18 İyun 2025 08:25
375
SİYASƏT
A- A+
Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında qeyri-hökumət təşkilatları fəallıqlarını artırırlar

Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında qeyri-hökumət təşkilatları fəallıqlarını artırırlar


Qərbi Azərbaycan İcması tərəfindən milli və beynəlxalq platformalarda Qərbi Azərbaycan məsələsinin tarixi, o ərazilərdən zorla köçürülən, deportasiya olunan insanların taleyi, islam dininə məxsus tarixi abidələrin, məscid və inanc yerlərimizin, mədəni-maarif müəssisələrinin məqsədli şəkildə məhv edilməsi, azərbaycanlıların yaşadıqları kəndlərin yandırılması, qarət edilməsi, günahsız və köməksiz insanların kütləvi şəkildə qətlə yetirilməsi təkzibolunmaz faktlar və arxiv materialları əsasında dünya ictimaiyyətinə çatdırılır. 

Artıq bu missiya  respublikamızın sərhədlərini aşaraq yaxın və uzaq xarici ölkələrdə də böyük əks-səda doğurur, ermənilərin işğalçılıq siyasəti pislənilir. Azərbaycanın beynəlxalq insan hüquqlarını müdafiə qanunlarına əsaslanan mövqeyi tərəqqipərvər insanlar tərəfindən dəstəklənir. 

Ümummilli Lider Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" 1998-ci il martın 26-da imzaladığı Fərmanında da bildirildiyi kimi, azərbaycanlılara qarşı soyqırımı əsrlər ərzində aparılıb və əsas məqsədi tarixi Azərbaycan ərazilərini ələ keçirmək olub.

Xatırladaq ki, soydaşlarımızın Qərbi Azərbaycandan ilk deportasiya dövrü 1905-1920-ci illəri əhatə edir. O zaman milli zəmində baş verən qanlı hadisələr nəticəsində həmin ərazidə mövcud olmuş 1000-ə yaxın Azərbaycan kəndi xəritədən tamamilə silinmişdir. Yüzminlərlə azərbaycanlının öldürüldüyü İrəvan quberniyasında vaxtilə əhalinin 80 faizindən çoxunu təşkil etmiş azərbaycanlılar artıq 1921-ci ildə həmin ərazidə etnik azlıq təşkil etməyə başlamışdır. 1948-1952-ci, 1987-1991-ci illərdə aparılmış etnik təmizləmə nəticəsində azərbaycanlılar tamamilə oradan qovulmuşdular. Hazırda bir nəfər də olsun azərbaycanlı indi Ermənistan adlanan o ərazidə qalmayıb və soydaşlarımıza məxsus mədəni irs tamamilə dağıdılıb. 1988-ci ildə baş vermiş son deportasiya hadisəsi isə əvvəlkindən fərqli amillərlə səciyyələnir. Bu deportasiya milli zəmində, Qərbi Azərbaycanda yaşayan 300 minədək həmvətənimizin öz doğma yurdlarından zorla qovulması ilə tarixə yazılıb. 

Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnmiş 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar növbəti hədəfləri dəf etmək üçün daha böyük imkanlar açmışdır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən və uğurlu siyasəti sayəsində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük yol qət edilmişdir. Azərbaycanlıların, o cümlədən Qarabağdan və Qərbi Azərbaycandan məcburi köçkün və qaçqın düşmüş vətəndaşlarımızın hüquqlarının müdafiəsi beynəlxalq müstəviyə  çıxarılmışdır. Dövlət başçısı Qərbi Azərbaycanın soydaşlarımızın tarixi torpağı olduğunu nüfuzlu beynəlxalq kürsülərdən bəyan etmişdir.

Bu gün Qarabağa və Şərqi Zəngəzura Böyük qayıdış həyata keçirilirsə, yaxın gələcəkdə Qərbi Azərbaycana da dönüşümüz real olacaq. İnam və qətiyyətlə hədəflərə, məqsədlərə doğru irəliləyən Azərbaycan hər bir vətəndaşının arzularını reallığa çevirməyi qarşısına məqsəd qoyub. Bu məsələdə Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələrinə əsasən Qərbi Azərbaycan İcması öz üzərinə düşən tarixi missiyanı uğurla yerinə yetirir. İcma Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün yorulmadan çalışır. 

Qarabağ və Şərqi Zəngəzurun bərpasını, quruculuğunu və məskunlaşdırılmasını strateji hədəflərin ilkin mərhələsi hesab edən İlham Əliyev növbəti mərhələni belə xarakterizə edib: "Bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. Mən əminəm ki, biz eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik".

İlham Əliyev Qərbi Azərbaycana qayıdışı milli ideyanın tərkib hissəsi elan etməklə, yalnız bu bölgənin insanlarını deyil, bütün xalqı bu mövzu ətrafında səfərbər edib. Bu mühüm məsələdə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, nümayəndəlikləri, diaspor təşkilatları, qeyri-hökumət təşkilatları xüsusi fəallıq göstərirlər. Bu sıradan ötən ayın ikinci ongünlüyündə Azərbaycanın İordaniya Haşimilər Krallığındakı səfirliyinin təşkilatçılığı və Qərbi Azərbaycan İcmasının dəstəyi ilə Əmman şəhərində "Qərbi Azərbaycan mədəni irsinin izi ilə" mövzusunda keçirilən elmi-praktiki konfransda  ətraflı bəhs edilib.  Konfransda Qərbi Azərbaycana aid maddi-mədəniyyət nümunələrindən ibarət "Qərbi Azərbaycan mədəniyyəti" adlı sərgi, həmçinin "Qərbi Azərbaycanın zəngin mədəni irsi" adlı videoçarx nümayiş etdirilib. 

Qərbi Azərbaycan tariximizin və milli-mənəvi irsimizin ayrılmaz parçasıdır. Soydaşlarımızın ata-baba yurdlarından zor gücünə çıxarılması danılmaz tarixi həqiqətlərdir.  Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, folkloru, coğrafiyası ilə bağlı materialların daha geniş şəkildə öyrədilməsi, elmi konfransların təşkili ilə tələbələrin bu məsələlərə daha çox cəlb olunması istiqamətində əməli addımlar atılır. Bu baxımdan Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə  rayonlarda, kənd və qəsəbələrdə maarifləndirmə işi aparılır, ictimaiyyət nümayəndələri, xüsusən də Qərbi Azərbaycanəsilli insanlarla görüşlər keçirilir, sənədlər toplanır.

Qərbi Azərbaycan İcması (QAİ) Ağsaqqallar Şurasının sədr müavini, Əməkdar elm xadimi, professor Vaqif Şadlinski bildirir ki, Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq hüquqa əsaslanan tələb və tövsiyələrinə rəğmən  Qərbi Azərbaycan İcması ictimaiyyətin dəstəyini daim gündəmə gətirməklə istər Bakıda, istərsə də respublikanın bölgələrində Qərbi Azərbaycan kökənli gənclərlə görüşlər keçirir.  Məsələn, Bakıda müəyyən elm və təhsil müəssisələrində, nazirlik və şirkətlərdə, eləcə də Naxçıvan, Gəncə, Sumqayıt, Şabran, Siyəzən, Bərdə, Tərtər, Şəmkir və digər rayonlarda görüşlər keçirib, bu proses hazırda davam edir. 

Bu sıradan olan məlumatlandırıcı tədbir İmişlidə də maraqla qarşılanıb. Qərbi Azərbaycan İcması və "Regional İnkişaf" İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə "Qərbi Azərbaycan: tarixin izi ilə" layihəsi çərçivəsində reallaşan bu görüş Qərbi Azərbaycan ilə bağlı faktların geniş ictimaiyyətə çatdırılmasında, xüsusilə gənclərin tarix və milli kimlik barədə məlumatlılığının artırılmasında əhəmiyyətlidir. Görüşdə həmçinin Qərbi Azərbaycan tarixi, coğrafiyası, mədəniyyəti, incəsənəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri və tarixi şəxsiyyətləri, toponimləri, folkloru, eləcə də Qərbi Azərbaycandan zorla çıxarılmış soydaşlarımızın öz doğma yurdlarına qayıtması istiqamətində ölkəmizin haqlı və ədalətli mövqeyi iştirakçıların diqqətinə çatdırılıb.

Xatırladaq ki, indiki Ermənistan ərazisində yaşamış azərbaycanlıların deportasiya tarixi 1820-1988-ci illər olmaqla böyük bir dövrü əhatə edir. Ötən bu dövr ərzində etnik təmizləməyə məruz qalan, yurd-yuvasını tərk etməyə məcbur edilən soydaşlarımızın əksəriyyəti hazırda Azərbaycanda yaşayır. Görüşlər zamanı vaxtilə erməni terroruna, erməni hiyləgərliyinə və qətliamlarına məruz qalmış ailələr, onların ailə üzvləri, törəmələri illərlə dədə-baba yurduna qayıdacaqları arzusu ilə yaşadıqlarını söyləyirlər. Erməni haqsızlığına etiraz əlaməti olaraq hətta Türkiyəyə, Almaniyaya, Gürcüstana, Qazaxıstana, Özbəkistana və digər ölkələrə köçənlər də çoxdur. Təkcə Türkiyə Cümhuriyyətində 1,5 mindən çox qərbi azərbaycanlı var və onlar Qərbi Azərbaycan İcmasının Qarsda yaradılmış ofisinə müraciət edərək ata-babalarının vaxtilə zorla qovulduqları o yurda qayıdışa hazır olduqlarını bildiriblər. Bu kimi tədbirlərin reallaşmasında, konfrans və sərgilərin keçirilməsində, tarixi arxiv sənədlərini əks etdirən kitab və broşürlərin nəşrində respublikamızda fəaliyyətdə olan qeyri-hökumət təşkilatlarının dəstəyi məmnunluq doğurur. Bu günlərdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi "Qərbi Azərbaycana qayıdış" mövzusunda icra edilən brifinqində bu barədə ətraflı açıqlamalar verib. Azərbaycan QHT-ləri beynəlxalq kürsülərdə - BMT-nin, ATƏT-in müxtəlif toplantılarında, xarici ölkələrdə bu mövzuda məsələlər qaldırıb, ictimai diskussiyalar açıb, yan tədbirlər təşkil etməyə nail olublar. Ümumilikdə bu tədbirlər ABŞ, Belçika, İspaniya, Rumıniya, Polşa, Türkiyə, Özbəkistan, Qazaxıstan kimi ölkələri əhatə edib. Qərbi Azərbaycana qayıdış istiqaməti üzrə QHT-lərin indiki miqyasda fəallığı heç vaxt olmayıb. Azərbaycanın vətəndaş cəmiyyəti təsisatları haqlı olaraq, bu mövzuya Qarabağ və Şərqi Zəngəzurun azadlığından sonra milli ideyanın yeni hədəfi  kimi yanaşır, bu ümumxalq arzusunu reallığa çevirmək üçün imkanlarını səfərbər edirlər. 

Yaxın günlərdə "Bizi Birləşdirən Mədəniyyət" İctimai Birliyinin icra etdiyi layihə çərçivəsində "Zəngəzur mahnısı" ictimaiyyətə təqdim olunacaq, radiolarda səslənəcək. Bu musiqi əsərini Azərbaycanın tanınmış sənətkarları ifa ediblər. Aşıqların konsert proqramları da Qərbi Azərbaycan nisgilini çatdıracaq. "Dədə Ələsgər Ocağı" İctimai Birliyinin "Ustad Ələsgərin Göyçə harayı - Vətənə sarı", "Ozan Dünyası" Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyinin "Aşıqlar Qərbi Azərbaycanı tərənnüm edir", Azərbaycan Aşıqlar Birliyinin "Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı" layihələri bu qəbildəndir. Bundan başqa, "Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım" İctimai Birliyi Özbəkistanda Qərbi Azərbaycan mövzusunda sərgi təşkil edəcək.

QHT-lərin layihələri çərçivəsində "Qərbi azərbaycanlıların Qars köçü" mövzusunda sənədli film də hazırlanır. Azərbaycan Ədəbiyyatı Fondu isə "Qərbi Azərbaycan əsərlərdə" layihəsi çərçivəsində yeni bədii əsərin təqdimatını edəcək.  "Elmi Araşdırmalar" İctimai Birliyinin "İrəvan: hər daşı tarix", "Dünya Gənc Türk Yazarlar" İctimai Birliyinin "Türk dünyasında Qərbi Azərbaycan mövzusu" və digər layihələr Qərbi Azərbaycanın maddi-mədəni irsinə qarşı vandalizmin hüquq müstəvisində və digər aspektlərdən qiymətləndirilməsinə töhfə verəcək. 

Ötən dövr ərzində  agentliyin "Qərbi Azərbaycana qayıdış" mövzusunda    layihələri çərçivəsində QHT-lər 200-dən çox məqalə, 15 kitab nəşr edib. "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin "İrəvan: tariximiz, torpağımız, taleyimiz", "Kainat" Milli-Mənəvi Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin "İrəvan: tarixi həqiqətlər və şəxsiyyətlər" kitabları bu qəbildəndir.

Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında, bu müqəddəs missiyanın kütləviləşməsində, coğrafiyasının genişlənməsində qeyri-hökumət təşkilatlarının fəallığı məmnunluq doğurur.


Rəhman SALMANLI,

 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!