Azərbaycan qızıl medalları ilə Fransanın qarayaxma kampaniyasını darmadağın edir
Makron tarixin ən pis Olimpiya Oyunlarının müəllifi oldu
Sülhü, dostluğu tərənnüm edən idman yarışlarının siyasiləşdirilməsi, belə tədbirlərdən siyasi maraqlar naminə istifadə edilməsi yolverilməzdir. O cümlədən yarandığı gündən əmin-amanlığın, dostluğun və xoş məramların carçısı olan Olimpiya hərəkatı da məramına zidd olan ideyaları heç vaxt qəbul etməyib.
Fransa Olimpiya ideallarına qarşı təxribat etdi
Hətta 1980-ci ildə Moskvada keçirilən Olimpiya Oyunları bir çox dövlətlər tərəfindən boykot edilsə də, onlara qarşı sovet dövlətinin ideoloji kursundan irəli gələrək birbaşa oyunlar çərçivəsində hər hansı siyasi şüar səsləndirilməyib. Əlbəttə ki, birbaşa Olimpiya Oyunlarına aid imkanlardan sui-istifadə edərək, maraq və mənafeləri güdən hərəkətlərə yol verilməsi, ələlxüsus siyasi və hərbi baxışların ortaya qoyulması tarixi eramızdan əvvəl başlayan Olimpiya hərəkatının məramına və daşıdığı ideallara qarşı çıxmaq, onun bütün dəyərlərini tapdalamaqdır. Hətta sovet ittifaqı kimi bir dövlətin rəhbərliyi bu dəyərlərə qarşı çıxmamışdı.
Amma sovet ideologiyasının belə rəva bilmədiyini qaragüruhçu Fransa hakimiyyəti etdi. Bu baxımdan, Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimi zamanı "France 2" telekanalında ölkəmizə qarşı səslənən qərəzli ifadələr bir daha təsdiq etdi ki, Fransa dövləti üçün ümumiyyətlə müqəddəs heç bir dəyər qalmayıb. Sözsüz ki, Fransanın rəsmi dövlət kanalında səsləndirilmiş və Olimpiya Oyunlarının siyasiləşdirilməsinə xidmət göstərən qərəzli fikirlər bu ölkənin siyasi dairələri və mediası tərəfindən Azərbaycana qarşı uzun müddətdir aparılan qarayaxma kampaniyasının tərkib hissəsidir. "France 2" telekanalında bu təxribata məqsədyönlü şəkildə yol verildiyi dəqiqdir. Lakin bu, Azərbaycanın öz qələbələri ilə rəzil duruma saldığı Fransanın, sadəcə, ölkəmizə qarşı növbəti cılızlıqlarından və riykarlıqlarından biri deyildi. Bu, həm də Parisin Olimpiya ideallarına qarşı təxribatı və xəyanətidir.
Olimpiya Oyunlarının təşkilatçıları bu qədim tarixə malik idman yarışmasını onun prinsiplərinə uyğun keçirməyə borcludurlar. Amma budəfəki Olimpiya Oyunlarının təşkilatçısı olan Fransa bunu bacara bilmədi. Oyunların təşkilindəki ciddi qüsurlar bir yana, Fransanın Olimpiya Oyunlarından Azərbaycana qarşı qarayaxma məqsədi üçün istifadə etməsi bu idman yarışının əsas prinsip və məramına xələl gətirdi.
Azərbaycan isə Fransanın təxribatına elə Olimpiya Oyunlarındakı qələbələri ilə cavab verir. İdmançılarımızın qazandığı qızıl medallar Parisin qarayaxma kampaniyasını darmadağın etməklə yanaşı, həm də Azərbaycanın dünyaya mükəmməl təqdimatıdır.
Çirkli Sena çayı və soyğunçuluğa məruz qalan idmançılar
Əlbəttə, tarixboyu insanlığa qarşı saysız-hesabsız cinayətlər törətmiş, kolonial və neokolonial siyasəti ilə dünyanın müxtəlif yerlərində xalqların suverenliyini əlindən almış, azadlığını istəyənləri soyqırımına məruz qoymuş, sınaqdan keçirdiyi atom bombaları ilə yüz minlərlə insanın həyatına və sağlamlığına qənim kəsilmiş Fransadan yaxşı nəsə gözləməyə də dəyməz. Olimpiya Oyunları prinsiplərinin Paris Olimpiya Oyunlarında pozulmasına dair Bakı Təşəbbüs Qrupunun bəyanatında bildirildiyi kimi, prezident E.Makron və onun hökuməti Paris Olimpiya Oyunlarını "sülh və ümid anı" kimi təqdim etsə də, Fransanın kolonial və neokolonial siyasəti bunun əksini deyir.
Elə Olimpiya Oyunlarının açılışı zamanı nümayiş etdirilən rəzilliyi də Fransanın iyrəncliyinin növbəti göstəricisi hesab etmək olar. Mənəvi aşınmaya məruz qalmış, bütün əxlaqi dəyərlərdən uzaq düşmüş, naşı prezidenti olan dövlətdən bundan başqasını gözləmək bəlkə də sadəlövhlük olardı. Açılış mərasimində xristian dəyərlərinin iyrənc formada təqdimatı isə Fransanın növbəti və həm də beynəlxalq rüsvayçılığı oldu.
Fransanın Olimpiya rəzaləti isə hər gün müxtəlif formada özünü göstərir. Hər gün qonaqlar və idmançılar qarət edilir, necə deyərlər, soyğunçuluq baş alıb gedir. Bir tərəfdən də idmançılar qidalardan narazılıq edirlər. Fransada keçirilən Olimpiya Oyunlarının ən böyük problemlərindən biri isə Sena çayının çirkliliyidir. Çayın çirkli olması səbəbindən idmançıların infeksiyaya yoluxmaları, üzgüçülük yarışlarının təxirə salınması Fransanın, daha dəqiq desək Makronun bir başqa rəzalətidir.
Rəşad CƏFƏRLİ,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Nəbi Xəzrinin 100 illik yubileyinin qeyd edilməsi haqqında
10 Sentyabr
“Elmi tədqiqatların maliyyələşdirilməsinin yeni mexanizminin tətbiqi ilə bağlı Azərbaycan Respublika...
10 Sentyabr
“Gömrük orqanlarının vəzifəli şəxslərinin və onların ailəsinin yeni qulluq yerinə köçməsi, habelə əm...
10 Sentyabr
“Dəniz əməliyyatları bazası reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında...
10 Sentyabr
“Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” Azərbaycan Resp...
10 Sentyabr
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 7 dekabr tarixli 386 nömrəli Qərarı ilə təsd...
10 Sentyabr
Vergi orqanlarının vəzifəli şəxsləri üçün elmi dərəcəyə görə əlavələrin miqdarının müəyyən edilməsi ...
10 Sentyabr
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 28 sentyabr tarixli 346 nömrəli Qərarı ilə t...
10 Sentyabr
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə t...
10 Sentyabr
Mərkəzi Seçki Komissiyasının 2024-cü il 4 sentyabr və 5 sentyabr tarixli iclas protokollarının təsdi...
10 Sentyabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Ümumavropa qaz təchizatçısı08 Sentyabr 2024
İstək və arzu başqadır, həqiqət və reallıq isə bambaşqa!05 Sentyabr 2024
Riyakarlıq xəstəliyi04 Sentyabr 2024
Xankəndidə seçki izdiham02 Sentyabr 2024
Azad və demokratik ənənənin təntənəsi31 Avqust 2024
İlham Əliyev "Azəri"ni Azərbaycanın sərvəti etdi30 Avqust 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!