03 Avqust 2026 13:15
212
İQTİSADİYYAT
A- A+
Azərbaycanda kartdan-karta köçürmələrə limit qoyulmasının səbəbləri açıqlanıb

Azərbaycanda kartdan-karta köçürmələrə limit qoyulmasının səbəbləri açıqlanıb

Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Fintex Assosiasiyası (AzFina) tərəfindən bankların və elektron pul təşkilatlarının xidmətlərindən sui-istifadə risklərinin minimallaşdırılması məqsədilə ödəniş alətlərinə mədaxil əməliyyatları üzrə risk əsaslı yanaşmanın tətbiq olunması ilə bağlı razılaşma əldə edilib.

Bu barədə AZƏRTAC ABA-ya istinadla xəbər verir.

Qeyd edilib ki, son illərdə Azərbaycanda ödəniş ekosisteminin inkişafı və nağdsız hesablaşmaların genişlənməsi istiqamətində əhəmiyyətli irəliləyiş müşahidə olunur. Ölkədə həyata keçirilən ardıcıl islahatlar, rəqəmsal maliyyə xidmətlərinin genişlənməsi və innovativ ödəniş həllərinin tətbiqi nəticəsində nağdsız ödənişlərin həcmi və əhatə dairəsi davamlı olaraq artır. Ödəniş infrastrukturunun modernləşdirilməsi və rəqəmsal bankçılıq xidmətlərinin genişlənməsi həmçinin, bu sahə üzrə risklərin daha effektiv idarə edilməsini və qanunvericiliyin tələblərinin təmin olunmasına diqqətin artırılmasını zəruri edir.

Sözügedən yanaşmaya əsasən, ödəniş xidməti istifadəçilərinə məxsus olan hər bir ödəniş aləti üzrə gündəlik olaraq maksimum 5 sayda, aylıq olaraq isə maksimum 20 min manatadək mədaxil əməliyyatlarının həyata keçirilməsi imkanı nəzərdə tutulur. Bu çərçivədə, həmçinin banklar və elektron pul təşkilatları tərəfindən ödəniş xidməti istifadəçilərinə onların hər bir hesabına bağlı istənilən maliyyə xidməti məhsulu üzrə yalnız bir ödəniş alətinin təqdim edilməsi nəzərdə tutulur. Xüsusilə vurğulamaq istərdik ki, indiki mərhələdə, ödəniş alətləri üzrə məxaric əməliyyatları ilə bağlı hər hansı limitin tətbiqi nəzərdə tutulmayıb. Bu yanaşma risk əsaslıdır və müştərilərin sağlam xarakterli mədaxil əməliyyatlarının məhdudulaşdırılmasını nəzərdə tutmur. Belə ki, bank və elektron pul təşkilatı müştərilərinin özlərinə və yaxın qohumlarına aid olan ödəniş alətləri üzrə mədaxil əməliyyatları qeyd olunan limitlərin tətbiqindən istisna edilir. Eyni zamanda, müştərilər tərəfindən aparılan əməliyyatlar barədə zəruri məlumatlar təqdim ediləcəyi və həmin əməliyatların müştərilərin risk profilinə uyğun olacağı hallar üzrə də limitlərin tətbiqi nəzərdə tutulmur. Analoji olaraq, ödəniş xidməti istifadəçiləri tərəfindən müvafiq əsaslandırmalar təqdim ediləcəyi təqdirdə, banklar və elektron pul təşkilatları tərəfindən onlara zəruri əlavə ödəniş alətlərinin təqdim edilməsi təmin olunacaqdır.

ABA və AzFina bir daha qeyd edir ki, sözügedən yanaşma sağlam ödəniş əməliyyatı təcrübəsinə malik olan ödəniş xidməti istifadəçiləri üçün hər hansı bir əlavə məhdudiyyət və ya çətinlik yaratmayacaq və onların gündəlik əməliyyatlarına mənfi təsir göstərməyəcək. Ödəniş xidməti istifadəçiləri rəqəmsal ödənişlərin üstünlüklərindən, o cümlədən təsərrüfat subyektlərində quraşdırılmış POS-terminal infrastrukturundan və elektron bankçılıq xidmətlərindən ənənəvi qaydada istifadə edərək öz ödəniş əməliyyatlarını icra etməyə davam edəcəklər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan–Qırğızıstan müttəfiqliyi Mərkəzi Asiya ilə əməkdaşlıqda yeni mərhələ açır 

14:18
03 Avqust

Sabahın hava proqnozu açıqlanıb 

14:11
03 Avqust

Azərbaycanda torpaqların konsolidasiyasına ən çox ehtiyac olan bölgə açıqlanıb 

14:04
03 Avqust

“ASAN AI Hub” növbəti çağırış üzrə qalib həll müəyyən edib  

13:57
03 Avqust

AEM vətəndaşları aldatmağa yönəlmiş saxta məlumatlar və sənədlər barədə xəbərdarlıq yayıb  

13:50
03 Avqust

"Los Reyos" kartelinin lideri Meksikada həbs edildi

13:43
03 Avqust

Afina yaxınlığında iki yanğınsöndürmə helikopteri toqquşub  

13:36
03 Avqust

Pakistanda intiharçı hücumu nəticəsində ən azı 14 nəfər həlak olub  

13:29
03 Avqust

“Şaxtyor”un azərbaycanlı futbolçusu: Adaptasiya prosesi çətin keçmədi

13:22
03 Avqust

Azərbaycanda kartdan-karta köçürmələrə limit qoyulmasının səbəbləri açıqlanıb

13:15
03 Avqust

Lixtenşteyndə kiberhücum nəticəsində 31 min nəfərin məlumatları oğurlanıb

13:08
03 Avqust

Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib  

13:01
03 Avqust

Prezident İlham Əliyevin Qırğızıstana səfəri münasibətlərdə keyfiyyətcə yeni mərhələnin başlandığını göstərdi - ŞƏRH

12:54
03 Avqust

Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb  

12:47
03 Avqust

Nazir Rəşad Nəbiyev Zəngilanda vətəndaşlarla görüşəcək

12:40
03 Avqust

SOCAR: İtaliyadakı fəaliyyətimizin gələcək təşkilati strukturu ilə bağlı addımlar planlı şəkildə həyata keçirilir 

12:33
03 Avqust

Avropada gen redaktəsi ilə əmələ gətirilən bitkilərin becərilməsini sürətləndirmək istəyirlər

12:26
03 Avqust

Xalq yazıçısı Elçinin vəfatının ildönümü ilə əlaqədar məzarı ziyarət olunub  

12:12
03 Avqust

Beynəlxalq ekspertlər süni intellektin yaradacağı risklər barədə hesabat hazırlayıblar  

12:05
03 Avqust

Azərbaycan–Qırğızıstan əməkdaşlığının güclənməsi Orta Dəhlizin potensialını daha da artırır 

11:58
03 Avqust

“Partlayıcı döyüş sursatlarının zərərsizləşdirilməsi kursu”nu başa vuran məzunlara sertifikatlar təqdim olunub  

11:51
03 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!