20 May 2026 22:31
437
DÜNYA
A- A+
Venesuelada 300 məhbus azadlığa buraxılır

Venesuelada 300 məhbus azadlığa buraxılır


Dünən Venesuela hakimiyyəti yaşlılar, xəstələr və bəzi siyasi məhbuslar da daxil olmaqla 300 məhbusun azadlığa buraxılacağını elan edib. Bu açıqlama Viktor Uqo Keronun həbsxanada ölümündən sonra yenidən başlayan etirazlar və tənqidlər fonunda səsləndirilib.

Venesuela Milli Assambleyasının Sədri Xorxe Rodrigez ölkədə 300 məhbusun bu həftə hakimiyyət tərəfindən başladılan yeni məhbus əfv prosesinin bir hissəsi olaraq azadlığa buraxılacağını açıqlayıb.

Karakasda keçirilən parlament iclasında Rodrigez azadlığa buraxılacaq şəxslərin 70 yaşdan yuxarı insanlar, sağlamlıq problemləri olanlar, hamilə və uşaqəmizdirən qadınlar və uzun illər dəmir barmaqlıqlar arxasında qalan məhbuslar olduğunu bildirib.

O, bunun qarşılığında hakimiyyətin heç nə istəmədiyini deyib və "bu jesti qiymətləndirməyə" çağırıb: "Biz heç kimdən heç nə istəmirik və bu addımla heç bir “əvəz-əvəzə” nail olmaq niyyətimiz yoxdur. Sadəcə olaraq bu jesti qiymətləndirməyinizi istəyirik və əgər dövlət vəsaitlərinə qarşı cinayət törətmiş bir müxalifətçi haqqında informasiya əldə etsəniz, bu barədə məlumat verin və biz sizi dəstəkləyəcəyik."

Çaves  rejimi illərdir Venesuelada siyasi məhbusların mövcudluğunu inkar etsə də, insan haqları təşkilatları bu prosesdə iştirak edən bəzi məhbusların siyasi səbəblərdən həbs olunduğunu iddia edirlər. “Foro Penal” geyri-hökümət təşkilatı yanvar ayından bəri azadlığa buraxılmalarına baxmayaraq, Cənubi Amerika ölkəsində siyasi səbəblərdən 450-dən çox insanın hələ də həbsdə olduğunu təxmin edir. Artıq azadlığa buraxılanlar arasında, Uqo Çavesə qarşı 2002-ci ildə baş vermiş çevriliş cəhdi ilə bağlı işlərə görə həbsdə olan ləğv edilmiş Karakas şəhər Polisinin üç keçmiş zabiti də var. Onlar Venesuelada ən uzun müddət həbsdə olan siyasi məhbuslardır və 2003-cü ildən bəri məhbus həyatı yaşayırlar.

Noyabr ayından bəri həbsdə saxlanılan 16 yaşlı qız Samanta Hernandez Kastilyo və 2020-ci ildə Nikolas Maduroya qarşı uğursuz dəniz əməliyyatında iştirak etməkdə ittiham olunan əsgər Antonio Sequeanın anası 71 yaşlı Meris Torres de Sequea da azadlığa buraxılıb. Bu açıqlama, insan haqları təşkilatlarının siyasi məhbus hesab etdiyi Viktor Uqo Keronun həbsdə ölüm xəbərindən sonra Venesuela hakimiyyətinə artan təzyiqlə üst-üstə düşüb. Bu yaxınlarda hakimiyyət orqanları Keronun 2025-ci ilin iyul ayında həbsdə olarkən öldüyünü etiraf ediblər, baxmayaraq ki, ailəsi aylarla onun harada olduğu barədə rəsmi məlumat ala bilmirdi və onu axtarırdı.

Rəsmi versiyaya görə, Kero mədə-bağırsaq problemləri ilə xəstəxanaya yerləşdirildikdən sonra ağciyər emboliyasının yaratdığı "kəskin tənəffüs çatışmazlığı"ndan ölüb. 

Keronun anası Karmen Navas, hakimiyyət orqanları oğlunun ölümünü təsdiqlədikdən 10 gün sonra vəfat edib. Bir ildən çoxdur ki, o, həbsxanalara, məhkəmələrə və dövlət qurumlarına baş çəkərək onun sağ olmasının sübutlarını tələb edirdi və itkin düşdüyünü bildirirdi.

Karakasdakı dəfn mərasimi hökumətə qarşı simvolik etiraza çevrilib və məhbusların qohumlarını, fəalları və tələbələri bir araya gətirib. Yeni amnistiya əvvəlki hökumətin məhbusları azad edəcəyinə dair vədlərindən aylar sonra və Karakasa beynəlxalq təzyiqlər fonunda baş verib. ABŞ Prezidenti Donald Tramp bu yaxınlarda  Venesuelada bütün siyasi məhbuslarının azadlığa buraxılmasını tələb edəcəyini bildirib.

Rizvan CƏFƏROV, 

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan, Gürcüstan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi yekunlaşıb

15:27
27 İyun

Hörmüz boğazında neft tankeri zədələnib

15:09
27 İyun

Hava şəraitinə görə Bakı–Naxçıvan aviareysləri ləğv edilib

14:27
27 İyun

Dünya çempionatı: İngiltərə, Portuqaliya və Argentina meydana çıxır

13:37
27 İyun

Sabah yağıntılı və küləkli hava şəraiti davam edəcək

13:16
27 İyun

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Məzun günü” qeyd olunub  

12:36
27 İyun

Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər  

11:56
27 İyun

Gürcüstan DTX rəisi Ermənistana rəsmi səfər edib

11:37
27 İyun

DİN son sutka ərzində keçirilən əməliyyatların nəticələrini açıqlayıb  

11:36
27 İyun

Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər

11:26
27 İyun

Aktauda yeni konteyner habı Xəzər üzərindən Çin-Avropa marşrutunu gücəndirəcək

11:19
27 İyun

Konqoda Ebola virusuna yoluxma sayı 1203-ə çatıb

11:03
27 İyun

Leyla Əliyeva və Arzu Əliyeva Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər

11:02
27 İyun

BMT: Sudan yeni humanitar fəlakətin astanasındadır

10:59
27 İyun

SEPAH regiondakı ABŞ hədəflərinə zərbələr endirib

10:57
27 İyun

Hava şəraiti qeyri-sabit keçir: ən çox yağıntı Sarıbaşa düşüb – Faktiki hava

10:39
27 İyun

Misir ilk dəfə futbol üzrə dünya çempionatının pley-off mərhələsinə vəsiqə qazanıb  

10:39
27 İyun

Dünya çempionatı: Yeni Zelandiyaya qalib gələn Belçika qrupunu birinci sırada başa vurub

10:17
27 İyun

Gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq

10:09
27 İyun

DÇ-2026: İspaniya qrup lideri kimi pley-offa yüksəlib

10:01
27 İyun

Kabo-Verde dünya çempionatında tarix yazıb

09:34
27 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!