04 Oktyabr 2024 11:40
577
SİYASƏT
A- A+
Azərbaycan və Rusiya Xəzər dənizinin dayazlaşması məsələsi ilə əlaqədar ikitərəfli işçi qrup yaradıb

Azərbaycan və Rusiya Xəzər dənizinin dayazlaşması məsələsi ilə əlaqədar ikitərəfli işçi qrup yaradıb

Azərbaycan və Rusiya tərəfindən Xəzər dənizinin dayazlaşması məsələsi ilə bağlı ikitərəfli işçi qrup yaradılıb.

Nazirlər Kabinetindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın və Rusiyanın aidiyyəti nazirliklərinin və qurumlarının, elmi-tədqiqat institutlarının nümayəndələrindən ibarət işçi qrup Xəzər dənizinin dayazlaşması ilə əlaqədar tədqiqatlar aparacaq.

Qrupun yaradılması haqqında qərar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin bu il avqustun 19-da keçirilmiş görüşünün yekunlarına əsasən qəbul olunub.

Görüş zamanı tərəflər arasında Xəzər dənizinin səviyyəsinin azalması ilə bağlı məsələlər müzakirə edilib.

Yüksək səviyyədə əldə olunmuş razılaşmaların icrası məqsədilə sentyabrın 17-də Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədrləri - Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk Xəzər dənizinin dayazlaşması problemini, dəniz səviyyəsinin dəyişməsi ilə bağlı gələcək ssenarilərin hazırlanması və müvafiq adaptasiya tədbirləri barədə variantları nəzərdən keçirib, həmçinin ikitərəfli işçi qrupun yaradılması barədə razılığa gəliblər.

Oktyabrın 2-də işçi qrupun tərkibi formalaşdırılıb. Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev və Rusiya Federasiyasının təbii sərvətlər və ekologiya nazirinin müavini Sergey Anopriyenko qrupun həmsədrləri təyin olunub.

İşçi qrupa Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Rusiya Federasiyasının Təbii Sərvətlər və Ekologiya Nazirliyinin, Azərbaycan və Rusiya Xarici İşlər nazirliklərinin, Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Coğrafiya, Geologiya və Geofizika institutlarının, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin, Rusiyanın Federal Su Ehtiyatları Agentliyinin, həmçinin iki ölkənin aidiyyəti qurumlarının və elmi-tədqiqat institutlarının nümayəndələri daxil edilib.

Birgə fəaliyyət formatı çərçivəsində mütəxəssislər tərəfindən Xəzər dənizinin səviyyə dəyişikliklərinin səbəblərinin araşdırılmasını, qısamüddətli və uzunmüddətli proqnozların hazırlanmasını, adaptasiya strategiyasını, su səviyyəsinin dəyişikliklərinin monitorinqini, birgə elmi tədqiqatların aparılmasını, həmçinin sahilyanı zonalara mənfi təsirləri azaltmağa yönəlmiş digər tədbirləri özündə əks etdirən Fəaliyyət Planı hazırlanacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pakistanın şimal-qərbində silahlıların hücumu nəticəsində 16 hərbçi həlak olub

16:07
21 Dekabr

Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı saziş imzalanıb

16:05
21 Dekabr

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiqlənib

15:49
21 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

15:46
21 Dekabr

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

DİN xəbərdarlıq edir: Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin!

12:04
21 Dekabr

Dünya birjalarında neft bahalaşıb

11:23
21 Dekabr

Cari ildə sürət həddinin aşılması ilə nəticələnən qəzalarda 344 nəfər həyatını itirib

10:58
21 Dekabr

Prezident İlham Əliyev almaniyalı həmkarına başsağlığı verib

10:58
21 Dekabr

“Vətəndaş – Vətən daşı” konsepti

10:52
21 Dekabr

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

10:39
21 Dekabr

FHN: Zəlzələlər nəticəsində ölkə ərazisində hər hansı dağıntı və ya insan xəsarəti olmayıb

09:52
21 Dekabr

“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

09:51
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!