28 Sentyabr 2026 13:19
156
SİYASƏT
A- A+
Azərbaycan qlobal investisiyaların mərkəzində  

Azərbaycan qlobal investisiyaların mərkəzində  


İri qlobal investorların Azərbaycana marağı artmaqda davam edir. Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu bunun növbəti təsdiqi oldu. Bir daha göründü ki, Prezident İlham Əliyevin uzaqgörən strategiyası ölkəmizin beynəlxalq kapitalın əsas cəzbetmə mərkəzi kimi mövqelərini möhkəmləndirir və tanınmış şirkətlər Azərbaycanla energetika, infrastruktur, rəqəmsal texnologiyalar, sənaye və digər perspektivli sahələrdə əməkdpşlığa xüsusi önəm verirlər.

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda 70 ölkədən 803 nümayəndə daxil olmaqla, 3000-dən çox iştirakçı qeydiyyatdan keçmişdi. Dövlət strukturlarının nümayəndələri, qlobal investorlar, biznes liderləri, maliyyə institutları və dünyanın aparıcı analitik mərkəzləri yenidən Bakıda bir araya gəldilər. Belə miqyas və forumun açılış günündə Prezident İlham Əliyevin dünyanın ən böyük investisiya şirkətlərinin rəhbərləri ilə keçirdiyi görüşlər mövcud tərəfdaşlıqların dərinliyini və əhatəliyini bir daha təsdiqləyir.

Qeyd edim ki, Prezident İlham Əliyev sentyabrın 25-də "Neuberger Berman" şirkətinin sədri və baş icraçı direktoru Corc Uolkeri, "Brookfield Asset Management" şirkətinin baş icraçı direktoru Konnor Teski, "Global Infrastructure Partners" şirkətinin təsisçisi və baş icraçı direktoru Adebayo Oqunlesi qəbul edib. Böyük aktivləri olan bu şirkətlərin Azərbaycana maraq göstərmələri respublikamızda olan əlverişli investisiya mühitinin göstəricisidir.

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu imzalanmış sənədlərlə öz səmərəliliyini təsdiq edir. Tədbir çərçivəsində Azərbaycan ilə xarici tərəfdaşlar arasında 11 Anlaşma Memorandumu imzalanıb. Onların arasında rəqəmsal iqtisadiyyatın inkişafı sahəsində "Microsoft Romania, Moldova & CIS" ilə əməkdaşlıq, "ROX Group" ilə günəş və külək energetikası layihələri, yeni texnologiyalar əsasında karbid və silisium oksidi istehsalı, "AGROFERT"in iştirakı ilə Ağdamda quşçuluq kompleksinin yaradılması, baytarlıq vaksinlərinin istehsalı və əczaçılıq müəssisəsinin işə salınması yer alır.

Bundan əlavə, Azərbaycan-Oman Birbaşa İnvestisiya Fondu tərəfindən "Azər-Türk Bank"da pay alqı-satqısı üzrə ayrıca saziş, həmçinin SOCAR, ADSEA və "Esyasoft" arasında saziş və Ukrayna ilə investisiyaların təşviqində əməkdaşlığa dair razılaşma rəsmiləşdirilib. İstiqamətlərin siyahısı tikintidən əczaçılığa, su ehtiyatlarından rəqəmsal texnologiyalara qədər genişdir.

Xatırladaq ki, keçən il keçirilən birinci forumda ümumi məbləği 10 milyard dollardan çox olan investisiya sazişləri imzalanmışdı ki, bunun da 7 milyard dollarından çoxu qeyri-neft-qaz sektorunun payına düşmüşdü. Bu, dövlət başçısının həyata keçirdiyi iqtisadi şaxələndirmə siyasətinin real bəhrə verdiyinin birbaşa sübutudur. Bu il gündəlik daha da genişlənib: sənaye, maliyyə, tikinti, süni intellekt, bərpa olunan energetika, kənd təsərrüfatı, su ehtiyatları və idman.

Ardıcıl iqtisadi siyasət və beynəlxalq əməkdaşlığa açıqlıq konkret layihələrə çevrilən maraq formalaşdırır. Forumun əsas məqsədi bu etimadı uzunmüddətli tərəfdaşlığa və real investisiya qərarlarına çevirməkdir.

Bu gün investorlar üçün ölkənin nə dərəcədə etibarlı olduğunu və uzunmüddətli perspektivdə sabit oyun qaydalarına arxalana biləcəklərini başa düşmək xüsusilə vacibdir. Bu fonunda Azərbaycan iri layihələr üçün məhz lazım olan şəraiti təklif edir.

Prezident İlham Əliyev forum iştirakçılarına müraciətində Azərbaycanın təkcə kapital deyil, həm də yeni texnologiyalar, biliklər və müasir həllər cəlb etməkdə maraqlı olduğunu vurğulayıb.  «Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır. Baxışımız enerji təchizatından kənara çıxaraq yaşıl enerji dəhlizlərinin inkişafını da əhatə edir ki, bu da bərpa olunan enerjinin regional bazarlara inteqrasiyasına və Azərbaycan, geniş Cənubi Qafqaz, Mərkəzi Asiya və Avropa arasında əlaqəliliyin möhkəmlənməsinə imkan verir.

Ənənəvi enerji sektoru ilə yanaşı, Azərbaycan emal sənayesi, nəqliyyat və logistika, bərpa olunan enerji, rəqəmsal texnologiyalar, kənd təsərrüfatı və qida emalı, turizm, infrastruktur və digər yüksək əlavə dəyərli sahələrdə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə yaranan bərpa və inkişaf imkanları da daxil olmaqla, mühüm imkanlar təklif edir. Qabaqcıl texnologiyalar gətirən, məhsuldarlığı artıran, ixtisaslı iş yerləri yaradan və regional və qlobal dəyər zəncirlərinə inteqrasiyamızı gücləndirən layihələrə xüsusi önəm verilir» -deyə Prezident İlham Əliyev bildirib. 

Xüsusi diqqət isə yeni iş yerləri yaradan, iqtisadiyyatın səmərəliliyini artırmağa və Azərbaycan şirkətlərinə yeni bazarlara çıxmağa kömək edən istehsal layihələrinə məxsusdur. Məhz buna görə də xarici biznes bu gün Azərbaycanda uzunmüddətli əməkdaşlıq üçün getdikcə daha çox imkanlar görür. Ölkə investorlara geniş istiqamət seçimi, hazır və müasir infrastruktur və iri regional bazarlara çıxış təklif edir. Azərbaycanda investorlar üçün imkanlar dairəsi nəzərəçarpacaq dərəcədə genişlənib.  Beləliklə, energetika və nəqliyyatla yanaşı, sənaye, rəqəmsal iqtisadiyyat, kənd təsərrüfatı, bərpa olunan energetika və digər sahələrdə yeni layihələr meydana çıxır.

İri qlobal investorların Azərbaycana artan marağı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin bəhrəsidir. Belə ki, son illər ərzində ölkə iqtisadiyyatını gücləndirib, investorlar üçün yeni imkanlar yaradıb və coğrafi mövqeyindən mühüm üstünlük kimi istifadə edə bilib. Bu gün iri beynəlxalq şirkətlər konkret layihələri və uzunmüddətli əməkdaşlığı müzakirə etmək üçün Bakıya gəlirlər. Bu, dövlət başçısının Azərbaycanın regionun əsas iqtisadi və investisiya mərkəzlərindən biri kimi gücləndirilməsi kursunun əyani nəticəsidir. 


Hicran HÜSEYNOVA,

Milli Məclisin komitə sədri


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yeni iqtisadi reallıqlar və Azərbaycanın yüksələn investisiya imkanları  

13:55
28 Sentyabr

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası baş tutub  

13:54
28 Sentyabr

Sabah bəzi yerlərdə yağış yağacaq

13:52
28 Sentyabr

Forumda Azərbaycanın gələcək investisiya xəritəsinin əsas istiqamətləri bəyan olundu  

13:26
28 Sentyabr

Yanvar-avqust aylarında 32 min 440 uşağa reabilitasiya xidmətləri göstərilib

13:25
28 Sentyabr

Azərbaycan qlobal investisiyaların mərkəzində  

13:19
28 Sentyabr

Baş prokuror: Veteranlarla əməkdaşlığı davam etdirəcəyik

12:49
28 Sentyabr

İnvestisiya siyasətində yeni mərhələyə keçən Azərbaycanın iqtisadi potensialı və gələcək inkişaf prioritetləri  

12:10
28 Sentyabr

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir  

12:10
28 Sentyabr

Vətən müharibəsinin xronikası: 28 sentyabr

12:08
28 Sentyabr

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb

12:05
28 Sentyabr

Vəkillər Kollegiyasının nümayəndə heyəti Polşada beynəlxalq konfransda iştirak edib    

11:47
28 Sentyabr

Gecə saatlarında Rusiya səmasında 254 dron vurulub

11:45
28 Sentyabr

Son iki gündə 99 cinayətin açılması təmin edilib  

11:43
28 Sentyabr

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər 

11:39
28 Sentyabr

ASCO bərələri ilə avtotexnika daşımaları artıb

11:38
28 Sentyabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı

11:29
28 Sentyabr

Prokurorluğun bir qrup əməkdaşına ali rütbələr və medallar verilib - Sərəncam  

11:28
28 Sentyabr

Ukraynanın Kiyev vilayətinə intensiv zərbələr endirilib, ölənlər var

11:25
28 Sentyabr

Qızıl 107 dollar ucuzlaşıb

11:23
28 Sentyabr

Birjalarda neft bahalaşıb

11:11
28 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!