01 Fevral 2025 10:43
483
SİYASƏT
A- A+
Azərbaycan gəncləri onlara göstərilən etimadı hər zaman layiqincə doğruldacaqlar

Azərbaycan gəncləri onlara göstərilən etimadı hər zaman layiqincə doğruldacaqlar


2 fevral tarixində qeyd olunan Azərbaycan Gəncləri Günü gənclərin cəmiyyətin ictimai-siyasi, iqtisadi və mədəni həyatındakı mühüm rolunu vurğulamaq üçün xüsusi əhəmiyyət daşıyır. Bu əlamətdar gün gənclərin potensialını reallaşdırmaq və onlara göstərilən dövlət qayğısını ön plana çıxarmaq məqsədilə müəyyən edilib.

Dövlət gənclər siyasəti hər zaman prioritet məsələ kimi Ulu Öndər Heydər Əliyevin diqqətində olub. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ümummilli Lider gənc nəslə hər zaman qayğı ilə yanaşmışdır. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumu gənclər qarşısında yeni məqsəd və vəzifələr qoymuşdur. Forum gənclərin cəmiyyətin inkişafında daha fəal iştirakını təmin etmək, onların hüquqlarını qorumaq və problemlərinə həll yolları tapmaq üçün platforma kimi mühüm rol oynamışdır.

Ümummilli Lider tərəfindən 2 fevral 1997-ci il tarixində imzalanmış Sərəncama əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü təntənəli şəkildə qeyd edilməyə başlanıb. Bu tarixi günün təsis edilməsi dövlətin gənclərə olan diqqət və qayğısının təzahürü kimi dəyərləndirilir. Gənclər Günü gənc nəsli cəmiyyətin müxtəlif sahələrində daha fəal iştiraka səsləyir və onlara motivasiya verir.

Gənclər cəmiyyətin ən fəal və kreativ təbəqəsi olaraq ölkənin gələcək inkişafının təminatçısıdır. Onlar ictimai-siyasi proseslərdə fəal iştirak edərək qərarların icrasına təsir imkanlarını genişləndirirlər. Seçkilərdə və digər proseslərdə fəallıqları ilə cəmiyyətin demokratikləşməsinə töhfə verirlər. Sosial təşəbbüslərlə cəmiyyətin problemlərinin həllində yaxından iştirak edirlər.

Müasir dövrdə gənclər müxtəlif ictimai təşkilatlarda və gənclər birliklərində öz ideyalarını reallaşdırır və ictimai-siyasi sferalarda fəal rol oynayırlar. Xüsusilə dövlət idarəetmə sistemində gənclərin sayının artması onların innovativ yanaşmalarını praktikada tətbiq etmək imkanı yaradır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasəti dövlətin əsas prioritet istiqamətlərindən biridir. Təsadüfi deyil ki, 2007-ci il ölkəmizdə “Gənclər ili” elan olunmuşdur. Dövlət başçısının sözügedən mühüm təşəbbüsü gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da yüksəlməsinə səbəb olmuşdur. Sərəncamla 2007-ci ilin “Gənclər ili” elan olunmasına dair tədbirlər planı təsdiq edilmiş, o cümlədən respublikanın şəhər və rayonlarında “Gənclər evi”nin yaradılması nəzərdə tutulmuşdur. Paytaxt Bakı və bölgələrdə fəaliyyət göstərən “Gənclər evi” gənclərin vətənpərvər ruhunda formalaşdırılması və onların sosiallaşmasında mühüm rola malikdirlər. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi bu cür dövlət təsisatların prioritet vəzifəsidir.

Cənab İlham Əliyevin təşəbbüsü ilə 19 dekabr 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradılıb. Fondun qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədi qoyulub. 2018-ci ildə Fond yenidən təşkil edilərək Azərbaycan Respublikasının Gənclər Fondu adlandırılıb.

Dövlət gənclərin təhsil səviyyəsinin yüksəldilməsi üçün geniş imkanlar yaradır. Ali təhsil müəssisələrində müasir ixtisasların tədrisi, xaricdə təhsil proqramlarının genişləndirilməsi və təhsil kreditlərinin verilməsi bu siyasətin əsas istiqamətlərindəndir. İnnovasiya mərkəzlərinin yaradılması və texnologiya sahəsində təhsil proqramları gənclərin müasir çağırışlara cavab verməsi üçün mühüm addımlardır. Bu, gənclərin qlobal əmək bazarında rəqabət qabiliyyətini artırmaqla yanaşı, ölkə iqtisadiyyatının da inkişafına xidmət edir.

Gənclərin məşğulluq məsələrinin həlli üçün dövlət tərəfindən xüsusi proqramlar həyata keçirilir. Gənc sahibkarlara güzəştli kreditlər, startap layihələrinə dəstək, innovativ biznes təşəbbüslərinə maliyyə yardımı gənclərin iqtisadi müstəqilliyini təmin edir. Həmçinin, gənclərin dövlət idarəçiliyinə inteqrasiyası prioritet vəzifələrdən biridir. Dövlət müxtəlif kadr ehtiyatı proqramları vasitəsilə gəncləri dövlət strukturlarına cəlb edir. Bu, gənclərin yeni ideyalarını tətbiq etməyə, müasir idarəçilik metodlarını təkmilləşdirməyə imkan verir.

Gənclər, həmçinin cəmiyyətin dəyərlərinin qorunması, mədəni müxtəlifliyin saxlanılması və sosial bərabərsizliyin aradan qaldırılması kimi mühüm sahələrdə də fəallıq göstərir. Onların yeni texnologiyalar vasitəsilə qlobal proseslərə inteqrasiya etməsi isə ölkənin mövqelərinin güclənməsinə xidmət edir.

2 Fevral – Azərbaycan Gəncləri Günü həm də dövlətin gənclərə verdiyi dəyərin, onların inkişafına yaradılan şəraitin və gələcəyə olan inamın təcəssümüdür. Gənclər cəmiyyətin gələcəyini formalaşdırır. Onların enerji, bilik və təşəbbüskarlığı cəmiyyətin hərtərəfli inkişafını təmin edir. Heç şübhəsiz ki, dövlətin və cəmiyyətin qarşılıqlı səyləri sayəsində gənclərin uğurları daha da artacaq. Biz Gənclər Gününü qeyd etməklə yalnız onların nailiyyətlərini deyil, həm də gələcəyə inamımızı ifadə edirik. Gənclərin gücünə, iradəsinə və liderlik qabiliyyətinə inanaraq, onları cəmiyyətin inkişafında daha fəal iştiraka təşviq etmək hər birimizin borcudur. Azərbaycan gəncləri isə onlara göstərilən etimadı hər zaman layiqincə doğruldacaqlar. 


Mahir SÜLEYMANLI,

Milli Məclisin deputatı


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Abad şəhər naminə"

08:45
06 Mart

Tramp Zelenskidən məktub alıb

08:40
06 Mart

Ermənistan öhdəliklərindən yayınır 

08:35
06 Mart

USAID-in bitməyən ermənipərəstliyi

08:30
06 Mart

Fransa Ukraynanın mineral ehtiyatlarını bölməyə hazırlaşır

08:25
06 Mart

Ermənistanda hakimiyyət uğrunda savaş böyüyür

08:20
06 Mart

"Azərbaycan Parisin Cənubi Qafqazdakı təxribatlarının qarşısını alıb"

08:15
06 Mart

"E-sosial" portalı beynəlxalq müsabiqədə qızıl mükafata layiq görülüb

08:10
06 Mart

Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində görüş keçirilib

08:05
06 Mart

Bənzəri olmayan qardaşlıq

08:00
06 Mart

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında  

00:31
06 Mart

“Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 iyun tarixli 257 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

00:30
06 Mart

“Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsində nəzərdə tutulmuş hallarda uçuş qaydalarını pozan hava gəmisi yerə endirildikdən və pozuntunun səbəbləri aydınlaşdırıldıqdan sonra uçuşun davamına icazə verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında 

00:29
06 Mart

“Aerodromyanı ərazi hüdudlarında torpaq sahəsinin və daşınmaz əmlakın istifadəsinə, həmçinin həmin ərazidə iqtisadi və digər fəaliyyətin həyata keçirilməsinə uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

00:27
06 Mart

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edilməsi haqqında

00:26
06 Mart

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında

00:24
06 Mart

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında

00:23
06 Mart

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədilə günərzi mərkəzlərin xidmətinin göstərilməsi "(Bakı, Abşeron, Sumqayıt, Gəncə, respublikanın digər şəhər və rayonları üzrə) adlı müsabiqə keçirir

00:21
06 Mart

Azercell abunəçilərinin nəzərinə

00:21
06 Mart

Polad Bülbüloğlu: “Qorxma, mən səninləyəm” maraqlı və təsirli tamaşadır

23:56
05 Mart

Zelenski: Ukrayna və Avropa sülhə nail olmaq üçün plan hazırlayır

23:54
05 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!