20 Sentyabr 2024 21:41
1168
SİYASƏT
A- A+
Azərbaycan və Litva Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib

Azərbaycan və Litva Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib

Sentyabrın 20-də Vilnüs şəhərində Azərbaycan və Litva Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Litva nümayəndə heyətinə isə xarici işlər nazirinin müavini Yonas Survila rəhbərlik ediblər.

İclas zamanı iki ölkə arasında siyasi, iqtisadi, humanitar sahələrdə münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Bu xüsusda, yüksək səviyyəli qarşılıqlı səfərlərin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Eləcə də müqavilə-hüquq bazasının genişləndirilməsi, habelə parlamentlərarası əməkdaşlığın intensivləşdirilməsinin vacibliyi qeyd edilib.

Qarşılıqlı ticarət və sərmayələrin təşviqi, nəqliyyat, alternativ enerji, yüksək texnologiyalar, kənd təsərrüfatı, aqrosənaye sahələrində geniş əməkdaşlıq imkanların mövcudluğu vurğulanıb, iqtisadi əlaqələrin inkişafı üçün Azərbaycan-Litva hökumətlərarası komissiyanın fəaliyyətinin əhəmiyyəti qeyd olunub.

Münasibətlərin genişləndirilməsində humanitar sektorda, təhsil, mədəniyyət və turizm sahələrində mübadilələrin, xalqlararası təmasların gücləndirilməsinin də faydalı olduğu qeyd olunub.

Beynəlxalq gündəlikdə dayanan qarşılıqlı maraq daşıyan məsələlər, o cümlədən çoxtərəfli formatlarda əməkdaşlığın davam etdirilməsi də müzakirələrin diqqət mərkəzində olub. Qarşı tərəf bu ilin noyabrında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyasına (COP29) hazırlıq və görülən işlərlə bağlı məlumatlandırılıb.

Qarşı tərəfə postmünaqişə dövründə bölgədəki vəziyyət və Azərbaycanın davamlı sülhün bərqərar olunması istiqamətində atdığı konstruktiv addımlar, habelə işğaldan azad edilmiş ərazilərimizdə mina problemi və orada həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri barədə məlumat verilib.

Səfər zamanı F.Rzayev, həmçinin Litvanın digər rəsmi şəxsləri ilə görüşüb, eləcə də beyin və araşdırma mərkəzlərinin nümayəndələri ilə dəyirmi masa formatında keçirilən müzakirələrdə iştirak edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sağ ol Qazaxıstan, sağ ol qazax xalqı!

08:55
15 Yanvar

Paşinyanla bağlı şok iddia: "İstefaya hazırlaşır"

08:50
15 Yanvar

Azərbaycanın yeganə istəyi, məramı sülhdür

08:45
15 Yanvar

Ermənistanın Minsk qrupu ilə bağlı mövqeyi səmimi deyil

08:40
15 Yanvar

Paşinyan sülhsevər olduğunu əməldə göstərməlidir

08:35
15 Yanvar

Azərbaycanın ekoloji siyasətinin əsasında təmiz dünya qurmaq dayanır

08:30
15 Yanvar

Prioritet hədəf dəyişmir

08:25
15 Yanvar

Azərbaycan-BƏƏ əməkdaşlığı müasir çağırışlara cavab verir 

08:20
15 Yanvar

Sumqayıtlılar yenə fəaldırlar

08:15
15 Yanvar

Məntəqələr seçkilərə hazırdır

08:10
15 Yanvar

"Bu ərazilərə sanki atom bombası atılıb"

08:05
15 Yanvar

16 min 124 namizəd, 23 siyasi partiya, 69 minə yaxın müşahidəçi

08:00
15 Yanvar

"Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasport sahiblərinin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

01:58
15 Yanvar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 14 may tarixli 147 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi hərbi ixtisaslar üzrə vətəndaşların hazırlığını keçirən təhsil müəssisələrinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:57
15 Yanvar

Mərkəzi Seçki Komissiyasının 2025-ci il 8 yanvar tarixli iclas protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

01:56
15 Yanvar

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

01:56
15 Yanvar

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 12 yanvar 2025-ci il tarixli 4 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

01:55
15 Yanvar

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 13 yanvar 2025-ci il tarixli 5 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

01:55
15 Yanvar

Rusiyalı məşqçi Bakıya gəlir  

23:23
14 Yanvar

"Mingəçevir" klubu ilə ASTA arasında tərəfdaşlıq müqaviləsi imzalanacaq  

23:22
14 Yanvar

Somalidə 20 DEAŞ terrorçusu öldürülüb

23:20
14 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!