08 Avqust 2024 10:08
123
CƏMİYYƏT
A- A+

Azərbaycan skautları Qazaxıstandakı beynəlxalq toplantıda iştirak edirlər


Qazaxıstanın Akmola vilayətində "Nomads camp 2024" Beynəlxalq Skaut Toplantısının təntənəli açılış mərasimi keçirilib. 
AZƏRTAC xəbər verir ki, təbiətdə istirahət etmək üçün 10 ölkədən - Azərbaycan, Yaponiya, Rusiya, Almaniya, Niderland, Filippin, Pakistan, Cənubi Koreya, ABŞ və İsveçdən skaut dəstələri Qazaxıstana gəliblər.
Görüşün əsas ideyası gənclərin mədəniyyətlərarası dialoq qurmaqdan ibarətdir. Bir həftə ərzində skautlar köçəri həyat tərzi şəraitində yaşayacaqlar. İlk növbədə, komandalar özləri yurtalarını qurmalı olacaqlar. Yeddi gün ərzində onlar, həmçinin qazax milli mətbəxinin, xalq sənətkarlığının əsaslarını öyrənəcəklər.
Bundan əlavə, etno-düşərgə sakinləri üçün maneələr zolağı, kəndir parkı, oxatma dərsləri və milli oyunlar hazırlanıb.
Proqramda iştirakçı ölkələrin interaktiv meydançaları da nəzərdə tutulub ki, burada hər komanda öz ölkəsinin mədəniyyətini nümayiş etdirəcək. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video