07 Dekabr 2023 09:50
326
SİYASƏT
A- A+
Azərbaycan Fransanın müstəmləkəçilik siyasətini ifşa edir

Azərbaycan Fransanın müstəmləkəçilik siyasətini ifşa edir

 

Riyakar siması faş olan bu ölkə hikkəsindən azad mediaya hücum çəkir

 

"Azərbaycan XXI əsrdə kolonializmin davam etməsindən və kolonializmin yeni təzahürləri meyillərinin artmasından olduqca narahatdır. Bandunq konfransından 70 ilə yaxın dövrün keçməsinə rəğmən kolonializmi hələ də davam etdirən ölkələr var. Belə ölkələrdən biri və birincisi Fransadır".
Prezident İlham Əliyevin oktyabrın 20-də Bakıda keçirilən "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində dünyaya bəyan etdiyi kimi, Qərbin "demokratiya təmsilçisi" Fransa XXI əsrdə də müstəmləkəçilik siyasəti həyata keçirməkdə, xalqların hüquqlarını tapdamaqda, ölkələrin təbii sərvətlərini talamaqda, mənimsəməkdə davam edir. 
Lakin əli milyonlarla insanın qanına batan, tarixi soyqırımlar üzərində qurulan ölkənin müstəmləkə siyasətinə son qoyulmasının vaxtı çatıb və Azərbaycanın bütün beynəlxalq platformalarda neokolonializmə qarşı fəal mübarizə aparması Fransanı ifşa edir. 

 

"Demokratik" ölkənin həqiqətləri gizlətmək cəhdi  

 

Təsadüfi deyil ki, müstəmləkəçi Fransa Afrikadan artıq qovulur, digər koloniyalarından da tezliklə qovulacağı şübhəsizdir...
Bütün bu gerçəkliklərin, Azərbaycanın Fransanın iç üzünü dünyaya göstərməsinin fonunda Paris dalana qısıldığını anlayır və hikkəsindən kimə hücum edəcəyini bilmir... 
Dünyaya demokratiyadan moizə oxuyan, azad sözdən dəm vuran Fransanın AZƏRTAC-ın Yeni Kaledoniyaya ezam olunmuş əməkdaşı Aygün Həsənovanın vizası olduğu halda həmin ölkəyə girişinə qadağa qoyması, jurnalisti bir sutka polis bölməsində saxlayaraq "arzuolunmaz şəxs" kimi ölkədən çıxarması da bunun göstəricisidir. Heç şübhəsiz Bakıdan gəldiyi üçün jurnalistin ölkəyə girişinə icazə verilməyib. Çünki Fransa dövləti Yeni Kaledoniya və Fransanın digər koloniyalarında getdikcə güclənən azadlıq və müstəqillik uğrunda mübarizə barədə həqiqətlərin yayılmasının qarşısını bu cür qanunsuz yollarla almağa çalışır. 
Polisdən bildirilib ki, Yeni Kaledoniyaya giriş üçün xüsusi viza tələb olunur. Lakin Yeni Kaledoniya hökumətinin nümayəndəsi də Şengen vizası ilə bu ölkəyə daxil olmağın mümkünlüyünü bildirmişdi. Məhz buna görə də Yeni Kaledoniyanın "AirCalin" aviaşirkəti AZƏRTAC-ın əməkdaşına Sinqapurdan bu ölkəyə uçuşa icazə verərək, təyyarəyə minməsinə mane olmamışdı. Qaydalara görə, hər bir sərnişinin təyinat ölkəsinə getməmişdən əvvəl vizası yoxlanılır və sonra təyyarəyə buraxılır. Lakin sərhəddə polis başqa bəhanə ilə bunun qanunsuz olduğunu bildirərək fərqli "arqumentlər" gətirib. Hətta jurnalisti həbs olunacağı ilə hədələyərək ölkədən çıxmasını tələb edib. Bununla kifayətlənməyən Yeni Kaledoniya polisi deportasiya edilərək tranzit ölkə kimi Sinqapura göndərilən AZƏRTAC-ın əməkdaşına "arzuolunmaz şəxs" damğası vuraraq həmin ölkənin hava limanına məktub göndərib və onun nəzarət altında saxlanılmasını tələb edib. Lakin Sinqapur dövlətinin rəsmiləri bunu əsassız sayaraq əməkdaşımızı nəzarət altında saxlamaqdan imtina ediblər.
Göründüyü kimi, qanlı cinayətlərlə zəngin kolonializm tarixindən utanmaq, törətdiyi vəhşiliklərə görə üzr istəmək, müstəmləkəçilik siyasətindən əl çəkmək əvəzinə, Fransa mənfur əməllərini açıb göstərənlərə qarşı aqressiya sərgiləyir, təzyiq, təhdid mexanizmlərindən istifadə edir, azad sözü boğmağa çalışır. Lakin Fransa bütün bunlarla heç nəyə nail ola bilməyəcək.

 

Bu xalqlar azadlıq istəyir

 

Qvadelupa əhalisi dörd əsrdir ki, Fransanın əsarəti altında yaşayır. Ölkədə müstəqillik tərəfdarı olanlar Fransa tərəfindən öldürülür və onların sayı əhaliyə açıqlanmır. 
Martinikanın təbii sərvətləri talan olunaraq 90 faizi Fransaya və digər ölkələrə aparılır, Fransız Qvianası Fransanın müstəmləkəçilik siyasəti nəticəsində maliyyə və iqtisadi cəhətdən asılı vəziyyətə salınıb, qızıl mədənləri talan edilir, qızılı çıxarılaraq Fransaya daşınır. İllər boyu Korsikanı müstəmləkə altında saxlayaraq burada cinayətlər törədən əliqanlı Fransa müstəqillik istəyənləri həbs edib, ya da öldürüb. Fransanın əsarətində boğulan korsikalılar bütün beynəlxalq təşkilatlardan Korsikanın suverenliyinin təmin olunması üçün kömək istəyirlər.
Fransanın tarixi də soyqırımlar üzərində qurulub. Bu ölkənin adına utanc olan təkcə bir misal çəkək: Əlcəzairin 132 il davam edən işğalı dövründə 1,5 milyondan artıq insan Fransa dövləti tərəfindən qətlə yetirilib. Mərakeş, Tunis, Mali, Cibuti, Nigeriya, Çad, Seneqal, Vyetnam, Qəmər adaları, Haiti və digər ölkələr bu gün Fransanın işğalının ağır fəsadlarını hiss edirlər.
Günümüzdə də etnik zəmində xalqlara qənim kəsilən islamofob, türkofob  Fransanın onilliklərdir Azərbaycana qarşı qərəzli siyasət həyata keçirməsi də göz qabağındadır. 
Faktdır ki, köhnə müstəmləkələrindən bir-bir qovulan Fransa indi də özünü Cənubi Qafqaza pərçimləmək istəyir və təcavüzkar Ermənistana siyasi, hərbi dəstək verərək regionda yenidən müharibə başladılmasına çalışır. Ermənistanın öz gələcəyini qanlı müstəmləkə keçmişinə malik Fransanın ambisiyaları üzərində qurması isə məhz özünə baha başa gələcək.  
Azərbaycan dövlətinin yürütdüyü qətiyyətli siyasət nəticəsində təcavüzkar Ermənistan da, ona birbaşa dəstək verən başda Fransa olmaqla, riyakar Qərb siyasi dairələri də ardıcıl ağır məğlubiyyətlərə uğradılırlar. 
Eyni zamanda Bakının bütün beynəlxalq platformalarda kolonializmə qarşı aktiv mübarizə aparması sayəsində "demokratiya" libasına bürünərək hələ də xalqları əsarətdə saxlayan neokolonialist Fransanın iç üzü dünyaya faş olur. 

Yasəmən MUSAYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AFFA İntizam Komitəsi 4 klubu cərimələyib

12:46
30 Oktyabr

Qazaxıstanın tikinti şirkətləri Azərbaycandakı layihələrdə investor kimi iştirak etməkdə maraqlıdır  

12:44
30 Oktyabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

12:42
30 Oktyabr

Türkiyədə bələdiyyə sədri terror təşkilatı ilə əlaqədə olmaqda şübhəli bilinərək saxlanılıb

12:22
30 Oktyabr

Badamdarda uçqun riski olan qaya parçalarının ərazidən götürülməsi tədbirləri davam etdirilir

12:21
30 Oktyabr

Vətən müharibəsi əlilinin əməliyyat xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb

12:11
30 Oktyabr

Səbinə Əliyeva: Əqli mülkiyyət hüquqlarının qorunması bir sıra fundamental hüquqların təmininə də imkan yaradır  

11:42
30 Oktyabr

Kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğul olan vəzifəli şəxslər məsuliyyətə cəlb edilib: 147 milyon manat pul ölkəyə qaytarılmayıb  

11:41
30 Oktyabr

ANAMA-ya üç minaaxtaran it hədiyyə edilib

11:39
30 Oktyabr

Sadiq Qurbanov: İqlim dəyişikliyinə qarşı mübarizə tədbirlərində alimlərin rolunun artırılması vacibdir

11:37
30 Oktyabr

Prezident İlham Əliyev Bakının Nəsimi rayonunda yeni salınan parkda yaradılan şəraitlə tanış olub - YENİLƏNIB

11:37
30 Oktyabr

Hikmət Hacıyev: “Washington Post” SSRİ-nin son günlərindəki “Komsomolskaya Pravda”nı xatırladır

11:36
30 Oktyabr

Kamran İmanov: COP29-un Bakıda keçirilməsi qərarı Azərbaycanın yaşıl enerji siyasətinə qlobal dəstəyi ifadə edir

11:16
30 Oktyabr

Yaponiyada qızılın qiyməti tarixi maksimuma yüksəlib

10:58
30 Oktyabr

“Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə (COP29-a doğru)” mövzusunda dəyirmi masa keçirilir YENİLƏNƏCƏK

10:55
30 Oktyabr

Avropa İttifaqı ölkələrinin əksəriyyəti sərhəd nəzarətini gücləndirir

10:50
30 Oktyabr

Yaşıl patentlərin sayı 2024-cü ilin 9 ayında 30-a çatdırılıb

10:30
30 Oktyabr

Kamran İmanov: Məqsədimiz innovasiyaların yaşıl gələcəkdəki rolunu göstərməkdir

10:29
30 Oktyabr

I Qarabağ müharibəsinin daha yeddi itkin şəhidi dəfn ediləcək - SİYAHI

10:22
30 Oktyabr

Azərbaycan neftinin qiyməti 72 dollardan aşağı düşüb

10:11
30 Oktyabr

DİN: Ötən gün 43 cinayətin üstünün açılması təmin olunub

09:34
30 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!