14 Oktyabr 2025 12:14
469
SİYASƏT
A- A+
Azərbaycan-İran-Rusiya üçtərəfli görüşünə dair Kommünike qəbul olunub  

Azərbaycan-İran-Rusiya üçtərəfli görüşünə dair Kommünike qəbul olunub  


Oktyabrın 13-də Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçuk və İran İslam Respublikasının yol və şəhərsalma naziri Fərzanə Sadeq arasında Bakı şəhərində üçtərəfli görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüş zamanı Azərbaycan, İran və Rusiya arasında nəqliyyat, energetika və gömrük sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.

Üçtərəfli əməkdaşlıqdan məmnunluq ifadə olunaraq, Azərbaycan, İran və Rusiya arasında qarşılıqlı faydalı iqtisadi-ticari əməkdaşlığın təşviqi, regionun iqtisadi artımı üçün təhlükəsiz, etibarlı regional və beynəlxalq nəqliyyat dəhlizlərinin, energetika sahəsində layihələrin inkişaf etdirilməsi baxımından Azərbaycan, İran və Rusiya prezidentlərinin 2016-cı il 8 avqust tarixli Bəyannaməsinin və 2017-ci il 1 noyabr tarixli Birgə Bəyanatının rəhbər rolu vurğulanıb.

Görüşdə regionun tranzit potensialının inkişafı ilə bağlı səylərin davam etdirilməsinin vacibliyi vurğulanaraq, nəqliyyat kommunikasiyalarının inkişafına və şaxələndirilməsinə yönəlmiş layihələrin sürətləndirilməsi, bu xüsusda ölkələrin müvafiq ərazilərində “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi boyunca infrastrukturun genişləndirilməsi işlərinin sinxron şəkildə həyata keçirilməsinin əhəmiyyəti qeyd edilib.

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi üzrə daşımaların həcminin 15 milyon tona çatdırılması üçün tədbirlərin görülməsi və yük axınlarının davamlı artımının təmin edilməsinin vacibliyi vurğulanıb. Planlaşdırılan tədbirlər üzrə Fəaliyyət Planının 3 ay müddətində hazırlanması üçün İşçi qrupun yaradılması barədə razılıq əldə olunub.

Eyni zamanda, görüş zamanı 3 ölkənin gömrük, sərhəd və nəqliyyat qurumlarının nümayəndələrindən ibarət avtomobil daşımaları üzrə xüsusi İşçi qrupunun yaradılması barədə razılıq əldə olunub.

Azərbaycan, İran və Rusiya arasında tranzit daşımalarının təşviq olunması məqsədilə gömrük orqanlarının qarşılıqlı fəaliyyəti üzrə üçtərəfli İşçi qrupunun əsasnaməsinin imzalanması məmnunluqla qeyd edilib.

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin potensialından tam şəkildə istifadə edilməsi üçün “Rəşt-Astara” dəmir yolu xəttinin inşasının, eləcə də dəhlizin komponentlərindən olan müvafiq dəmir yolu terminalı tikintisinin tamamlanmasının əhəmiyyəti diqqətə çatdırılıb.

Görüş əsnasında Araz çayı üzərində “Ağbənd-Kəlalə” avtomobil yolu körpüsünün tikintisi, o cümlədən sərhəd-buraxılış məntəqələrinin inşası üzrə işlərin yekunlaşdırılmasının üçtərəfli əlaqələrin möhkəmləndirilməsi baxımından vacibliyi qeyd edilib.

Dəhliz boyunca sərhəd-keçid prosedurlarının sadələşdirilməsinin, nəqliyyat, sərhəd və gömrük əməliyyatlarının rəqəmsallaşdırılmasının zəruriliyi vurğulanıb.

Görüş zamanı Azərbaycan, İran və Rusiya arasında elektrik şəbəkələrinin əlaqələndirilməsi layihəsi üzrə texniki səviyyədə müzakirələrin davam etdirilməsi məqsədəuyğun sayılıb.

Müzakirələr zamanı oktyabrın 14-də “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin mühüm infrastruktur layihələrinə yerində birgə baxış keçirilməsi barədə razılıq əldə edilib.

Yekunda nəqliyyat, energetika və gömrük sahələrində əməkdaşlığın dərinləşdirilməsi üçün birgə səylərin davam etdirilməsi məqsədəuyğun hesab edilib.

Bu Kommünike 2025-ci il oktyabrın 13-də Bakı şəhərində ingilis dilində qəbul olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikası vətəndaşlarının 2026-cı il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında

02:44
21 May

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan "Azərbaycan Metrologiya İnstitutu" publik hüquqi şəxsin əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

02:42
21 May

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsinin təkmilləşdirilməsi və "Feldyeger rabitəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 903 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

02:41
21 May

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi haqqında

02:40
21 May

Dəmiryol nəqliyyatı vasitəsilə sərnişinlərin Azərbaycan Respublikasına giriş-çıxışı ilə bağlı bəzi məsələlər haqqında

02:38
21 May

Venesuelada 300 məhbus azadlığa buraxılır

22:31
20 May

Azərbaycanda qaz nəqli 2,8 faiz artıb

22:21
20 May

WUF13 çərçivəsində “Şəhərsalma yarmarkası” təşkil olunub  

22:16
20 May

OECD rəsmisi: WUF13-ün təşkilatçılığı məni heyran etdi

21:52
20 May

Aİ-nin Avropa Xarici Fəaliyyət Xidmətinin rəsmisi ilə regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb  

21:39
20 May

Əhalinin istehlak xərcləri 26,1 milyard manatı ötüb

21:27
20 May

WUF13-də dünyada tullantıların idarə edilməsi və dairəvi iqtisadiyyatın formalaşdırılması məsələləri müzakirə edilib  

20:58
20 May

Bakının mərkəzində milli geyimlərdə gəzinti-yürüş təşkil olunub

20:48
20 May

Zelenski: Ukrayna Rusiya ordusunun Çerniqov-Kiyev istiqamətində hücum əməliyyatları planlarını təhlil edib  

20:41
20 May

WUF13 çərçivəsində qlobal mənzil öhdəliklərinin icrasına dair parlament üzvlərinin dəyirmi masası təşkil edilib  

20:39
20 May

WUF13-də “Dayanıqlı Şəhər İnkişafı üçün Tranzit Yönümlü İnkişaf və Şəhərlərin Yaşıl Transformasiyası” sessiyası 

20:36
20 May

Bolqarıstan Prezidenti Sumqayıt Sənaye Parkının fəaliyyəti ilə tanış olub  

20:26
20 May

BTC ilə 8,4 milyon tona yaxın neft nəql olunub

20:22
20 May

WUF13 çərçivəsində SPECA Şəhərlər Forumu baş tutub

20:16
20 May

TDT Ağsaqqallar Şurasının sədri Kayseridə “Şuşa Azərbaycan Evi”ni ziyarət edib  

20:14
20 May

Baş prokuror Qarabağ Universitetinin tələbələri üçün mühazirə keçib  

20:06
20 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!