24 İyul 2024 01:12
7099
Qanunlar
A- A+
Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında


Azərbaycan Respublikasının Qanunu
 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 14-cü və 17-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Ailə Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 126 (Cild I); Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1110-VIQD nömrəli və 21 may tarixli 1154-VIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 10.2-ci və 27.2-ci maddələr ləğv edilsin;

1.2. aşağıdakı məzmunda 12.0.2-1-ci və 12.0.2-2-ci maddələr əlavə edilsin:

“12.0.2-1. qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları;

12.0.2-2. bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu;”;

1.3. 26.1.1-ci maddədən “və nikah yaşına çatana qədər nikaha daxil olmaq üçün bu Məcəllənin 10.2-ci maddəsində nəzərdə tutulmuş icazə olmadıqda” sözləri çıxarılsın;

1.4. 56.2-ci maddədən “yetkinlik yaşına çatmayan şəxslər nikah bağladıqda,” sözləri çıxarılsın;

1.5. 57.2-ci maddənin birinci cümləsində “valideynlər nikaha daxil olmamışlarsa, onların” sözləri “valideynlərin” sözü ilə əvəz edilsin.

Maddə 2. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (II kitab), maddə 251 (Cild I); 2024, № 1, maddələr 8, 18, № 3, maddə 250) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 176-1-ci maddə üzrə:

2.1.1. adında “Qadını nikaha” sözləri “Nikaha və ya erkən evliliyə” sözləri ilə əvəz edilsin;

2.1.2. 176-1.1-ci maddənin dispozisiyasında “Qadını nikaha” sözləri “Nikaha” sözü ilə əvəz edilsin;

2.1.3. 176-1.2-ci maddənin dispozisiyası aşağıdakı redaksiyada verilsin:

“176-1.2. Nikah yaşına çatmayan şəxsi erkən evliliyə daxil olmağa məcbur etmə –”;

2.1.4. aşağıdakı məzmunda “Qeyd” hissəsi əlavə edilsin:

“Qeyd: Bu Məcəllənin 176-1 və 176-2-ci maddələrində “erkən evlilik” dedikdə yetkinlik yaşına çatmayan şəxslə nikah bağlamadan ailə qurmaq məqsədilə yaradılan ittifaq başa düşülür.”;

2.2. aşağıdakı məzmunda 176-2-ci maddə əlavə edilsin:

“Maddə 176-2. On altı yaşına çatmayan şəxsin erkən evliliyinin təşkili

On altı yaşına çatmayan şəxsin erkən evliliyinin həmin şəxsin və ya erkən evliliyə daxil olan digər şəxsin valideynləri və ya onları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya erkən evliliyə daxil olan yetkinlik yaşına çatmış şəxs tərəfindən təşkil edilməsi –

iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu maddədə nəzərdə tutulmuş cinayətə görə məsuliyyət erkən evliliyə daxil olan yetkinlik yaşına çatmış şəxsə münasibətdə həmin şəxslə zərərçəkmiş şəxsin yaş fərqi beş ildən çox olduqda yaranır.”.

Maddə 3. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202 (Cild I); 2024, № 1, maddə 18, № 2, maddə 135, № 4, maddə 362; Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli, 5 aprel tarixli 1127-VIQD nömrəli, 19 aprel tarixli 1134-VIQD nömrəli və 7 may tarixli 1148-VIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 43.1-ci maddəyə “157‒188,” rəqəmlərindən sonra “189-1, 189-3.2,” rəqəmləri əlavə edilsin;

3.2. 21-ci fəslin adında “Siyasi, sosial və əmək hüquqları” sözləri “İnsan və vətəndaşın hüquq və azadlıqları” sözləri ilə əvəz edilsin;

3.3. aşağıdakı məzmunda 189-1 – 189-3-cü maddələr əlavə edilsin:

“Maddə 189-1. On altı yaşına çatmayan şəxs barəsində evliliyə dair sövdələşməyə daxil olma

On altı yaşına çatmayan şəxs barəsində onun və ya evliliyə daxil olmaq niyyətində olan digər şəxsin valideynləri və ya onları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya evliliyə daxil olmaq niyyətində olan yetkinlik yaşına çatmış şəxs tərəfindən nişanlanmaya və ya evliliyə dair digər sövdələşməyə daxil olmağa görə –

min manatdan iki min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.

Qeyd: Bu maddədə nəzərdə tutulmuş əmələ görə inzibati məsuliyyət həmin əməli törətmiş evliliyə daxil olmaq niyyətində olan yetkinlik yaşına çatmış şəxsə münasibətdə bu şəxslə zərərçəkmiş şəxsin yaş fərqi beş ildən çox olduqda yaranır.

Maddə 189-2. Yetkinlik yaşına çatmayan şəxslərin erkən evliliyi ilə bağlı mərasimlərin keçirilməsi

189-2.1. İctimai iaşə obyektlərini idarə edən şəxslər tərəfindən yetkinlik yaşına çatmayan şəxslərin erkən evliliyi ilə bağlı mərasimlərin (nişan, toy və digər mərasimlər) keçirilməsinə görə –

fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan doqquz min manatadək məbləğdə cərimə edilir.

189-2.2. Bu Məcəllənin 189-2.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə –

fiziki şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan altı min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on üç min manatadək məbləğdə cərimə edilir.

Qeyd: Bu maddədə “erkən evlilik” dedikdə yetkinlik yaşına çatmayan şəxslə nikah bağlamadan ailə qurmaq məqsədilə yaradılan ittifaq başa düşülür.

Maddə 189-3. Yetkinlik yaşına çatmayan şəxslər barəsində dini kəbinkəsmə

189-3.1. Yetkinlik yaşına çatmayan şəxs barəsində dini kəbinkəsməyə görə –

fiziki şəxslər min manat məbləğində cərimə edilir.

189-3.2. Bu Məcəllənin 189-3.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə –

fiziki şəxslər iki min manat məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.”.

Maddə 4. Bu Qanun 2025-ci il iyulun 1-dən qüvvəyə minir.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 iyun 2024-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Litvalı jurnalist: Bu gün Ağdamı tamamilə başqa cür görürəm

23:04
20 İyul

Ağa İqrar Harun: Yanlış məlumatların yayılmaması üçün biz cəmiyyətin diqqətinə həqiqətin harada olduğunu çatdırmalıyıq  

23:03
20 İyul

Şuşa Qlobal Media Forumu təşəbbüsdən daha çox instituta çevrilib  

21:26
20 İyul

III Şuşa Qlobal Media Forumunun iştirakçıları Xocalıda

21:18
20 İyul

Cəmil Qadalrah: Saxta xəbərlərlə mübarizə aparmaq üçün yeni metod və yanaşmalar tətbiq etməliyik  

21:01
20 İyul

Anadolu agentliyinin əməkdaşı: Daha çox sosial şəbəkələrə uyğun videolar hazırlayırıq  

20:53
20 İyul

Elmir Huremoviç: Mötəbər media qurumları cəmiyyətlər arasında etimad körpülərinin qurulmasında mühüm rol oynayır  

20:31
20 İyul

Məhəmməd Asim: Media sahəsi sürətlə dəyişir və süni intellekt bu sahədə bizə müəyyən mənada kömək göstərmək potensialına malikdir

20:01
20 İyul

Roma Papası: Dünya artıq müharibəyə dözə bilməz

19:43
20 İyul

Kristina Mixaela Tatu: Əsas məqsədimiz ictimaiyyətə yalnız təsdiqlənən və etibarlı xəbərləri təqdim etməkdir

19:41
20 İyul

Mixail Qusman: Azərbaycanın ən görkəmli jurnalistləri və fotomüxbirləri məhz AZƏRTAC-da çalışıb  

19:31
20 İyul

BTA agentliyinin baş direktoru: Süni zəka informasiya sahəsində ciddi təhdidə çevrilə bilər  

19:27
20 İyul

Prezidentin xüsusi nümayəndəsi: Burada təkcə mərkəzdə yox, digər kəndlərdə də bərpa işləri aparılır 

19:19
20 İyul

Alexandru Giboi: Gələcəyi düzgün planlaşdırmaq bizim üçün həyati əhəmiyyət daşıyır  

19:15
20 İyul

Vüqar Əliyev: Çağdaş dünyanın ən ciddi problemlərindən olan dezinformasiya ilə üz-üzəyik

18:43
20 İyul

Laçında “AZƏRTAC 105: Əməkdaşlığın keçmişi, bu günü və gələcəyi” mövzusunda dəyirmi masa keçirilir  

18:42
20 İyul

Şuşa Qlobal Media Forumunun bir qrup iştirakçısı Laçın şəhərində olub

18:41
20 İyul

Beşinci “Yüksəliş” müsabiqəsinin final mərhələsi başa çatıb  

18:38
20 İyul

Vüqar Rəhimzadə: III Şuşa Qlobal Media Forumu yeni dövrün çağırışlarını Xankəndidən dünyaya çatdırır  

16:20
20 İyul

“AzerGold”un növbəti xatirə sikkəsi Laçına həsr olunacaq

15:53
20 İyul

Prezident İlham Əliyevin III Şuşa Qlobal Forumundakı çıxışı Gürcüstan mediasının diqqət mərkəzində olub  

15:52
20 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!