13 İyul 2026 17:36
434
SİYASƏT
A- A+
Azərbaycan ilə Özbəkistan mediaları arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub

Azərbaycan ilə Özbəkistan mediaları arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumu çərçivəsində iyulun 13-də Özbəkistan Respublikası Prezidenti Administrasiyası yanında Kütləvi İnformasiya Vasitələri üçün Kontent İstehsalı Mərkəzinin direktoru Kobuljon Akhmedov, Özbəkistan Respublikası Prezidenti Administrasiyasının Kommunikasiyalar şöbəsinin müdirinin birinci müavini Akramjon Fozilov, Özbəkistan Respublikası Prezidenti Administrasiyasının şöbə müdiri Dilşod Saidjanov və Özbəkistan Respublikası Prezidenti Administrasiyası yanında Kütləvi İnformasiya Vasitələri üçün Kontent İstehsalı Mərkəzinin şöbə müdiri Tokhir Umarov ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Özbəkistan arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığı vurğulanıb. Bu xüsusda iki ölkənin prezidentləri arasında mövcud olan səmimi və etimada əsaslanan münasibətlərin əlaqələrin inkişafında mühüm rol oynadığı qeyd edilib.

Tərəflər informasiya və media sahələrində Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluqlarını ifadə ediblər. Bildirilib ki, hər iki ölkədə media forumlarının, eləcə də qeyri-hökumət təşkilatlarının forumlarının keçirilməsi qarşılıqlı əlaqələrin daha da genişlənməsinə töhfə verir. Həmçinin Azərbaycan və Özbəkistanın qeyri-hökumət təşkilatları üçün birgə qrant layihələrinin həyata keçirilməsi məmnunluqla vurğulanıb.

Görüşdə birgə media kontentinin hazırlanması və mübadiləsi, Azərbaycan ilə Özbəkistan mediaları arasında əməkdaşlığın genişləndirilməsi, həmçinin blogerlər arasında birbaşa əlaqələrin qurulması məsələləri müzakirə edilib. Bununla yanaşı, ortaq tariximizin, mədəniyyətimizin, ənənələrimizin və mənəvi dəyərlərimizin beynəlxalq aləmdə təbliğinə xidmət edəcək birgə layihələrin həyata keçirilməsinin əhəmiyyəti qeyd olunub.

Özbəkistan nümayəndə heyəti IV Şuşa Qlobal Media Forumunun əhəmiyyətini yüksək qiymətləndirərək, tədbirin uğurlu təşkili münasibətilə təbriklərini çatdırıb. Qonaqlar Prezident İlham Əliyevin Forum çərçivəsində jurnalistlərlə birbaşa dialoq qurmasını və media nümayəndələrinin çoxsaylı suallarını açıq şəkildə cavablandırmasını xüsusi məmnunluqla qeyd ediblər. Onlar dövlətimizin başçısının Özbəkistan-Azərbaycan münasibətlərinin inkişafına dair mühüm mesajlar səsləndirdiyini vurğulayıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Çində yeni texnoloji inqilab - kütləvi şəkildə robot istehsalı   

18:16
26 Avqust

Birgə artan geosiyasi və geoiqtisadi güc   

18:09
26 Avqust

Yayda gündə nə qədər su içilməlidir? - Ekspert rəyi

18:07
26 Avqust

Nepalda daşqınlardan sonra yüzlərlə turist itkin düşüb  

18:04
26 Avqust

Balaca balıqlar, böyük ümidlər – Arpaçay yenidən canlanır

17:58
26 Avqust

Rusiyalı sahibkar Alişer Usmanovdan

17:55
26 Avqust

Laçına köçürülmüş sakinlərdən 1235-i məşğulluq tədbirlərinə cəlb edilib  

17:53
26 Avqust

Bakıda gediş-gəlişi asanlaşdıran yeni addım

17:44
26 Avqust

Prezidentin Mətbuat Xidmətinin məlumatı

17:40
26 Avqust

Revanşizmin çöküşü: Ermənistanda köhnə rejimin qalıqları təmizlənir  

17:32
26 Avqust

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib  

17:30
26 Avqust

Azərbaycan və Özbəkistan alimləri vanadiumun alınması üçün yeni texnologiya hazırlayır  

17:13
26 Avqust

Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib  

16:58
26 Avqust

Azərbaycan futbolunun “SABAH”ı  

16:43
26 Avqust

“SpaceX” 100 milyard dollarlıq kosmik baza tikəcək

16:41
26 Avqust

Azərbaycan və Özbəkistan alimlərinin birgə layihəsi: mis filizlərinin emalı üçün yeni texnologiya hazırlanacaq  

16:36
26 Avqust

İran: Hörmüz boğazında cənub dəhlizi bağlandı

16:34
26 Avqust

İsti havaya qarşı parça hazırlanıb

16:27
26 Avqust

Birinci vitse-prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib  

16:24
26 Avqust

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

16:20
26 Avqust

Dərin yuxu Altzheymer xəstəliyindən qoruya bilər

16:20
26 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!