25 İyun 2026 11:02
142
İDMAN
A- A+
Azərbaycan şahmatçısı: Valideynlərim də Karlsenə qalib gələcəyimi gözləmirdi

Azərbaycan şahmatçısı: Valideynlərim də Karlsenə qalib gələcəyimi gözləmirdi

Honkonqda keçirilən rapid və blits üzrə komandalararası dünya çempionatında iştirak edən “Odlar Yurdu” komandasının şahmatçısı Aydın Süleymanlı Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə açıqlama verib.

AZƏRTAC xəbər verir ki, beynəlxalq qrosmeyster komandanın çıxışı barədə bunları deyib: “Reytinqə görə yarışda 16-cı komanda olmağımıza baxmayaraq pis təsir bağışlamadıq. Həm rapid, həm də blitsdə gözləniləndən daha yaxşı çıxış etdik. Rapid yarışında güclü heyətə malik “WR Chess” komandasına qalib gəldik. Blitsdə qrupdan çıxdıq, amma Özbəkistanla mübarizədə bəxt tərəfimizdə olmadı. İkinci oyunda 2,5-3,5 hesabı ilə uduzduq, halbuki qələbə qazana bilərdik. Ümumilikdə nəticəni qənaətbəxş hesab edirəm”.

Azərbaycan millisinin üzvü FIDE reytinqində birinci yerin sahibi Maqnus Karlsenlə oyunu heç vaxt unutmayacağını bildirib: “Turnirdən əvvəl kapitanımız Rauf Məmmədovla danışanda birinci lövhədə oynamaq istədiyimi söylədim. Çünki dünya çempionu Maqnus Karlsenə qarşı mübarizə aparmaq istəyirdim. Fikrimcə, hər bir şahmatçının arzusudur ki, Karlsenə qarşı oynasın. Mən arzuma çatdım, hətta qalib də gəldim. Maqnus çox böyük şahmatçıdır, ona qalib gəlmək bəzi insanlar üçün imkansızdır. Əvvəllər mən də mümkünsüz kimi düşünürdüm, lakin qələbə qazanmağı bacardım. Bu anı və oyunu heç vaxt unutmayacağam.

Maqnus şahmat tarixinin ən güclü təmsilçisidir. 90 faiz insanlar bu fikirdədir. Karlsenə qarşı istənilən oyunda mübarizə aparmaq çox çətindir. Rapid oyununda vaxt azaldıqca şanslar tükənir. Ona görə bu qələbə özümə daha çox inanmağa kömək etdi. Maqnusla oyundan sonra digər rəqiblərə başqa fikirlə yanaşıram. Növbəti oyunlarda şanslarımı daha çox dəyərləndirəcəm”.

Aydın Süleymanlı sonda hamıya minnətdarlığını bildirib: “Mənə dəstək olan, xoş sözlər yazan hər kəsə təşəkkür etmək istəyirəm. Hər yarışdan öncə ailə üzvlərimə birinci olacağımı söyləyirəm. Çünki onlar ilk gündən məni dəstəkləyir və uğuruma inanırlar. Fikrimcə, valideynlərim də Maqnusa qalib gələcəyimi gözləmirdi”.

Qeyd edək ki, Aydın Süleymanlı 2-5 iyul tarixlərində ABŞ-də keçiriləcək rapid və blits turnirində iştirak edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Aşura günü ilə bağlı könüllü qanvermə aksiyası davam edir

11:13
25 İyun

“Dövlətin və təsərrüfat subyektlərinin mənafelərinin müdafiəsində auditin rolu” mövzusunda beynəlxalq konfrans işə başlayıb

11:12
25 İyun

İƏT ölkələri Bakı Bəyannaməsi ilə ortaq mövqelərini ortaya qoyublar

11:09
25 İyun

Dövlət Komitəsinin sədr müavini: Aşura günü qanvermə aksiyasında iştirak edənlərin sayı ilbəil artır

11:08
25 İyun

Toxumçuluq sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı elektron qaydada aparılacaq

11:05
25 İyun

İƏT Parlament İttifaqı komitələrinin hesabatları qəbul olunub

11:04
25 İyun

Qızılın qiyməti son 7 ayın ən aşağı səviyyəsindədir

11:03
25 İyun

Azərbaycan şahmatçısı: Valideynlərim də Karlsenə qalib gələcəyimi gözləmirdi

11:02
25 İyun

İctimai Şuranın sədri: Aşura günü keçirilən qanvermə aksiyaları Azərbaycanda xeyirxah ənənəyə çevrilib

10:59
25 İyun

Roda Arrindell: Bakı Təşəbbüs Qrupu dekolonizasiya prosesinə sadiqdir

10:53
25 İyun

Qızılın bir troya unsiyasının qiyməti 3 997 dollara enib

10:52
25 İyun

Dünya birjalarında neft ucuzlaşıb

10:51
25 İyun

Azərbaycan nefti 76 dollara satılıb

10:50
25 İyun

Çarlz Vudli: Müxtəlif xalqların bir araya gələrək ortaq problemləri müzakirə etməsi böyük əhəmiyyət daşıyır

10:48
25 İyun

ABŞ Müsəlman Təşkilatları Şurasının baş katibi: Hələ də doğma yurduna qayıtmaq hüququndan məhrum olan azərbaycanlılar var

10:47
25 İyun

“Sikh Federation International”: Azərbaycan Qlobal Cənub üçün müzakirələrin aparıldığı beynəlxalq mərkəzə çevrilir

10:15
25 İyun

Həştərxan vilayətinin vitse-qubernatoru Fəxri xiyabanı ziyarət edib

10:14
25 İyun

“Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib

10:10
25 İyun

Şuşaya yola düşən Zaur Xanəliyev: Bundan sonra övladlarımızı doğma torpaqlarımızda böyüdəcəyik

10:06
25 İyun

Keçmiş məcburi köçkün: Dövlətimizə minnətdaram ki, bizə bu sevinci yaşatdı

10:04
25 İyun

Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl, Xocalı və Ağdərəyə növbəti köç karvanları yola salınıb

10:02
25 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!