Azərbaycan sürətlə müasir sənaye ölkəsinə çevrilir
Ölkəmizdə sənayenin ÜDM-dəki payı 40 faizdən çox olduğu halda, dünya üzrə bu rəqəm 25 faizdən azdır
Dünyanın keçdiyi yola nəzər yetirdikdə görürük ki, bəşəriyyətin inkişafı ilk növbədə sənaye ilə bağlı olub. XX əsr isə bu sahədə özünün yüksəlişi ilə tarixdə qalıb. Ancaq bu sahənin daha yüksək səviyyəyə çatmasının indiki əsrdə olacağına şübhə yoxdur. Ötən əsrdə əldə edilən təcrübənin, elmin inkişafının sənayenin pik həddə çatmasına imkan yaratdığı üçün.
Azərbaycan müstəqilliyini bərpa etdikdən bugünəcən ölkəmizdə də sənayenin inkişafına xüsusi diqqət yetirilir. Artıq bu sahədə böyük uğurların qazanıldığını da söyləmək mümkündür. Məsələn, Azərbaycanın kosmik ölkə olması böyük uğurumuzdur. Cənubi Qafqaz ölkələrində istehsal olunan sənaye məhsullarının 80 faizinin bizim payımıza düşməsi də sıradan uğur deyil.
Prezident İlham Əliyev Azərbaycanı dünyanın inkişaf etmiş sənaye ölkələrindən birinə çevirməkdə qərarlıdır. Dövlət başçısının 6 yanvar 2021-ci il tarixli fərmanı ilə yaradılmış Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi də yeni reallıqlar şəraitində ölkəmizin mövqeyini gücləndirmək, qabaqcıl texnoloji imkanlardan maksimum yararlanmaq, bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlıq və koordinasiya həyata keçirmək məqsədinə xidmət edir. Mərkəz Azərbaycanın Dördüncü Sənaye İnqilabı sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığını və bu sahədə əlaqələndirməni, həmçinin rəqəmsal iqtisadiyyat üzrə çağırışların, təşəbbüslərin, strategiyaların və layihələrin təhlilini və koordinasiyasını həyata keçirir.
Söz düşmüşkən qeyd edək ki, 2020-ci il yanvarın 21-də İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda Prezident İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Azərbaycan Mərkəzinin yaradılması ilə bağlı niyyət protokolu imzalanmışdır. Beləliklə də Azərbaycanda Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Mərkəzi yaradılmışdır ki, bu da ölkəmizi rəqəmsal və texnoloji mərkəzə çevirmək imkanı verir.
Azərbaycan Mərkəzi MDB məkanında yaradılan ilk belə qurumdur. Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi 2021-ci il 1 aprel tarixdən yeni mərkəzin fəaliyyətini də koordinasiya edir. Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi Dünya İqtisadi Forumunun süni intellekt və maşın öyrənməsi, əşyaların interneti və şəhər transformasiyası, eləcə də rəqəmsal ticarət və iqtisadiyyat platformaları ilə əməkdaşlıq edir. Bu platformalar çərçivəsində iqtisadiyyatın bir çox sahəsində müxtəlif istiqamətlərdə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin müxtəlif ölkələrdə (Türkiyə, BƏƏ, İsrail, Yaponiya) yaradılmış mərkəzləri ilə sıx əməkdaşlığın qurulması və genişləndirilməsi üçün müəyyən işlər aparılır.
Dördüncü Sənaye İnqilabı fiziki, rəqəmsal və bioloji müstəvilər arasındakı sərhədlərin çulğalaşmasını təsvir etmək üsuludur. Bu, süni intellekt (AI), robototexnika, əşyaların interneti (IoT), 3D çap, gen mühəndisliyi, kvant hesablamaları və digər texnologiyalarda irəliləyişlərin birləşməsidir.
Azərbaycan qlobal çağırış və tendensiyalara adekvat cavab verən və postpandemiya dövründə yeni inkişaf trendlərinin tətbiqində ön sıralarda olmaqda qərarlıdır. Bu baxımdan ölkəmizdə rəqəmsal iqtisadiyyatın və texnologiyaların inkişafi üçün əlverişli infrastrukturun, o cümlədən Dördüncü Sənaye İnqilabının standartlarına uyğun şəraitin formalaşdırılması istiqamətində fəal iş aparılır.
Prezidentin köməkçisi, Azərbaycan Respublikası Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov ölkəmizdə Dördüncü Sənaye İnqilabının milli iqtisadiyyatına müsbət təsiri barədə bu günlər dərc edilmiş məqaləsində yazmışdır: "Dördüncü Sənaye İnqilabının əhatə etdiyi bio, fiziki və rəqəmsal texnologiyaların tətbiqinin genişlənməsi, insan kapitalının güclənməsi, idarəetmənin səmərəliliyinin yüksəlməsi, eyni zamanda bu ilin ilk altı ayında qeyri neft-qaz sektorunda əsas kapitala yönəldilmiş vəsaitlərin 18,5 faiz artması iqtisadi artımı şərtləndirən amillərdir. Xüsusən də qeyri neft-qaz sahəsində əsas fondlara yatırılan sərmayənin fiziki və mənəvi aşınmanı qarşılaması, əsas fondların verimliliyini yüksəldir ki, bu da iqtisadi artımın drayverinə çevrilir. Prezident İlham Əliyevin rəhbərliyi altında biznes mühitinin əlverişliliyinin yüksəldilməsi və dövlət təşviqlərinin verilməsi siyasəti ölkəyə sərmayə cəlbini və sərmayə qoyuluşunun səmərəliliyini artırır. Hazırda Azərbaycanda yeddi sənaye parkı - Sumqayıt Kimya, Balaxanı, Mingəçevir, Qaradağ, Pirallahı, Ağdam və Araz Vadisi İqtisadi Zonası sənaye parkları, eləcə də beş sənaye məhəlləsi - Hacıqabul, Masallı, Neftçala, Sabirabad və Şərur sənaye məhəllələri fəaliyyət göstərir. 2021-ci ildə 2,4 milyard manatlıq məhsul istehsalı ilə sənaye zonalarının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 15,5 faiz, qeyri-neft sənaye məhsullarının ixracında isə xüsusi çəkisi 30,8 faiz (959,3 milyon manatlıq ixrac) təşkil edib. Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 35-dən çox ölkəsinə ixrac edilir. Prezident İlham Əliyevin sənaye siyasətinin nəticəsində Azərbaycan Avropada sənayenin ÜDM-də xüsusi çəkisinə görə öndə gedən ölkələrdəndir. Dünya Bankının hesablamalarına görə, sənayenin ÜDM-də payı Azərbaycanda 40 faizdən çox olduğu halda, dünyada orta göstərici 24,8 faizdir".
Rüstəm KAMAL,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Bahar Muradova: Azərbaycanda qadınların rəqəmsal iqtisadiyyatda iştirakı artıb
11 Sentyabr
Rusiya XİN: Sərhədçilərimizin Ermənistandan çıxarılması onların təhlükəsizliyinə təsirsiz ötüşməyəcə...
11 Sentyabr
Fərid Qayıbov Çempionlar Liqasının qalibi olan "Birbaşa Bakı" komandası ilə görüşüb
11 Sentyabr
Türk dünyasının ortaq əlifbası qəbul edilib
11 Sentyabr
Türkiyə ordusu Suriya və İraqda əməliyyat keçirib, altı terrorçu öldürülüb
11 Sentyabr
Kahramanmaraşda yeni inşa edilən Heydər Əliyev adına məktəbin açılışı olub
11 Sentyabr
Aygün Əsədli: Mükafatları görəndə ən böyük kuboku qazanacağımı söylədim
11 Sentyabr
Fələstinli futbolçu və ailəsi Qəzzada həlak olublar
11 Sentyabr
Patriarx Kirill: Azərbaycan nümunəvi dövlətdir
11 Sentyabr
BMT-nin xüsusi təhlükəsizlik xidmətinin əməkdaşları COP29 görə Azərbaycana gələcək
11 Sentyabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Qüdrətli dövlət, güclü ordu, yüksək rifah11 Sentyabr 2024
İstək və arzu başqadır, həqiqət və reallıq isə bambaşqa!10 Sentyabr 2024
Ümumavropa qaz təchizatçısı08 Sentyabr 2024
Riyakarlıq xəstəliyi04 Sentyabr 2024
Xankəndidə seçki izdiham02 Sentyabr 2024
Azad və demokratik ənənənin təntənəsi31 Avqust 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!