11 Sentyabr 2025 08:15
678
SİYASƏT
A- A+
Azərbaycanın AQEM-ə sədrliyi regional əməkdaşlıq və institusional inkişafın yeni mərhələsidir

Azərbaycanın AQEM-ə sədrliyi regional əməkdaşlıq və institusional inkişafın yeni mərhələsidir


Müasir beynəlxalq münasibətlər sistemində regional təhlükəsizlik və inkişaf məsələləri gündəmin əsas istiqamətlərindən birinə çevrilib. Bu kontekstdə  regional əməkdaşlıq platformalarının rolu və onların yenidənqurma prosesləri xüsusi əhəmiyyət daşıyır. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) məhz belə təşəbbüslərdən biri kimi çıxış edərək, iştirakçı dövlətlər arasında qarşılıqlı anlayışın və etimadın gücləndirilməsi, təhlükəsizlik və dayanıqlı inkişaf sahələrində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atmaqdadır.

AQEM-in Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Çin Xalq Respublikasının aparıcı analitik qurumlarından olan Şanxay Beynəlxalq Araşdırmalar İnstitutunun (SIIS) birgə təşkilatçılığı ilə Bakıda keçirilən Beyin Mərkəzləri Forumunun 13-cü sessiyası bu prosesin elmi-analitik təhlilinə və gələcək inkişaf vektorlarının müəyyənləşdirilməsinə xidmət edir. "İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə" mövzusuna həsr olunmuş sessiya regionda əməkdaşlığın gücləndirilməsi, çoxtərəfli dialoqun təşviqi və davamlı idarəetmə modellərinin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. 

Yeri gəlmişkən Azərbaycan  bu gün qlobal miqyasda mühüm qərarların verildiyi, strateji təşəbbüslərin irəli sürüldüyü və nüfuzlu tədbirlərin keçirildiyi önəmli mərkəzə çevrilib. Ölkəmizdə regional və beynəlxalq səviyyəli mötəbər forumların təşkili artıq bir ənənə halını alıb. Bu ənənə təbii ki, Azərbaycanın artan beynəlxalq nüfuzunun və qlobal etimadın göstəricisidir. Təkcə bu ilin iyul ayında Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin dövlət başçılarının Zirvə görüşü belə tədbirlərin miqyasını və siyasi çəkisini bir daha nümayiş etdirdi. Qarşıda Azərbaycan yeni bir beynəlxalq tədbirə - Türk Dövlətləri Təşkilatının  (TDT) oktyabr ayında keçiriləcək Zirvə görüşünə evsahibliyi etməyə hazırlaşır. Bu, ölkəmizin türk dünyasında oynadığı aparıcı rolu bir daha təsdiqləyir. Üstəlik 2026-cı ildə həm BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının, həm də İslam Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısının Azərbaycanda keçirilməsi planlaşdırılır. Bütün bunlar Azərbaycanın qlobal məsələlərin müzakirə mərkəzinə çevrildiyi, beynəlxalq əməkdaşlığın təşviq edildiyi, sabitlik və dialoq platforması kimi qəbul olunduğunun əyani sübutudur.

Bu kontekstdə  Azərbaycanın 2024-2026-cı illərdə AQEM-ə sədrliyi ölkəmizin regiondakı proseslərə fəal şəkildə töhfə vermək, çoxtərəfli əməkdaşlığı təşviq etmək və təşkilatın gələcək inkişaf istiqamətlərinə yön vermək baxımından  çox əhəmiyyətlidir.  Qeyd edək ki, AQEM çərçivəsində fəaliyyət göstərən Beyin Mərkəzlərinin Forumunun koordinatoru Şanxayda yerləşən Beynəlxalq Əlaqələr İnstitutudur. Ona görə də adətən forumun sammitləri Şanxayda keçirilir. Amma ötən il Azərbaycanın təşəbbüsü ilə qərar qəbul olundu ki, forum Şanxaydan kənarda - Bakıda  keçirilsin. Bu, AQEM-in tarixində bir ilkdir.

Xatırladaq ki, AQEM  Asiya qitəsində təhlükəsizlik, etimad və əməkdaşlığın təşviqi məqsədilə yaradılmış çoxtərəfli platformadır. 1992-ci ildə Qazaxıstanın təşəbbüsü ilə əsası qoyulan qurum bu gün 28 üzv dövləti, 9 müşahidəçi ölkəni və bir neçə beynəlxalq təşkilatı bir araya gətirir. AQEM-in əsas funksiyası üzv ölkələr arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, hərbi şəffaflığın artırılması, inkişaf və humanitar əməkdaşlığın genişləndirilməsi, eləcə də təhlükəsizlik sahəsində çoxtərəfli dialoqun qurulmasıdır. Təşkilat  qarşılıqlı anlaşma və əməkdaşlıq prinsipləri üzərində təsis olunmuşdur. Onun çərçivəsində fəaliyyət göstərən Beyin Mərkəzləri Forumu isə analitik qurumlar arasında fikir mübadiləsi, siyasət təkliflərinin hazırlanması və regional çağırışların birgə dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. AQEM Asiyada müxtəlif ölkələr və regionlar arasında körpü rolunu oynamaqla, qitədə sülh və sabitliyin qorunmasına da töhfə verir.

Prezident İlham Əliyevin forum iştirakçılarına ünvanladığı təbrik məktubu Azərbaycanın AQEM çərçivəsində əməkdaşlığa verdiyi yüksək dəyəri və bu platformanın gələcək inkişafına göstərdiyi strateji yanaşmanı əks etdirir: "Biz sədrliyimiz dövründə AQEM-in təşkilati baxımdan gücləndirilməsi, onun beynəlxalq təşkilat kimi təsisatlanması, yeni sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi və təsisatın beynəlxalq münasibətlər sistemində öz yerini möhkəmləndirməsini prioritet olaraq müəyyənləşdirmişik. Eyni zamanda AQEM çərçivəsində Maliyyə Sammitinin keçirilməsini, Qadınlar Şurasının, Dayanıqlı Bağlantılar Şurasının, AQEM İqlim Şurasının yaradılmasını hədəf götürmüşük. Əminəm ki, nüfuzlu beyin mərkəzlərinin iştirakı ilə keçirilən hazırkı tədbir Azərbaycan sədrliyinin prioritetləri də daxil olmaqla AQEM-in gündəliyində duran qlobal əhəmiyyətli məsələlərin müzakirəsinə dəyərli töhfə verəcəkdir".

İlham Əliyevin Beyin Mərkəzləri Forumunun 13-cü iclasının iştirakçılarına müraciəti həqiqətən də ilhamvericidir və forumun əhəmiyyətini artırır. Bu mənada indiki toplantı xüsusi önəm daşıyır. Prezidentin təbrik məktubundakı fikirlər ölkəmizin AQEM çərçivəsində sədrliyinə sadəcə formal deyil, məzmunca yön verən, təşəbbüskar və uzaqgörən yanaşma sərgilədiyini göstərir. Dövlət başçısının AQEM-in təşkilati baxımdan gücləndirilməsi və beynəlxalq qurum kimi təsisatlanması istiqamətində irəli sürdüyü hədəflər, əslində platformanın gələcəkdə daha sistemli şəkildə fəaliyyət göstərməsinə yönəlmiş strateji çağırışdır.

Təbrikdə diqqətçəkən məqamlardan biri də Azərbaycanın yeni əməkdaşlıq sahələri üzrə təşəbbüslərlə çıxış etməsinə yönəlik fikirlərdir. Bir sözlə, Prezidentin nüfuzlu beyin mərkəzlərinin forumda iştirakına xüsusi önəm verməsi Azərbaycanın dünyada gedən proseslərə fəal şəkildə töhfə vermək niyyətinin bariz nümunəsidir.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyası ilə əlaqədar təşkilati tədbirlər və maliyyə məsələləri barədə əlavə Saziş"in təsdiq edilməsi haqqında

05:01
05 May

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 463 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında Əsasnamə"də və 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

05:01
05 May

Azərbaycan xalçaçılarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

05:00
05 May

“Azərbaycan Respublikasının Milli Yaşıl Taksonomiyası”nın təsdiq edilməsi haqqında

04:59
05 May

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında

04:58
05 May

“İstilik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında

04:57
05 May

bp, Xəzər dənizinin Azərbaycan sektorunda Qarabağ yatağının işlənməsi üzrə risk xidmət sazişinin əsasında fəaliyyət göstərən əməliyyat şirkəti kimi elan edir ki, iş proqramı çərçivəsində boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihə variantı Podratçı tərəflərin adından hazırlanıb və nəşr edilib.

04:45
05 May

Ukrayna mayın 6-nı atəşkəs elan edib

23:39
04 May

Leyla Əliyeva “Azərbaycan təbiətinin izi ilə” sərgisinin açılış mərasimində iştirak edib 

23:38
04 May

Rusiya atəşkəs elan edib

23:36
04 May

Tramp: İran Hörmüz boğazından keçən ABŞ gəmilərinə hücum edərsə, yer üzündən silinəcək

23:35
04 May

Qəbələdə keçirilən WUF13 Festivalında minlərlə sakin iştirak edib 

23:23
04 May

İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb

22:37
04 May

Prezident İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB 2 

22:05
04 May

Prezident İlham Əliyevin adından İtaliya Nazirlər Şurasının sədrinin şərəfinə işçi şam yeməyi verilib 

21:53
04 May

Premyer Liqa: "Qarabağ" qalib gəlib

21:49
04 May

“Spotify”da yeni dövr: Süni intellektə mükafat verilməyəcək  

21:36
04 May

Gürcüstan mediası Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin toplantısındakı çıxışından materiallar yayıb  

21:29
04 May

Tərk edilmiş “SpaceX” raketi Aya düşəcək

21:13
04 May

Gürcüstanda yaşayan Azərbaycan vətəndaşları üçün səyyar ASAN xidmət

21:03
04 May

İran ABŞ ilə yalnız münaqişəyə son qoyulmasını müzakirə etdiyini bildirib

20:57
04 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!