08 Oktyabr 2026 13:19
224
CƏMİYYƏT
A- A+
Azərbaycanın itkin düşmüş şəxslər və mina problemi ATƏT PA-da diqqət mərkəzində olub 

Azərbaycanın itkin düşmüş şəxslər və mina problemi ATƏT PA-da diqqət mərkəzində olub 


ATƏT Parlament Assambleyasının Andorrada işini davam etdirən payız sessiyası çərçivəsində təşkil olunan “Parlamentlər etimadın möhkəmləndirilməsi vasitəsi kimi: ATƏT məkanında çoxtərəfliliyin müdafiəsi və ortaq öhdəliklərə riayət edilməsi” adlı sessiyada Avropada və dünyada aktual təhlükəsizlik məsələləri müzakirə edilib. Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Qaya Məmmədov sessiyada çıxış edib.

AZƏRTAC xəbər verir ki, Qaya Məmmədov çıxışında Azərbaycanın beynəlxalq hüquqa, BMT Nizamnaməsinə və Helsinki Yekun Aktına sadiq qaldığını vurğulayaraq, suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının ümumi təhlükəsizliyimizin təməlini təşkil etdiyini bildirib.

O, ATƏT-in ayırıcı xətləri aradan qaldırmaq məqsədilə yaradıldığını xatırladaraq, hazırda Avropada və dünyada meydana çıxan yeni ayırıcı xətlərin aradan qaldırılması istiqamətində dialoqun təşviqində ATƏT PA-nın üzərinə xüsusi məsuliyyət düşdüyünü qeyd edib.

Azərbaycanın müstəqil və balanslaşdırılmış xarici siyasət yürütdüyünü vurğulayan deputat ölkəmizin bütün tərəfdaşları ilə kommunikasiya kanallarını açıq saxladığını və imkan daxilində tərəflər arasında gərginliyin azaldılmasına töhfə verdiyini bildirib.

“Azərbaycan silahlı münaqişənin nə demək olduğunu öz təcrübəsindən yaxşı bilir. Biz dağıntıların, məcburi köçkünlüyün və insan faciələrinin şahidi olmuşuq. Bu təcrübə bizə münaqişənin həllinə hərtərəfli yanaşmanın zəruriliyini öyrədib. Silahların susması kifayət deyil. Münaqişədənsonrakı bərpa və yenidənqurma, insanların təhlükəsiz qayıdışı və itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi də mühüm əhəmiyyət daşıyır. Minalar hər bir münaqişənin ən ağır fəsadlarından biridir. Sülhün bərqərar olmasından uzun müddət sonra belə öz müharibəsini davam etdirən və insanların həyatına son qoyan silah kimi minalar sülhə ciddi təhlükə yaradır. 2020-ci ildə müharibənin başa çatmasından bəri 400-dən çox Azərbaycan vətəndaşı mina partlayışları nəticəsində həlak olub və ya xəsarət alıb”.

Çıxışda mina problemi ilə üzləşən ölkələrin bu problemin həllində tək buraxılmamalı olduğu vurğulanıb, dövlətləri Assambleyanın qəbul etdiyi sənədlərə uyğun olaraq humanitar minatəmizləmə fəaliyyətinə beynəlxalq dəstək məsələsini diqqət mərkəzində saxlamağa çağırış edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

 Xəzərin iki sahilini birləşdirən strateji tərəfdaşlıq  

15:44
08 Oktyabr

Beynəlxalq səyyahlar Şuşada YENİLƏNİB

15:32
08 Oktyabr

Şohin Talbakzoda: İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu mühüm platformaya çevrilib

15:23
08 Oktyabr

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb

15:11
08 Oktyabr

Bakıda itkin şəxslərin ekspertizası, molekulyar genetikası və DNT əsaslı identifikasiyası üzrə müzakirələr aparılıb  

15:01
08 Oktyabr

Azərbaycan-Vyetnam strateji tərəfdaşlığında media əməkdaşlığının rolu vurğulanıb

14:42
08 Oktyabr

Dmitri Peskov: MDB Zirvə görüşündən sonra Xəzər ekoloji sammiti keçiriləcək

14:21
08 Oktyabr

Ədəbiyyat üzrə Nobel mükafatına əsas namizədlərin adları açıqlanıb

14:16
08 Oktyabr

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub  

14:11
08 Oktyabr

Dünya səyyahı: Qarabağda müasir inkişaf və qədim tarixin vəhdətini görürük

14:02
08 Oktyabr

Azərbaycan və Mərkəzi Asiya ölkələri regional təhlükəsizliyi təmin etmək əzmindədir

13:51
08 Oktyabr

Sərdar Berdiməhəmmədov: Altıtərəfli format yeni əhəmiyyətli imkanlar açır  

13:42
08 Oktyabr

Malayziyalı professor: Bu gün Qarabağ azadlığın nemətindən bəhrələnir

13:40
08 Oktyabr

Sabah yağış yağacaq, bəzi yerlərdə duman olacaq

13:39
08 Oktyabr

Xocalı və Xocavənddə səyyar aqrar xidmətlər göstərilib  

13:39
08 Oktyabr

Şavkat Mirziyoyev: Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır  

13:37
08 Oktyabr

Rüfət Əliyev: Əldə etdiyimiz təcrübəni tərəfdaşlarla bölüşməyə və mütəxəssislərin hazırlanması layihələrinə dəstək verməyə hazırıq  

13:37
08 Oktyabr

Tacikistan Prezidenti: Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik

13:35
08 Oktyabr

DTX-nin baş idarə rəisi: Genetik Araşdırmalar Mərkəzinin laboratoriyasının ISO 20387 standartı üzrə akkreditasiyasına hazırlıq mərhələləri uğurla tamamlanıb  

13:35
08 Oktyabr

Qırğızıstan Prezidenti: Azərbaycanın sədrliyi birgə işimizə yeni təkan verəcək

13:26
08 Oktyabr

Yenidən doğulan Qarabağ və Şərqi Zəngəzur  

13:21
08 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!