10 Dekabr 2025 15:32
325
SİYASƏT
A- A+
Azərbaycan-Slovakiya münasibətləri strateji tərəfdaşlığa əsaslanır  

Azərbaycan-Slovakiya münasibətləri strateji tərəfdaşlığa əsaslanır  


Azərbaycan Prezidenti cənab İlham Əliyevin Slovakiya Respublikasına rəsmi səfəri iki ölkə arasında siyasi, iqtisadi və strateji tərəfdaşlıq əlaqələrinin yeni mərhələyə yüksəldilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu səfər həm tarixi xarakteri, - Azərbaycan Prezidentinin Slovakiyaya ilk rəsmi səfəri olması, - həm də müzakirə olunan fikir və layihələrin miqyası ilə fərqlənir. Səfər çərçivəsində keçirilən təkbətək və geniş tərkibli danışıqlar bir daha sübut etdi ki, Azərbaycan və Slovakiya qarşılıqlı etimada və dostluğa əsaslanan münasibətlər qurmuş, çoxşaxəli əməkdaşlıq istiqamətləri üzrə dinamik tərəfdaşlığa nail olmuşlar. İmzalanmış sənədlər və aparılan müzakirələr iki ölkə arasında əməkdaşlığın enerji, nəqliyyat, müdafiə sənayesi, informasiya texnologiyaları və digər sahələr üzrə daha da genişlənməsi üçün möhkəm zəmin yaratmışdır.


Səfərin siyasi və diplomatik əhəmiyyəti

Səfər zamanı keçirilən görüşlərdə Azərbaycan Prezidenti İlham Əliyev və Slovakiya Prezidenti Peter Pelleqrini iki ölkə arasında dostluq və qarşılıqlı etimada əsaslanan münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini vurğulamışlar. Liderlər son illərdə imzalanmış sənədlərin, xüsusilə də Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin münasibətləri ən ali diplomatik mərhələyə yüksəltdiyini qeyd etmişlər. Prezident İlham Əliyev çıxışında bu sənədin ikitərəfli əlaqələrin bütün istiqamətlərində fəallaşmaya səbəb olduğunu, birgə komanda işinin artıq real nəticələr verdiyini xüsusi vurğulamışdır.


Energetika sahəsində strateji əməkdaşlıq

Azərbaycan-Slovakiya münasibətlərində enerji sahəsi strateji xətt kimi ön plana çıxır. Prezident İlham Əliyev Slovakiyaya Azərbaycan qazının ilk dəfə ötən il tədarük edildiyini xatırladaraq bildirmişdir ki, Azərbaycanın enerji imkanları Slovakiyanın tələbatını istənilən həcmdə təmin etməyə tam imkan verir. Hazırda Azərbaycanın illik qaz ixracı 25 milyard kubmetrə çatmış, bunun yarısı Avropa İttifaqına nəql edilir. Bu gün Azərbaycanın təbii qazını satın alan Avropa ölkələrinin sayı səkkizə çatmışdır və bu, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaş olduğunu göstərir.

Dövlət başçısı əlavə etmişdir ki, yeni qaz yataqlarının istismara verilməsi Azərbaycanın enerji ixrac imkanlarını daha da genişləndirəcək və Slovakiya ilə yanaşı, onun regiondakı tərəfdaşlarının da enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfə verəcəkdir.


Müdafiə sənayesində əməkdaşlıq - texnologiya və kapital sintezi

Səfərin önəmli istiqamətlərindən biri müdafiə sənayesi sahəsində əməkdaşlığın müzakirəsi olmuşdur. Prezident İlham Əliyev qeyd etmişdir ki, bu əməkdaşlıq müharibə məqsədi daşımır, əksinə, sənaye tərəqqisini sürətləndirməyə, Slovakiya texnologiyalarını Azərbaycan maliyyə imkanları ilə birləşdirərək innovativ məhsullar istehsal etməyə yönəlib. Hər iki ölkənin şirkətləri artıq konkret layihələr üzərində işləyir və bu məhsulların gələcəkdə dünya bazarlarına çıxarılması nəzərdə tutulur.

Prezident İlham Əliyev 8 noyabr - Zəfər Gününün beşinci ildönümündə Slovakiyanın yüksək səviyyədə təmsil olunmasını xüsusi qiymətləndirərək bu addımı Slovakiya dövlətinin Azərbaycana olan səmimi münasibətinin göstəricisi kimi dəyərləndirmişdir.


Nəqliyyat və logistika sahəsində əməkdaşlıq - Orta Dəhlizin imkanları

Görüşlər zamanı Azərbaycanın Şərqlə Qərb arasında etibarlı tranzit ölkəsi kimi oynadığı rol da xüsusi vurğulanmışdır. Prezident İlham Əliyev bildirmişdir ki, Azərbaycanın təşəbbüskarı və fəal iştirakçısı olduğu Orta Dəhliz bu gün ən təhlükəsiz və səmərəli nəqliyyat marşrutlarından biridir. Ölkəmiz son illərdə nəqliyyat infrastrukturlarına böyük sərmayələr yatırmış və bu xətt üzrə tranzit imkanlarını genişləndirmişdir. Qarşıdakı illərdə logistika sahəsinə yönələcək yeni sərmayələr Azərbaycan-Slovakiya əməkdaşlığının bu istiqamətdə də genişlənməsinə şərait yaradacaq.


Rəqəmsal inkişaf, informasiya təhlükəsizliyi və data mərkəzləri

Səfər zamanı informasiya texnologiyaları üzrə əməkdaşlıq məsələləri də müzakirə edilib. Prezident İlham Əliyev Azərbaycanın böyük enerji potensialını və ölkənin soyuq iqlimli bölgələrinin data mərkəzlərinin qurulması üçün əlverişli şərait yaratdığını bildirərək, gələcəkdə Azərbaycanın regional məlumat mərkəzi rolunu oynaya biləcəyini qeyd etmişdir. Hazırda istifadə olunmayan 2 giqavatlıq enerji potensialının yaxın beş ildə 8 giqavata çatdırılması bu sahədə geniş əməkdaşlıq perspektivlərinin mövcud olduğunu nümayiş etdirir. Slovakiya şirkətləri ilə birgə fəaliyyət bu istiqamətdə yeni imkanlar açacaq.


Siyasi münasibətlərdə qarşılıqlı hörmət və dəstək

Prezident İlham Əliyev Slovakiyanın müstəqil xarici siyasət yürütməsini yüksək qiymətləndirərək bildirmişdir ki, bu mövqe ölkənin beynəlxalq nüfuzunu artırır və regionumuzda hörmətlə qarşılanır. Bununla yanaşı, iki ölkə arasında siyasi dialoq və qarşılıqlı anlaşma gələcək illərdə daha da dərinləşəcəkdir.

Beləliklə, Slovakiya Respublikasına rəsmi səfər Azərbaycan-Slovakiya münasibətlərində yeni bir siyasi, iqtisadi və strateji mərhələnin başlanğıcı kimi böyük əhəmiyyət daşıyır. Səfər çərçivəsində aparılan danışıqlar enerji, müdafiə sənayesi, logistika, nəqliyyat, rəqəmsal inkişaf, informasiya təhlükəsizliyi və başqa sahələrdə əməkdaşlığın uzunmüddətli və davamlı inkişafına güclü təkan vermişdir. Slovakiyanın yüksək səviyyəli qonaqpərvərliyi, siyasi dəstəyi və tərəflərin qarşılıqlı iradəsi əlaqələrin gələcəkdə daha da dərinləşəcəyindən xəbər verir. Prezident İlham Əliyevin Slovakiya Prezidenti Peter Pelleqrinini Azərbaycana rəsmi səfərə dəvət etməsi isə bu münasibətlərin möhkəmlənməsinin növbəti mühüm addımı kimi qiymətləndirilir.

Bu səfər iki dost və strateji tərəfdaş ölkənin çoxşaxəli əməkdaşlığının yeni inkişaf mərhələsinə qədəm qoyduğunu təsdiqləyən tarixi hadisə kimi yadda qalacaq.

Siyavuş NOVRUZOV,

Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kir Starmer Trampın Sülh Şurası təşəbbüsündən uzaqlaşır  

00:24
21 Yanvar

Çempionlar Liqası: “Ayntraxt” “Qarabağ”la oyun üçün Bakıya gəlib  

00:23
21 Yanvar

Ankarada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb  

23:16
20 Yanvar

Burhanettin Duran: 20 Yanvar Azərbaycan xalqının istiqlal iradəsinin təzahürüdür  

23:14
20 Yanvar

Prezident İlham Əliyev Davosda Qətərin Baş naziri və xarici işlər naziri ilə görüşüb  

23:11
20 Yanvar

Denis Şmıqal: Azərbaycanın yardımı Ukraynanın enerji dayanıqlılığını gücləndirəcək  

23:10
20 Yanvar

Romada 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib  

23:09
20 Yanvar

Xorvatiyada 20 Yanvar faciəsi ilə əlaqədar tədbir keçirilib  

23:05
20 Yanvar

Ukraynanın Baş naziri: Davamlı dəstəyinə görə Azərbaycana təşəkkür edirik  

23:03
20 Yanvar

Bakıda qarlı hava şəraiti səbəbindən bəzi küçələrdə nəqliyyatın hərəkəti çətinləşib  

23:02
20 Yanvar

“Euronews” 20 Yanvar faciəsinin ildönümü ilə bağlı material hazırlayıb  

22:51
20 Yanvar

Filarmoniyada 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə anım mərasimi keçirilib  

22:37
20 Yanvar

Psixologiya Elmi Tədqiqat İnstitutunda 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş görüş keçirilib

22:34
20 Yanvar

Bakı–Şamaxı–Yevlax yolunda qarlı və şaxtalı hava: yollar fasiləsiz təmizlənir, sürücülərə ehtiyatlı olmaq tövsiyə edilir  

22:31
20 Yanvar

Prezident İlham Əliyev Davosda “BlackRock”un baş icraçı direktoru və “Global Infrastructure Partners” şirkətinin təsisçisi, sədri və baş icraçı direktoru ilə görüşüb

22:25
20 Yanvar

Serbiya Prezidenti: İlham Əliyev böyük, dahi liderlərdən biridir

20:45
20 Yanvar

Avropa Parlamenti ABŞ ilə ticarət sazişinin ratifikasiyasını dayandırıb  

20:45
20 Yanvar

Misir mətbuatı 20 Yanvar faciəsinin ildönümü barədə yazıb  

20:44
20 Yanvar

Prezident İlham Əliyev Davosda “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasında iştirak edib YENİLƏNƏCƏK

20:43
20 Yanvar

Prezident İlham Əliyev: Bu gün Azərbaycan-Ermənistan, eləcə də Türkiyə-Ermənistan yaxınlaşması paralel olaraq keçirilir

20:42
20 Yanvar

Praqada 20 Yanvar faciəsinə həsr olunan anım mərasimi keçirilib  

20:41
20 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!