29 Dekabr 2024 08:30
166
SİYASƏT
A- A+
Azərbaycanın nüfuzunu yüksəldən müstəqil siyasət

Azərbaycanın nüfuzunu yüksəldən müstəqil siyasət


Prezident İlham Əliyevin şəxsi əzmi, qətiyyəti, siyasi iradəsi sayəsində Azərbaycan ötən 21 illik zaman kəsiyində böyük inkişaf yolu keçib. Milli maraqları qətiyyətlə təmin edilən ölkəmiz dünyada yüksək nüfuz sahibi olub. 

Bu gün Azərbaycan nəinki Cənubi Qafqazın aparıcı aktoru, həm də beynəlxalq arenada fəal rol oynayan qüdrətli ölkə kimi tanınır. Dövlətimizin balanslaşdırılmış siyasəti, parçalanmış dünyada bütün qütblərlə eyni məsafədə dayanmağı bacarması, qlobal məsələlərin çözümündə həlledici güc mərkəzi rolunu oynaması məhz Prezident İlham Əliyevin məharətli diplomatik siyasətinin nəticələridir. 

Regionda və dünyada baş verən geosiyasi prosesləri dərindən təhlil edən İlham Əliyev atdığı praqmatik addımları ilə ölkəmizə ardıcıl tarixi qələbələr qazandırıb.  


Milli hədəfə gedən yol


Ulu Öndər Heydər Əliyevin ən layiqli siyasi davamçısı olan İlham Əliyev ilk dəfə Prezident seçildiyi zaman andiçmə mərasimində Azərbaycan xalqına verdiyi bütün vədləri ötən zamanda ardıcıllıqla və dəqiqliklə yerinə yetirdi. 

Qısa zamanda sosial, iqtisadi, hərbi, ümumiyyətlə, bütün sahələrdə hərtərəfli inkişafa nail olan Azərbaycan əsl milli hədəfinə - Qarabağ Zəfərinə də çatdı.   

44 günlük Vətən müharibəsində "dəmir yumruğ"u ilə işğalçıları məhv edərək, həm də onlara himayədarlıq edən xarici gücləri yerlərində otuzduran Qalib Lider İlham Əliyev torpaqlarımızın 30 illik işğalına son qoydu. Qarabağ və Şərqi Zəngəzurdan didərgin salınan yüzminlərlə insanı məcburi köçkünlük adından qurtardı. 

Vətən müharibəsi bitəndən dərhal sonra işğaldan azad edilən torpaqlarımızda genişmiqyaslı tikinti-quruculuq işlərinə başlanıldı. Çox keçmədən "ağıllı kənd" konsepsiyası əsasında yenidən salınmış Zəngilanın Ağalı kəndinə köç ilə Böyük qayıdışa start verildi. 

Bu gün artıq Qarabağ və Şərqi Zəngəzura qayıdan keçmiş məcburi köçkünlərin, ümumiyyətlə isə, bu ərazilərdə yaşayanların sayı 34 mini ötüb.  


Azərbaycan adına qazanılan misilsiz qələbələr


Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət nəticəsində Qarabağda kök salmış separatizm məhv edildi. Xankəndidə bayrağımız dalğalandırılmaqla ölkəmizin suverenliyi tam təmin olundu.  

Əlləri xalqımızın qanına bulaşmış erməni hərbi cinayətkarlar qandallanaraq Azərbaycan qanunları ilə mühakimə edilmələri üçün Bakıya gətirildilər. 

Öz təbirincə desək, Prezident İlham Əliyevin bir tələbi ilə Qazax rayonunun dörd kəndi də azad edildi. Necə ki, Vətən müharibəsi zamanı kapitulyasiyaya imza atan düşmən Qalib Lider İlham Əliyevin tələbi ilə Ağdamı, Kəlbəcəri, Laçını bir güllə atılmadan, bir itki verilmədən qaytarmışdı, bu siyahıya Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri də əlavə olundu. 

Bu kəndlərin azadlığı həm də tarixi torpaqlarımızı qarış-qarış öz sahiblərinə qaytaran xilaskar lider İlham Əliyevin Azərbaycan adına qazandığı misilsiz zəfərlərdən biri oldu. 

İkinci Qarabağ müharibəsindən dərhal sonra Bakı İrəvana təkmil sülh modeli təklif edib. Xüsusilə 2024-cü ildə Azərbaycan ilə Ermənistan arasında masa arxasında heç bir vasitəçiyə ehtiyac görülmədən danışıqlar aparılması, delimitisaiya və demarkasiya işlərinə başlanılması regionda davamlı sülh üçün böyük zəmin yaradıb.


Qlobal dialoq ünvanı


Sülhü, tolerantlığı, multikultural dəyərləri daim təbliğ edən Azərbaycanın  sivilizasiyalararası dialoqların unikal ünvanı kimi tanınması da təsadüfi deyil. 

Dünyanın bir çox beynəlxalq qurumunda üzv dövlət kimi uğurla  təmsil olunan Azərbaycan bəşəri qərarların qəbuluna və icrasına da birbaşa töhfələr verir. Buna dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatının da məhz Azərbaycanın sədrliyi dövründə özünün ən uğurlu dövrünü yaşaması misaldır. 

Qeyd edək ki, bu yaxınlarda Azərbaycanın Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı yekdilliklə D-8 təşkilatının üzvü seçilməsi ölkəmizin növbəti diplomatik uğuru oldu. 

Yürütdüyü müstəqil və məqsədyönlü siyasət sayəsində ölkəmizi enerji, nəqliyyat qovşağına, sözün əsl mənasında dünyanın mərkəzinə, ümid ünvanına çevirən Prezident İlham Əliyevin səylərinin nəticəsi idi ki, COP29 kimi nüfuzlu tədbirin keçirilməsi də yekdil qərarla Azərbaycana həvalə olunmuşdu. 

"Mübaliğəsiz deyə bilərik ki, Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək", - deyə noyabrın 24-də etdiyi paylaşımda Prezident İlham Əliyev vurğulamışdı ki, COP29-un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət almaqdan qürur duyuruq.

Bəli, son iki onilliyə nəzər salanda görürük ki, Azərbaycan həm ölkə, həm də dünya miqyaslı xeyli uğurlar, qələbələr əldə edib. Bütün bu tarixi nailiyyətlər, zəfərlər isə heç şübhəsiz, Prezident İlham Əliyevin müstəqil, uzaqgörən və müdrik siyasətinin sayəsində qazanılıb.  


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Birinci vitse-prezident Mehriban Əliyeva Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə bağlı paylaşım edib  

00:41
31 Dekabr

Vüqar Qurbanov: Təyyarə qəzasında xəsarət alanlardan doqquzunun müalicəsi ev şəraitində davam edəcək

23:49
30 Dekabr

Səhiyyə naziri: Təyyarə qəzası nəticəsində xəsarət alan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilərək “Yeni klinika”ya yerləşdirilib 

23:33
30 Dekabr

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva 2 saylı Uşaq evi sosial xidmət müəssisəsində uşaqları ziyarət edib  

22:53
30 Dekabr

ABŞ-ın 39-cu Prezidentinin rəsmi dəfn mərasimi yanvarın 9-u keçiriləcək

22:14
30 Dekabr

Təyyarə qəzasında xəsarət alan üç nəfər Azərbaycana göndərilib

21:47
30 Dekabr

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar paylaşım edib

21:31
30 Dekabr

DİN işğaldan azad olunan ərazilərə səfər edən şəxslərə müraciət ünvanlayıb 

20:09
30 Dekabr

Dünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvilidən  

19:49
30 Dekabr

Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubbdan

19:41
30 Dekabr

Gürcüstanın yeni Prezidenti: Azərbaycan, Ermənistan və Türkiyə ilə əlaqələri gücləndirəcəyik  

18:52
30 Dekabr

Müdafiə Nazirliyinin rəhbər heyəti bayram ərəfəsində hospitalı ziyarət edib  

18:29
30 Dekabr

Leyla Əliyeva STEAM İnnovasiya Mərkəzini ziyarət edib  

18:18
30 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı

17:07
30 Dekabr

“AzerGold” QSC-nin rəhbərliyi Daşkəsəndə vətəndaşlarla növbəti görüş keçirib  

17:05
30 Dekabr

Türkiyə ilə sərhəddən nəqliyyat vasitələrinin gündəlik buraxılış qabiliyyətinin artırılması müzakirə olunub

17:02
30 Dekabr

Heydər Əliyev Beynəlxalq Aeroportunda ölkə ərazisinə külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb  

17:01
30 Dekabr

Ağdam Sənaye Parkından Gürcüstana məhsul ixrac olunub

16:46
30 Dekabr

İzmirdə İŞİD-lə əlaqəsi olmaqda şübhəli bilinən 16 nəfər saxlanılıb

16:02
30 Dekabr

Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq- Proqnoz

15:53
30 Dekabr

Qazaxıstan mediası Azərbaycan Prezidentinin müsahibəsini geniş işıqlandırıb

14:26
30 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!