06 İyul 2025 14:39
710
SİYASƏT
A- A+
Azərbaycan ECO-nun strateji hədəflərinə uyğun olaraq regionda sabitliyə və inkişafa töhfə verir

Azərbaycan ECO-nun strateji hədəflərinə uyğun olaraq regionda sabitliyə və inkişafa töhfə verir

“Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) çərçivəsində qurduğu münasibətlər ölkənin həm regional, həm də beynəlxalq iqtisadi sistemdə tutduğu fəal mövqeyini aydın şəkildə nümayiş etdirir. 1992-ci ildən ECO-nun üzvü olan Azərbaycan təşkilat daxilində həyata keçirilən təşəbbüslərdə aktiv iştirak edir, üzv dövlətlərlə iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, turizm, kənd təsərrüfatı və ekologiya sahələrində əməkdaşlığın inkişafına töhfə verir”. 

Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib. Deputat bildirib ki, Azərbaycanın ECO ilə əməkdaşlığı yalnız iqtisadi əlaqələrin genişləndirilməsi deyil, həm də mədəni, elmi və humanitar sahələrdə qarşılıqlı fəaliyyətin gücləndirilməsi baxımından əhəmiyyət daşıyır. Bu əməkdaşlıq ölkənin regional inteqrasiya proseslərinə daha sıx qoşulmasına və ECO məkanında sülh, sabitlik və inkişaf naminə birgə təşəbbüslərdə mühüm tərəfdaş kimi çıxış etməsinə imkan yaradır. Ölkəmiz ECO-nun üzvü olaraq təşkilatın məqsəd və prinsiplərinə sadiqliyini dəfələrlə nümayiş etdirib. Enerji, nəqliyyat, ticarət, kənd təsərrüfatı və yaşıl iqtisadiyyat sahələrində həyata keçirilən çoxşaxəli əməkdaşlıq təşəbbüsləri Azərbaycanın regionda və beynəlxalq müstəvidə mövqeyini daha da möhkəmləndirir. Bu baxımdan Azərbaycan ECO-nun strateji hədəflərinə uyğun addımlar ataraq regionda sabitliyin və inkişafın təmin olunmasına töhfə verir.

Millət vəkilinin sözlərinə görə, iyulun 4-də  Azərbaycanda İqtisadi Əməkdaşlıq Təşkilatının  17-ci Zirvə görüşünün keçirilməsi tarixi hadisədir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, sammitin Xankəndi şəhərində keçirilməsi xüsusi məna daşıyır.  Bu tədbir ölkəmizin qurum çərçivəsində artan rolunun və fəallığının təsdiqidir. Bu mühüm tədbirin Azərbaycanda baş tutması ölkəmizin təşkilat daxilində təşəbbüskar mövqeyə malik olduğunu, regional əməkdaşlığa verdiyi töhfələrin yüksək qiymətləndirildiyini göstərir.

“Xankəndi uzun illər işğal altında olub və erməni separatizmi qədim şəhərimizi öz yuvasıına çevrimişdi. Artıq 2023-cü ildən Xankəndi azaddır. Azadlığına qovuşduqdan sonra  Xankəndi genişmiqyaslı bərpa və quruculuq proseslərinin mərkəzində yer alır. Xankəndidə sosial-iqtisadi infrastrukturun müasir tələblərə uyğun yenidən qurulması əhalinin mərhələli şəkildə geri dönüşünü təmin edən əsas amillərdən biridir. Bu sistemli fəaliyyət Xankəndinin gələcək inkişafı üçün möhkəm təməl yaradır”,-deyən deputat əlavə edib ki, artıq Xankəndi təkcə mühüm yaşayış məntəqəsi deyil, həm də beynəlxalq əməkdaşlıq və fəal regional dialoq məkanına çevrilir. Burada keçirilən yüksəksəviyyəli forumlar, iqtisadi konfranslar və işgüzar tədbirlər şəhərin regional əhəmiyyətini və iqtisadi potensialını bir daha ön plana çıxarır. Bu baxımdan İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün məhz Xankəndidə keçirilməsi və təşkilata üzv ölkələrin rəhbər şəxslərinin iştirakı ilə reallaşması olduqca rəmzi xarakter daşıyır. Zirvə görüşündə regionun gələcəyinə dair aparılacaq müzakirələr Azərbaycanın açıq əməkdaşlığa, davamlı inkişafa və qarşılıqlı tərəfdaşlığa əsaslanan mövqeyinin daha bir əyani təzahürüdür. 

“Xankəndi şəhərində ECO-nun sammitinin keçirilməsi bütün dünyaya verilən mesajdır. Artıq bu torpağın gerçək sahibləri qayıdıblar. Bu möhtəşəm hadisə dostlarımızı sevindirir, düşmənlərimizə isə göz dağıdır. Bütün dünya bilsin ki, biz bu torpaqlara əbədi qayıtmışıq”,-deyən Fatma Yıldırım əlavə edib ki,   Şuşa şəhərinin 2026-cı ildə “ECO-nun Turizm paytaxtı” elan edilməsi bu qədim şəhərimizi dünyanın turizm mərkəzlərindən birinə çevriləcək. Həqiqətən də, qısa müddət ərzində görülən böyük işlər, işğaldan azad olunmuş ərazilərimizin ard-arda mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi qürurvericidir. Biz bu nailiyyətə məhz Prezidentimiz cənab İlham Əliyevin müdrik və qətiyyətli siyasəti nəticəsində nail oluruq!


Rəşad CƏFƏRLİ,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Şuşada “Yasəmən” hotelinin yeni korpusları ilə tanış olub

16:34
11 İyul

Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanışlıq

15:42
11 İyul

Uğurlu xarici siyasət kursu sabitliyi daha da gücləndirib

15:34
11 İyul

Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışı olub

15:12
11 İyul

Nazir: “Yüksəliş” müsabiqəsi çərçivəsində Mentorluq Proqramı qarşılıqlı inkişaf platformasıdır

15:07
11 İyul

ÜST Sudanda vəba epidemiyasının genişlənə biləcəyi barədə xəbərdarlıq edib

14:59
11 İyul

Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb - YENİLƏNƏCƏK

14:27
11 İyul

Bakıda təşkil edilən beynəlxalq konfransda medianın dekolonizasiya prosesində rolu diqqət mərkəzində olub

14:22
11 İyul

BTQ ilə Burkina-Faso XİN-in Beynəlxalq Araşdırmalar İnstitutu arasında anlaşma memorandumu imzalanıb

12:37
11 İyul

Sabaha olan hava proqnozu açıqlanıb

12:17
11 İyul

Monteneqrodan daxil olmuş hüquqi yardım sorğusu Azərbaycanın Baş Prokurorluğu tərəfindən icra edilib

11:30
11 İyul

Monqolustanın Prezidenti Zati-aliləri cənab Uxnaaqiyn Xurelsuxa

11:14
11 İyul

Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub

11:03
11 İyul

Prezident İlham Əliyev Laçında “Həkəriçay” su anbarının təməlini qoyub

10:52
11 İyul

Paşinyanın “demokratik” diktaturası

10:45
11 İyul

Ötən gün 47 cinayətin açılması təmin olunub

10:27
11 İyul

Dünya çempionatı: İspaniya millisi Belçikanı məğlub edərək yarımfinala yüksəlib

10:20
11 İyul

Bilmək istəyirəm

09:52
11 İyul

İnsan kapitalı gələcəyin ən böyük sərvətidir

09:45
11 İyul

Zaqatala qalası

09:38
11 İyul

"Fətəli xan" filmi və onun taleyi

09:31
11 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!