11 Avqust 2024 08:05
642
SİYASƏT
A- A+
Azərbaycan və Mərkəzi Asiya iqtisadi inteqrasiyanı genişləndirir

Azərbaycan və Mərkəzi Asiya iqtisadi inteqrasiyanı genişləndirir

 

Prezident İlham Əliyevin Astana şəhərində Mərkəzi Asiya və Azərbaycan Respublikası dövlət başçılarının görüşündə iştirakı Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında iqtisadi və ticarət əməkdaşlığının dərinləşdirilməsi istiqamətində əhəmiyyətli addımların atılmasına imkan yaradır. 
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) AZƏRTAC-a verilən məlumata görə, görüşdə müzakirə olunan məsələləri şərh edən İİTKM Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Vüsalə Cəfərova bildirib ki, Azərbaycan və Mərkəzi Asiya xalqlarının tarixi qardaşlıq və strateji tərəfdaşlığı geoiqtisadi əməkdaşlığın inkişafına zəmin yaradır. Son dövrlər müşahidə olunan müntəzəm yüksəksəviyyəli səfərlər ölkələr arasında əlaqələri daha da möhkəmləndirir.
"TDAM rəhbərinin sözlərinə görə, Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında körpü rolunu oynayaraq regional və qlobal gücünü möhkəmləndirir, nəqliyyat və tranzit qovşağı kimi bölgədə əsas söz sahibinə çevrilir. Nəqliyyat sahəsində həyata keçirilən nəhəng layihələr, Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tona çatdırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması Orta dəhlizin əhəmiyyətini bir daha vurğulayır", - deyə Vüsalə Cəfərova vurğulayıb.
Vüsalə Cəfərova Mərkəzi Asiya ölkələri ilə ticarət əlaqələrinə də toxunaraq qeyd edib ki, təkcə Azərbaycanla Qazaxıstan arasında 2023-cü ildə ticarət dövriyyəsi təxminən 467 milyon dollar təşkil edib ki, bu da əvvəlki illərlə müqayisədə əhəmiyyətli bir artım idi: "Əsas ixrac məhsulları arasında Qazaxıstanın taxılı və Azərbaycanın nefti yer alır. 2023-cü ildə kənd təsərrüfatı sahəsində Qazaxıstan Azərbaycana 1 milyon tondan çox taxıl ixrac edib ki, bu da əvvəlki ilə nisbətən 20 faizlik artım deməkdir. Bu ticarət Azərbaycanın ərzaq təhlükəsizliyi və bazar sabitliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın "SOCAR" və Qazaxıstanın "KazMunayGas" şirkətləri arasında genişləndirilməkdə olan birgə müəssisələr Xəzər dənizi vasitəsilə neft ixracını artırmağı hədəfləyir və enerji təhlükəsizliyinin təminatı baxımından önəm kəsb edir. Qazaxıstan, Qırğızıstan və Özbəkistan ilə həyata keçirilən investisiya layihələri, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan və Azərbaycan-Özbəkistan birgə investisiya fondlarının yaradılması iri layihələrin reallaşdırılması baxımından təminat rolunu oynayır. Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə imzalanmış Əməkdaşlıq Memorandumu isə "yaşıl enerji" sahəsində əlaqələri möhkəmləndirəcək. Mərkəzi Asiya ölkələri ilə hazırda həyata keçirilən "Rəqəmsal İpək Yolu" layihəsi də region üçün böyük əhəmiyyətə malikdir. Bu layihə rəqəmsal infrastrukturun inkişafına, bu sahədə təhlükəsizliyin təmin edilməsinə, iqtisadi inteqrasiya və texnoloji inkişafın təşviqinə yönəlib".
TDAM rəhbəri əlavə edib ki, Prezident İlham Əliyevin Astana səfəri türkdilli dünyanın iqtisadi inteqrasiyası üçün mühüm əhəmiyyət kəsb edir. Enerji, nəqliyyat, müdafiə və rəqəmsal infrastruktur sahələrində əməkdaşlıq regionun iqtisadi və geosiyasi birliyini gücləndirmək üçün vahid strategiyanı əks etdirir. Bu inteqrasiya türkdilli dövlətlərin qlobal rəqabət qabiliyyətini artırmaq məqsədilə güclü iqtisadi blok yaratmağa xidmət edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibini qəbul edib YENİLƏNƏCƏK

11:46
15 Yanvar

Daşaltı Dövlət Təbiət Yasaqlığının sanitariya-mühafizə zonası təsdiqlənib  

11:45
15 Yanvar

“SİMA İmza” daha 3 platformaya inteqrasiya edilib

11:16
15 Yanvar

Azərbaycan neftinin qiyməti 84 dollardan aşağı düşüb

10:15
15 Yanvar

DİN: Ötən gün 110 cinayətin üstünün açılması təmin olunub

10:14
15 Yanvar

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Moldovadan ekstradisiya edilib

10:13
15 Yanvar

TƏBİB: 35 minə yaxın şəxs qrip əleyhinə peyvənd olunub  

10:13
15 Yanvar

Keçmiş məcburi köçkünlər üçün növbəti maarifləndirmə tədbiri keçirilib

09:59
15 Yanvar

Almaniya Ukraynaya yeni yardım paketi təqdim edib

09:48
15 Yanvar

Britaniyalı nazir: Təyyarə qəzasının hərtərəfli və müstəqil araşdırılması işində Azərbaycanı dəstəkləyirik  

09:46
15 Yanvar

Prezident Tokayev: Qazaxıstan Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunu inkişaf etdirmək niyyətindədir  

09:44
15 Yanvar

Cənubi Koreya Prezidenti həbs edilib YENİLƏNİB

09:42
15 Yanvar

Bakıda gənc hüquqşünaslar üçün “Lex Camp” düşərgəsinin açılışı olub

09:32
15 Yanvar

Smartfonların radiasiya təhlükəsindən necə qorunmaq olar

09:25
15 Yanvar

Alman partiyaları seçkilərə nə ilə gedir?

09:20
15 Yanvar

Sənət ocağının uğurlu layihələri davam edir 

09:15
15 Yanvar

Xalq rəssamının yaradıcılıq sehri

09:10
15 Yanvar

Orta dəhliz ortaq maraqlar marşrutudur

09:05
15 Yanvar

"Yaşıl sənaye"yə yaşıl işıq

09:00
15 Yanvar

Sağ ol Qazaxıstan, sağ ol qazax xalqı!

08:55
15 Yanvar

Paşinyanla bağlı şok iddia: "İstefaya hazırlaşır"

08:50
15 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!