04 İyun 2026 11:31
341
İQTİSADİYYAT
A- A+
Azərbaycanda yüksək məhsuldarlığa malik cins heyvanların ümumi heyvandarlıq fondunda payı 4 dəfə artırılacaq  

Azərbaycanda yüksək məhsuldarlığa malik cins heyvanların ümumi heyvandarlıq fondunda payı 4 dəfə artırılacaq  


Yeni Dövlət Proqramında heyvandarlıq sektorunun inkişafı, məhsuldarlığın artırılması və müasir təsərrüfatçılıq modellərinin təşviqi xüsusi yer tutur.

AZƏRTAC xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn məsələlərə həsr olunmuş mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, beynəlxalq təcrübə və ölkənin mövcud potensialı göstərir ki, həyata keçiriləcək tədbirlər nəticəsində kənd təsərrüfatında məhsuldarlığın əhəmiyyətli dərəcədə artırılması mümkündür.

“Torpaq konsolidasiyası, müasir suvarma sistemlərinin genişləndirilməsi və resurslardan səmərəli istifadənin təmin olunması nəticəsində məhsuldarlığın 5-10 faiz artırılması üçün ciddi imkanlar mövcuddur. Bu isə həm daxili bazarın təminatına, həm də ixrac potensialının genişlənməsinə müsbət təsir göstərəcək. Dövlət Proqramında heyvandarlığın bütün əsas istiqamətləri üzrə inkişafı təşviq edən əlavə tədbirlər nəzərdə tutulub. Sənəd iribuynuzlu və xırdabuynuzlu heyvandarlığın, eləcə də quşçuluq sektorunun inkişafına yönəlmiş hədəfləri əhatə edir. Hazırda ölkədə yüksək məhsuldarlığa malik cins heyvanların xüsusi çəkisi ümumi heyvandarlıq fondunda nisbətən aşağı səviyyədədir. Yüksək məhsuldar cins heyvanların payı təxminən 5 faiz təşkil edir. Dövlət Proqramı çərçivəsində bu göstəricinin dörd dəfə artırılması nəzərdə tutulur. Bu yanaşma xüsusilə süd istehsalının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Proqram çərçivəsində mal əti istehsalının da təxminən 20 faiz artırılması hədəflənir. Bu məqsədlə ixtisaslaşmış təsərrüfatların yaradılması, müasir heyvandarlıq modellərinin tətbiqi və yem bazasının gücləndirilməsi istiqamətində tədbirlər həyata keçiriləcək. Xüsusilə yem sənayesinin inkişaf etdirilməsi və ixtisaslaşmış heyvandarlıq təsərrüfatlarının sayının artırılması məhsuldarlığın yüksəldilməsi üçün vacib şərtlərdən biridir. Bu istiqamətdə fermerlər üçün yeni təşviq mexanizmləri nəzərdə tutulur”, – deyə nazir müavini bildirib.

Zaur Əliyevin sözlərinə görə, Dövlət Proqramında kiçik ailə təsərrüfatlarının bazar imkanlarının genişləndirilməsi də xüsusi diqqətdə saxlanılır. Süd və digər heyvandarlıq məhsullarının emala cəlb olunmasını təşviq edən mexanizmlərin tətbiqi planlaşdırılır: “Kiçik ailə təsərrüfatlarından südün və digər məhsulların toplanması, emal müəssisələrinə çatdırılması və satış zəncirinə inteqrasiyası istiqamətində yeni dəstək alətləri formalaşdırılacaq. Həmçinin süd və yumurta toplama sistemlərinin inkişafı üçün dövlət dəstəyi tədbirləri nəzərdə tutulur. Proqram çərçivəsində iribuynuzlu heyvandarlıq sahəsində subsidiya və digər dəstək mexanizmlərinin tətbiqi də nəzərdə tutulur. Bu tədbirlər heyvandarlıq məhsullarının istehsalının artırılmasına, fermer gəlirlərinin yüksəlməsinə və ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edəcək”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“App Store” üçün yeni abunə modeli istifadəyə veriləcək

18:01
12 İyun

Ultra sürətli enerji doldurma stansiyalarının yaradılmasına başlanılıb

17:52
12 İyun

“RobotChallenge Azerbaijan 2026” Bakıda keçiriləcək  

17:44
12 İyun

May ayında meyvələr bahalaşıb, tərəvəzlər ucuzlaşıb

17:39
12 İyun

“Azərsun Holdinq” Şamaxıda BBQ Festivalına dəstək göstərir

17:29
12 İyun

“AzerGold” Çovdar emal sahəsinə infotur təşkil edib

17:21
12 İyun

Azərbaycanda bütün iribuynuzlu heyvanlar üçün elektron identifikasiya sistemi yaradılacaq

17:09
12 İyun

DSMF-nin sədri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib  

17:01
12 İyun

Emin Hüseynov: Aqrar sahədə yeni inkişaf modeli tətbiq olunur

16:46
12 İyun

Baş prokuror Nərimanov rayonunda vətəndaşların müraciətlərini dinləyib  

16:39
12 İyun

Müstəqilliyimizin xilaskarı və dövlətçiliyimizin təminatçısı

16:16
12 İyun

Azərbaycan–Çin əlaqələrinin inkişaf perspektivlərindən danışılıb

16:13
12 İyun

Dünya çempionatının fərdi mükafatları ictimaiyyətə təqdim olunub

16:05
12 İyun

TƏBİB tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlərə başlayıb

15:57
12 İyun

TANAP-ın istifadəyə verilməsindən 8 il keçir 

15:48
12 İyun

Qəbələdə zəlzələ olub

15:42
12 İyun

Beynəlxalq tədbirdə Azərbaycanda əlilliyi olan şəxslərin hüquqlarının təmini ilə bağlı görülən işlərdən danışılıb  

15:36
12 İyun

İsmayıllıda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib - YENİLƏNİB 

15:31
12 İyun

Bakıda keçirilmiş WUF13 Çin mediasında geniş işıqlandırılıb 

15:23
12 İyun

Britaniya iqtisadiyyatı İranla müharibənin təsirini hiss etməyə başlayıb

15:12
12 İyun

Qarabağ və Şərqi Zəngəzurda kənd təsərrüfatının 2026–2030-cu illər üzrə inkişafı müzakirə edilib - YENİLƏNİB

15:09
12 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!