birlik tarixi proseslərin nəticəsidir  

11:13
16 Oktyabr

Nazir: Məqsədimiz dayanıqlı və yüksək əlavə dəyər yaradan aqrar sistem formalaşdırmaqdır  

11:11
16 Oktyabr

Gələn il üçün icmal büdcənin xərclərinin 3,1 faiz çox olacağı gözlənilir  

11:09
16 Oktyabr

Azərbaycan və Özbəkistan ali təhsil müəssisələri arasında İkinci Rektorlar Forumu işə başlayıb  

11:08
16 Oktyabr

SEPAH: Hörmüz boğazı Tehranın icazəsi olmadan açılmayacaq  

11:05
16 Oktyabr

2027-ci il üçün icmal büdcəsinin gəlirlərinin 5,9 faiz çox olacağı proqnozlaşdırılır  

11:04
16 Oktyabr

Qızıl və gümüş bahalaşıb

10:46
16 Oktyabr

Azərbaycan nefti 119 dollara satılır

10:37
16 Oktyabr

Birjalarda neft ucuzlaşıb

10:33
16 Oktyabr

Azərbaycanın sədrliyi AQEM-in potensialını daha da gücləndirir  

10:29
16 Oktyabr

İcmal büdcə kəsirinin 2030-cu ildə 442,2 milyon manat səviyyəsində olacağı gözlənilir  

10:09
16 Oktyabr

Azərbaycan qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm tərəfdaşdır

10:05
16 Oktyabr

Dünya növbəti iqlim sınağı qarşısındadır

10:00
16 Oktyabr

Azərbaycan BMT-də işgəncələrə qarşı mübarizə və cəzasızlığın aradan qaldırılmasının vacibliyini vurğulayıb  

09:57
16 Oktyabr

ABŞ-də ibtidai məktəbdə baş verən atışmada 5 nəfər ölüb

09:54
16 Oktyabr

UEFA Konfrans Liqası: “Trabzonspor” səfərdə “KuPS” komandasını məğlub edib  

09:53
16 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!