28 Sentyabr 2026 13:26
596
SİYASƏT
A- A+
Forumda Azərbaycanın gələcək investisiya xəritəsinin əsas istiqamətləri bəyan olundu  

Forumda Azərbaycanın gələcək investisiya xəritəsinin əsas istiqamətləri bəyan olundu  


Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin imkanlarının beynəlxalq biznes ictimaiyyətinə təqdim edilməsi, həmçinin ölkənin qarşıdakı illər üçün iqtisadi inkişaf prioritetlərinin nümayiş etdirilməsi baxımından diqqət çəkdi. Prezident İlham Əliyevin himayəsi altında keçirilən forumda dünyanın müxtəlif ölkələrindən dövlət rəsmiləri, qlobal investorlar, beynəlxalq maliyyə institutlarının, beyin mərkəzlərinin və biznes dairələrinin nümayəndələri iştirak etdilər. “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusu ətrafında aparılan müzakirələrdə qlobal iqtisadi dəyişikliklər, regional bağlantılar, enerji, rəqəmsal iqtisadiyyat və yeni investisiya imkanları əsas müzakirə mövzuları oldu.

Forumun konkret nəticələri isə Azərbaycanın investisiya gündəliyində növbəti mərhələnin miqyasını göstərdi. Tədbir çərçivəsində beynəlxalq investorlar və tərəfdaş şirkətlərlə ümumi dəyəri 10,8 milyard ABŞ dolları olan 23 sənəd imzalandı. Bakı Enerji Həftəsi çərçivəsində elan edilmiş layihələr də nəzərə alındıqda, planlaşdırılan birgə layihələrin ümumi dəyəri 16,7 milyard dollara çatır. Bu rəqəmlər forumun konkret biznes əlaqələrinin və layihələrin formalaşdırıldığı məkan olduğunu göstərir. Eyni zamanda imzalanan sənədlərin sahə müxtəlifliyi Azərbaycanın investisiya siyasətində şaxələndirmənin daha da gücləndiyini nümayiş etdirir.

Prezident İlham Əliyev də forumdakı çıxışında bildirdi ki, son 20 ildə Azərbaycana 350 milyard dollardan çox investisiya cəlb edilib və bunun təxminən yarısı birbaşa xarici investisiyaların payına düşür. Dövlət başçısı növbəti mərhələdə əsas məqsədlərdən birinin neft-qaz sektorundan kənar potensialdan istifadə etməklə uzunmüddətli və dayanıqlı iqtisadi artıma nail olmaq olduğunu qeyd etdi. Forumda da Azərbaycanın gələcək investisiya xəritəsinin əsas istiqamətləri bəyan olundu.  Belə ki, əsas istiqamətlərdən biri bərpaolunan enerjidir. Diqqətə çatdırıldı ki, Azərbaycanın Xəzər dənizindəki sektorunda 157 giqavatlıq enerji potensialı mövcuddur. Qarşıdakı beş il ərzində ölkənin bütün ərazilərində bərpaolunan enerji mənbələrinin genişləndirilməsi, elektrik enerjisi istehsalında təbii qazdan istifadənin minimuma endirilməsi və qazın daha çox ixrac üçün yönəldilməsi hədəflənir. Bu baxımdan yaşıl enerji həm də yeni investisiya modelinin əsas elementlərindən birinə çevrilir. Burada söhbət həm də ötürücü xətlərin, enerjisaxlama sistemlərinin və beynəlxalq enerji bağlantılarının da böyük investisiya potensialından gedir. Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında Xəzərin dibi ilə elektrik kabelinin çəkilməsi, eləcə də Qara dəniz kabeli kimi layihələr bu istiqamətdə regional əməkdaşlığın genişləndiyini göstərir. 

Digər mühüm istiqamət rəqəmsal iqtisadiyyat, süni intellekt və data mərkəzləridir. Prezident İlham Əliyev əlavə elektrik enerjisi potensialının süni intellekt üzrə data mərkəzlərinin inkişafı üçün istifadə olunmasının mümkünlüyünü qeyd etdi. Bu, enerji ilə rəqəmsal iqtisadiyyatın kəsişməsində yeni investisiya modelinin formalaşması deməkdir. Azərbaycanın coğrafi mövqeyi, enerji imkanları və rəqəmsal infrastrukturunun inkişaf etdirilməsi ölkəni bu sahədə regional mərkəzlərdən birinə çevirməkdədir. 

Burada ən mühüm məsələlərdən biri isə insan kapitalıdır. Prezident xüsusilə vurğuladı ki, peşəkar və ixtisaslı kadrlar olmadan qarşıya qoyulan rəqəmsal inkişaf məqsədlərinə nail olmaq mümkün deyil. Forumun ayrıca “İnsan kapitalına və gələcəyin bacarıqlarına investisiya” mövzusunda panel sessiyasının keçirilməsi də bu istiqamətin investisiya gündəliyində artan əhəmiyyətini göstərdi. 

Forumda qlobal bağlantının ön plana çıxarılması təsadüfi deyil. Çünki  Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat istiqamətlərinin kəsişməsində yerləşir. Prezident İlham Əliyev də çıxışında bildirdi ki, Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmi 2026-cı ildə 16 milyon tona çatacaq. Hədəf isə 2030-cu ilədək hər iki əsas istiqamətdə daşımaların həcmini 25 milyon tona və daha yüksək səviyyəyə çatdırmaqdır. Dəhlizlərin inkişafı logistika mərkəzləri, gömrük və rəqəmsal idarəetmə, liman infrastrukturu, dəmir yolları, enerji və kommunikasiya layihələri üçün yeni investisiya imkanları yaradır.

Azərbaycanın yanaşması isə regional dəyər zəncirlərində daha böyük rolun əldə edilməsidir. Bunun üçün nəqliyyat infrastrukturu ilə yanaşı, rəqəmsallaşma və gömrük prosedurlarının sürətləndirilməsi də prioritetlər sırasındadır. 

Mövcud reallıqlar göstərir ki, neft-qaz sektorundan əldə olunan gəlirlərin digər sahələrin inkişafına yönəldilməsi, yeni istehsal və ixrac imkanlarının yaradılması və iqtisadiyyatın daha çox sahəyə söykənməsi strategiyası davam etdirilir. Azərbaycanın növbəti inkişaf mərhələsində əsas hədəfi kapitalın cəlb olunması ilə yanaşı, texnologiya, innovasiya, təcrübə, insan kapitalı və yeni bazarlara çıxış imkanlarının ölkə iqtisadiyyatına gətirilməsidir. Bu baxımdan Bakıdakı forumu tərəfdaşlıqlar üçün yeni imkanlar açır.


Könül NURULLAYEVA,

Milli Məclisin deputatı


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zəfər Günü xalqımızın milli qürurunun, ləyaqətinin və sarsılmaz iradəsinin təntənəsidir

16:35
07 Noyabr

Böyük Qayıdış uğurla reallaşır

16:01
07 Noyabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Günü qeyd olunub  

15:12
07 Noyabr

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

15:07
07 Noyabr

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğandan

15:01
07 Noyabr

Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub

14:28
07 Noyabr

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 152-ci kitabı çapdan çıxıb

14:24
07 Noyabr

Sabaha olan hava proqnozu açıqlanıb

14:01
07 Noyabr

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında

13:47
07 Noyabr

Qazaxıstanın TRIPP layihəsinə qoşulması Azərbaycanın regional nəqliyyat-logistika strategiyası üçün yeni imkanlar yaradır

13:37
07 Noyabr

Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib

13:15
07 Noyabr

Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırılıb

13:02
07 Noyabr

Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

12:47
07 Noyabr

Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

12:33
07 Noyabr

Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib

11:58
07 Noyabr

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

11:40
07 Noyabr

Pekində 7-ci Dünya Media Sammiti keçirilir

11:37
07 Noyabr

Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb

11:31
07 Noyabr

Prezident İlham Əliyev Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib

11:27
07 Noyabr

Şuşanın azad edilməsi Prezident İlham Əliyevin qətiyyətli liderliyinin və xalqımızın milli birliyinin təntənəsidir

10:41
07 Noyabr

Bilmək istəyirəm

09:40
07 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!