03 Avqust 2026 12:19
184
SİYASƏT
A- A+
Azərbaycan ilə Qırğızıstan arasında əməkdaşlıq strateji müttəfiqlik mərhələsinə yüksəlib 

Azərbaycan ilə Qırğızıstan arasında əməkdaşlıq strateji müttəfiqlik mərhələsinə yüksəlib 


Müasir dövrdə tarixi, mədəni, dini, elmi və mənəvi köklərlə bir-birinə bağlı olan dövlətlərin bu bağlılığı real siyasi, iqtisadi və strateji əməkdaşlıq müstəvisinə daşıması heç də hər zaman mümkün olmur. Bu baxımdan Türk dünyasının bəxtinin gətirdiyini demək olar. Çünki bu gün türk dövlətlərini vahid platformada birləşdirən Türk Dövlətləri Təşkilatı qlobal miqyasda fəallığı və təşəbbüsləri ilə seçilir ki, bu da təşkilata üzv ölkələrin mühüm uğuru kimi qiymətləndirilməlidir.

Bu fikirləri AZƏRTAC-a açıqlaması zamanı “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri səsləndirib.

Nadir Azəri bildirib ki, Azərbaycan ilə Qırğızıstan arasında əməkdaşlıq son illərdə məzmun və miqyas baxımından əhəmiyyətli dərəcədə genişlənərək strateji müttəfiqlik mərhələsinə yüksəlib.

“Dövlət başçıları arasında formalaşmış qarşılıqlı etimad, hökumətlərarası mexanizmlərin səmərəli fəaliyyəti və beynəlxalq təşkilatlar çərçivəsində nümayiş etdirilən dəstək ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə şərait yaradıb. Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri münasibətlərin gələcək inkişafını müəyyənləşdirən mühüm siyasi hadisədir. Dövlətlərarası Şuranın üçüncü iclası siyasi dialoqun genişlənməsi ilə yanaşı, iqtisadi, humanitar və Türk dünyasının inteqrasiyası istiqamətində yeni imkanlar açıb. Səfərin ən mühüm nəticəsi Azərbaycan ilə Qırğızıstan arasında Müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanması olub. Bu sənəd iki ölkənin strateji tərəfdaşlığını yeni mərhələyə yüksəldir. Qırğızıstan Prezidenti Sadır Japarovun da vurğuladığı kimi, aparılan danışıqların ən mühüm yekunu məhz bu müqavilənin imzalanmasıdır və bu sənəd Qırğızıstan–Azərbaycan əməkdaşlığının yeni mərhələsinin əsasını qoyur. Energetika, nəqliyyat, kibertəhlükəsizlik, təhsil, maliyyə bazarının tənzimlənməsi və qiymətli metalların dövriyyəsini əhatə edən sənədlər paketi münasibətlərin artıq konkret strateji layihələr üzərində qurulduğunu göstərir. Prezident Japarovun ticarət dövriyyəsinin artırılması və birgə investisiya layihələrinin genişləndirilməsi ilə bağlı fikirləri də iqtisadi əməkdaşlığın gələcək perspektivlərini aydın şəkildə ortaya qoyur”, - deyə siyasi şərhçi qeyd edib.

Nadir Azəri bildirib ki, Prezident İlham Əliyevin mətbuata bəyanatı Azərbaycan–Qırğızıstan münasibətlərinin mahiyyətini dolğun ifadə edir. Dövlət başçısının “Bu gün biz dövlətlərarası münasibətləri ən yüksək səviyyəyə qaldırdıq, qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsinə birgə səyləri bir daha nümayiş etdirdik” fikri, eləcə də “Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq” bəyanatı göstərir ki, iki ölkə arasında əməkdaşlıq artıq etibarlı strateji müttəfiqlik müstəvisində inkişaf edir: “Bu əməkdaşlıq yalnız iki qardaş ölkənin maraqlarına xidmət etmir. Eyni zamanda, Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiyanın dərinləşməsinə, Orta Dəhlizin inkişafına, enerji təhlükəsizliyinin möhkəmlənməsinə və Türk dünyasında ortaq siyasi mövqenin güclənməsinə mühüm töhfə verir. Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəlməsi bütövlükdə Türk dünyasında ortaq siyasi iradənin və iqtisadi inteqrasiyanın güclənməsinin göstəricisidir. Bakı ilə Bişkek arasında formalaşan yeni strateji tərəfdaşlıq modeli Türk Dövlətləri Təşkilatının gələcək inkişafına və Türk dünyasının beynəlxalq nüfuzunun artmasına mühüm töhfə verəcək”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Şaxtyor”un azərbaycanlı futbolçusu: Adaptasiya prosesi çətin keçmədi

13:22
03 Avqust

Azərbaycanda kartdan-karta köçürmələrə limit qoyulmasının səbəbləri açıqlanıb

13:15
03 Avqust

Lixtenşteyndə kiberhücum nəticəsində 31 min nəfərin məlumatları oğurlanıb

13:08
03 Avqust

Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib  

13:01
03 Avqust

Prezident İlham Əliyevin Qırğızıstana səfəri münasibətlərdə keyfiyyətcə yeni mərhələnin başlandığını göstərdi - ŞƏRH

12:54
03 Avqust

Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb  

12:47
03 Avqust

Nazir Rəşad Nəbiyev Zəngilanda vətəndaşlarla görüşəcək

12:40
03 Avqust

SOCAR: İtaliyadakı fəaliyyətimizin gələcək təşkilati strukturu ilə bağlı addımlar planlı şəkildə həyata keçirilir 

12:33
03 Avqust

Avropada gen redaktəsi ilə əmələ gətirilən bitkilərin becərilməsini sürətləndirmək istəyirlər

12:26
03 Avqust

Azərbaycan ilə Qırğızıstan arasında əməkdaşlıq strateji müttəfiqlik mərhələsinə yüksəlib 

12:19
03 Avqust

Xalq yazıçısı Elçinin vəfatının ildönümü ilə əlaqədar məzarı ziyarət olunub  

12:12
03 Avqust

Beynəlxalq ekspertlər süni intellektin yaradacağı risklər barədə hesabat hazırlayıblar  

12:05
03 Avqust

Azərbaycan–Qırğızıstan əməkdaşlığının güclənməsi Orta Dəhlizin potensialını daha da artırır 

11:58
03 Avqust

“Partlayıcı döyüş sursatlarının zərərsizləşdirilməsi kursu”nu başa vuran məzunlara sertifikatlar təqdim olunub  

11:51
03 Avqust

Yeni mövsüm üçün hakim və hakim-inspektorların siyahısı təsdiqlənib  

11:44
03 Avqust

Fransada 5 min həkim qeyri-qanuni estetik inyeksiyalara qarşı mübarizənin gücləndirilməsini tələb edir  

11:37
03 Avqust

“Qarabağ”ın UEFA Konfrans Liqasında mümkün rəqibi müəyyənləşir  

11:30
03 Avqust

BTQ: Korsika Assambleyası Fransanın siyasi gündəminin alətinə çevrilməməlidir  

11:23
03 Avqust

Qızıl və gümüş bahalaşıb 

11:16
03 Avqust

Sabah 800-dən çox abituriyent jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı verəcək  

11:04
03 Avqust

Ümumi orta təhsil bazasında kolleclərə ixtisas seçimi başlanıb  

10:57
03 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!