18 Oktyabr 2023 00:50
2982
Məktublar
A- A+
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə 

 

Qərbi Azərbaycan İcmasının təbriki

 

Möhtərəm cənab Prezident!
Zati-alinizin rəhbərliyi altında tarixinin ən güclü dövrünü yaşayan Azərbaycan ötən 20 il ərzində böyük inkişaf və tərəqqi yolu keçmişdir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin söylədiyi "Azərbaycan dünyaya günəş kimi doğacaq" sözləri öz həqiqi təsdiqini tapmışdır. Sizin müdrik uzaqgörənliklə yaratdığınız bugünkü müasir Azərbaycan on illər ərzində həllini gözləyən problemləri geridə qoyaraq öz suverenliyinə və ərazi bütövlüyünə qovuşmuş, dünya birliyində öz layiqli yerinə ucalmışdır.
Ölkəmizdə bütün sahələrdə əldə olunan tarixi uğurların hər biri zati-alinizin gərgin zəhmətinin və titanik əməyinin bəhrəsi olmuşdur. Regionların sosial-iqtisadi inkişafından başlayan yol Azərbaycanın təkcə bölgələrinin tərəqqisinə deyil, hər bir azərbaycanlının rifahının yaxşılaşmasına, onun mənəvi baxımdan yenilənməsinə, zənginləşməsinə və nəhayət, qalib dövlətin vətəndaşına çevrilməsinə gətirib çıxarmışdır.
Son illərə qədər bir milyondan artıq qaçqın və məcburi köçkünün vətəni olan Azərbaycan rəhbərliyiniz altında qüdrətli dövlət kimi öz çətinliklərinin öhdəsindən gələ bilmiş və ərazi bütövlüyünə qovuşmaq, hər bir vətəndaşının hüquqlarını təmin etmək üçün başlanan haqq savaşını Zəfərlə sona çatdırmışdır. Bunun nəticəsində yüz minlərlə vətəndaşımızın doğma vətənə qovuşmaq arzusu reallaşmışdır.
Uzun müddət ərzində Qarabağda mövcud olmuş cinayətkar xunta rejimi zamanında verdiyiniz müdrik qərarla həyata keçirilən antiterror tədbirləri nəticəsində məhv edilmiş və Azərbaycanın ay-ulduzlu bayrağı zati-aliniz tərəfindən Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə ucaldılmışdır.
Möhtərəm cənab Prezident!
Zati-aliniz ölkənin iqtisadiyyatını, sənayesini, ordusunu, insan potensialını davamlı şəkildə inkişaf etdirərək məqsədyönlü şəkildə bizi bugünkü əzəmətli Azərbaycanın vətəndaşı olmağa hazırlamışdır. Siz Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixi və dövləti üçün olduqca böyük əhəmiyyət kəsb edən vəsiyyətini yerinə yetirərək ölkəmiz və insanlarımız üçün yeni yol xəritəsi müəyyənləşdirmisiniz.
Əminik ki, Ermənistan tərəfindən onilliklər boyu soyqırımı, deportasiya və təhdidlərə məruz qalmış, bu gün təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində yaşayan yüz minlərlə azərbaycanlının doğma vətəninə qayıtmaq hüququnun təmin edilməsi üçün başlatdığınız yeni haqq savaşı bizi daha böyük hədəflərə çatdıracaqdır. Zati-alinizin Müzəffər Ali Baş Komandan kimi bu məsələdə ortaya qoyduğu prinsipial mövqe, xüsusilə 24 dekabr 2022-ci ildə Qərbi Azərbaycan İcmasının inzibati binasında icma üzvləri ilə keçirdiyiniz görüş məsələnin önəmindən xəbər verir.
Siz Qərbi azərbaycanlıların hüquqlarının bərpa olunmasına və onların öz doğma torpaqlarına qayıtmasına möhkəm və birmənalı dəstəyinizi ifadə edərək hər bir azərbaycanlının Prezidenti olduğunuzu bir daha isbat etmisiniz. İdeyanız əsasında hazırlanan Qərbi Azərbaycana Qayıdış Konsepsiyası bu gün planlı şəkildə həyata keçirilir və bizi öz vətənimizə qayıdacağımız müqəddəs günə yaxınlaşdırır.
Rəhbərliyiniz altında ölkəmizin regionun önəmli güc mərkəzinə çevrilməsi, əldə edilən nailiyyətlərin miqyasının böyüklüyü, dünya birliyində davamlı yüksələn mövqeyimiz bizi daha işıqlı və xoşbəxt gələcək gözlədiyindən xəbər verir. Biz gələcəyə Prezident, Qalib Sərkərdə və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında getməkdən böyük qürur və fəxarət duyuruq.
Dərin hörmətlə,

Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərov,
Müşahidə Şurasının sədri, AMEA-nın müxbir üzvü Misir Mərdanov,
Nəzarət-Təftiş Komissiyasının sədri, professor 
Vahid Novruzov,
Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov,
Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı,
Ziyalılar Şurasının sədri, professor 
Elxan Hüseynov,
Gənclər Birliyinin sədri, Milli Məclisin deputatı 
Ramin Məmmədov,
Qəyyumlar Şurasının sədri 
Mürvət Həsənli

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan üzərindən daşınan tranzit yüklərin həcmi artır

08:45
17 Dekabr

BP və ADA Universitetinin birgə sosial layihəsi uğurla yekunlaşdı

08:43
17 Dekabr

Ölkəmizin enerji sektorunda daha bir yenilik

08:40
17 Dekabr

Böyük futbol Azərbaycana gəlir

08:35
17 Dekabr

Ermənistanda revanşistlərin siyasi dayaqları yoxdur

08:30
17 Dekabr

Avropa İttifaqı yenidən sülhə qarşı

08:25
17 Dekabr

Misri qılıncdan döyüş PUA-larınacan

08:20
17 Dekabr

Doktorantların və gənc tədqiqatçıların XXVIII Respublika elmi konfransı (NASCO XXVIII) başlayıb

08:15
17 Dekabr

Əmək Məcəlləsi təkmilləşdirilir

08:10
17 Dekabr

YAP Sədrinin müavini Tahir Budaqov Türkiyədə səfərdə olub

08:05
17 Dekabr

"Konstitusiya və Suverenlik İli"nin humanizm səhifəsi

08:00
17 Dekabr

Məcburi audit subyektləri rəhbərlərinin nəzərinə!

01:42
17 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:40
17 Dekabr

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!