28 Aprel 2026 15:28
181
CƏMİYYƏT
A- A+
Azərbaycan “Nəsillərarası istedadın üzə çıxarılması” mövzusunda Bacarıqlar Sammitində təmsil olunur  

Azərbaycan “Nəsillərarası istedadın üzə çıxarılması” mövzusunda Bacarıqlar Sammitində təmsil olunur  


İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və Türkiyə Respublikasının birgə təşkilatçılığı ilə bu ölkənin İstanbul şəhərində “Nəsillərarası istedadın üzə çıxarılması” mövzusunda Bacarıqlar Sammiti keçirilir. Sammitdə ölkəmizi əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Sammitin açılış mərasimində iştirak edib. Bu tədbirin bacarıqlar sahəsində qlobal dialoq üçün güclü bir təməl yaradacağını düşündüyünü bildirən Türkiyənin dövlət başçısı Zirvə Görüşünə uğurlar arzulayıb.

Müxtəlif ölkələrdən nazirlər və digər yüksəkvəzifəli rəsmiləri, beynəlxalq təşkilatlardan, təhsil, əmək, iqtisadiyyat, innovasiya, miqrasiya və sahələrdən nümayəndələri bir araya gətirən Sammit insanların bacarıqlarının həyatın bütün mərhələlərində inkişaf etdirilməsi və onların potensialından tam istifadə olunması məsələlərinə dair müzakirə aparmaq məqsədi daşıyır. Tədbir demoqrafik dəyişikliklər, geniş rəqəmsallaşma və yaşıl iqtisadiyyata keçid dövründə daha da aktuallaşan bu məsələlərin həlli ilə bağlı təcrübələri bölüşmək üçün bir platforma rolu oynayır.

Sammitdə “Formal təhsilin yenidən nəzərdən keçirilməsi - Ömürboyu imkanlar üçün strategiyaların yenidən tənzimlənməsi”, “Yetkin şəxslərin bacarıqlarından istifadə – Müxtəlif nəsillər üzrə işçilərin imkanlarının gücləndirilməsi”, “İstedadların üzə çıxarılması – Diqqətdən kənarda qalan qrupların potensialından istifadə edilməsi” mövzularında sessiyalar keçirilir, təqdimatlar edilir.

Tədbir çərçivəsində Anar Əliyev Bolqarıstanın əmək və sosial siyasət naziri Hasan Ademovla görüşüb. Görüşdə ölkələrimizin strateji tərəfdaşlıq münasibətlərinin əmək, məşğulluq və sosial müdafiə sahələrində də əlaqələrin davamlı inkişafına zəmin yaratdığı vurğulanıb.

İki qurum arasında müqavilə-hüquq bazasının genişləndirilməsi, əməkdaşlığın inkişaf etdirilməsi, təcrübə mübadilələrinin aparılması məsələləri müzakirə olunub.

Anar Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevlə də görüşüb. TDT-nin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin ötən ilin dekabr ayında Bakıda keçirilən ilk iclasının əhəmiyyətindən bəhs olunub.

Görüşdə təşkilata üzv ölkələr arasında əmək və məşğulluq, sosial müdafiə sahələrində əlaqələrin daha da inkişaf etdirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İran neftinin tədarükü üçün alternativ yollar axtarılır

17:15
28 Aprel

İş yeri və insan: psixososial risklərə qarşı yeni yanaşmalar

17:02
28 Aprel

Qastronomiyanın rəngarəng səhnəsi: Şuşada dad və mədəniyyət günü

16:41
28 Aprel

 Ayda yeni minerallar kəşf edilib

16:38
28 Aprel

Bakıda və Abşeron yarımadasında yaz mövsümündə ekstremal yağıntılar qeydə alınıb  

16:37
28 Aprel

Nyu-Yorkda elektrikli hava taksilərinin sınaq uçuşları keçirilib

16:36
28 Aprel

İranda əhaliyə ərzaq yardımının artırılması nəzərdən keçirilir

16:25
28 Aprel

22 buddist rahib 112 kiloqram kannabislə həbs edilib  

16:15
28 Aprel

Əli Zeydi İraqın Baş naziri vəzifəsinə namizəd göstərilib

16:04
28 Aprel

Bu ilin I rübü ərzində dövlət istiqrazları üzrə ödənişlərin məbləği açıqlanıb  

16:02
28 Aprel

"Prezident Kuboku": 16 ölkənin avarçəkənləri paraddan keçib

16:01
28 Aprel

Xanabad və Təzəbinə kəndlərində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanır  

16:00
28 Aprel

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

16:00
28 Aprel

Dövlət zəmanətli borcun məbləği 6,7 milyard manatı ötüb  

15:59
28 Aprel

Xocavənddə daha 68 ailəyə evlərinin açarları təqdim olunub  

15:57
28 Aprel

Xarici dövlət borcunun yeni tərkibi açıqlanıb  

15:42
28 Aprel

Azərbaycanın dövlət borcu ÜDM-in 18,7 faizini təşkil edir

15:40
28 Aprel

Ağdam Sənaye Parkının rezidenti əmtəə nişanını Avropa İttifaqında rəsmi qeydiyyatdan keçirib  

15:38
28 Aprel

Dövlət Xidməti: Aprel çağırışının uğurla icra edilməsi məqsədilə zəruri işlər görülür

15:33
28 Aprel

Azərbaycan “Nəsillərarası istedadın üzə çıxarılması” mövzusunda Bacarıqlar Sammitində təmsil olunur  

15:28
28 Aprel

Alimlərin yeni kəşfi: Kvant kimyası hesablamaları üzrə ilk səhvsiz metod hazırlanıb

15:24
28 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!